227
nu, onun nə kimi ünsürlərdən əmələ gəldiyini, cəmiyyətin həyatında nə ki-mi yer
tutduğunu bilmək lazımdır. Abstraksiyaların yaradılması ilə idrak prosesi başa çat-
mır. Konkret bilik, çoxcəhətli bilik əldə etmək lazımdır. Elm ayrı – ayrı abstraksi-
yalardan, yenə də konkretə doğru hərəkət edir, yüksəlir. Lakin bu, hissi – konkretə
qayıtmaq deyil, konkretin təfəkkürdə bərpasıdır – biliyin yüksək formasıdır. Təfək-
kürdə konkret – şeylər haqqında ən dərin və məzmunlu bilikdir. Təfəkkür-də konk-
ret ona görə
abstrakt bilikdən yüksəkdir ki, o, şeydə hər hansı bir mühüm cəhəti de-
yil, müxtəlif mühüm cəhətləri əlaqədar şəkildə əks etdirir, yəni şeyi bir çox cəhət-
dən götürür. Təfəkkürdə konkret, həmçinin hissi – konkret bilikdən də yüksəkdir.
İdrakın inkişaf qanunlarını, onun dialektikasını anlamaq üçün şey haqqındakı konk-
ret biliyin əldə edilməsi prosesində tarixi ilə məntiqinin qarşılıqlı münasibətini ay-
dınlaşdırmaq lazımdır. Tarixi dedikdə şeyin özünün inkişafı nəzərdə tutulur; mənti-
qilik isə tarixinin inikasıdır. Tarixi birinci, məntiqi isə ikincidir.
Məntiqi metodla
tarixi tədqiqat metodu arasındakı ümumi cəhət ondadır ki, tarixi nədən başlayırsa,
fikrin gedişi də ondan başlayır. Məntiqi yanaşma olmadan tarixi yanaşma – kordur,
tarixsiz ilə məntiqi – predmetsizdir. Məntiqi yanaşma, şeyin real inkişaf prosesinin
öyrənilməsinə əsaslanır, məqsədi də şeyin mahiyyətini aşkara çıxarmaqdır.
Dostları ilə paylaş: