Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


hər bir nisbi həqiqət özlüyündə mütləq həqiqətin



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə206/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   202   203   204   205   206   207   208   209   ...   307
333 felsefe muhazireler toplusu eyani

hər bir nisbi həqiqət özlüyündə mütləq həqiqətin 
zərrəsi, mütləq həqiqət isə nisbi həqiqətlərin sonsuz ardıcıllığının hüdududur

 
 
§ 5. Elmi idrakın metodları 
Elmi idrakın vəzifəsi predmet və hadisələrin daxili təbiətini, mahiyyətini, onla-
rın fəaliyyət və inkişaf qanunlarını aşkara çıxarmaqdan ibarətdir. Lakin predmet və 
hadisələrin mahiyyəti, qanunları hadisələrin zahirində, səthində olmadığından bun-
ları aşkara çıxarmaq üçün elmin və praktikanın uzun sürən mürəkkəb inkişafı pro-
sesində bütöv bir elmi – tədqiqat üsulları silsiləsi işlənib hazırlanmışdır. Bu üsullar 
ən ümumi əhəmiyyətə malik olub, gerçəkliyin ən müxtəlif hadisələrini tədqiq edər-


224
kən hər hansı elmə tətbiq edilə bilər.
Müşahidə və eksperiment.
Elmi idrakın ən geniş yayılmış metodlarından biri 
elmi müşahidə eksperimentdir. Müşahidə – elmi tədqiqatda, xüsusilə təbiətşünas-
lıqda tətbiq olunan elmi idrak metodudur. Müşahidə dedikdə obyektin müntəzəm 
olaraq məqsədli sürətdə qavranılması nəzərdə tutulur. Predmet və hadisələri olduq-
ları kimi məqsədəuyğun qavramaqdır. Məs. bitkinin inkişafının müşahidə edən bo-
tanik onun xüsusiyyətlərini aşkar etməklə bitkinin həyat qanunauyğunluqlarını dərk 
edir. Müşahidələr əsasında müəyyən fərziyyələr və ideyalar irəli sürülür. Müşahidə 
insanın hiss orqanlarının işinə və onun maddi fəaliyyətinə əsaslanan fəal idrak pro-
sesidir. Müşahidənin səmərəli olması müşahidə obyekti haqqında tədqiqatçının qa-
baqcadan əldə etdiyi biliklərdən, onun tədqiqat məqsədini düzgün ifadə etmək ba-
carığın-dan, məqsədə nail olmaqda təkidindən, əldə edilən nəticələri düzgün və hər-
tərəfli təsvir etmək bacarığından asılıdır. Müşahidə metodu tədqiq edilən obyektin 
hərtərəfli öyrənilməsini, onun xassələrinin qavranılması imkanını genişləndirən 
müvafiq cihazlardan (mikroskop, teleskop və i.ax) istifadə edilməsini nəzərdə tutur. 
Müşahidə metodunda cihazlardan geniş istifadə edilməsi bir tərəfdən insanın hiss 
üzvlərinin idrakı imkanını qat – qat artırır, digər tərəfdən isə bəşəriyyətə sanki əla-
və qavrayış üzvləri vermiş olur. Məs. mikroskop, teleskop və s. kimi cihazlar hiss 
üzvlərinin dərketmə qüdrətini artırdığı halda, digər qrup cihazlar bizim hiss üzvləri-
mizin duya bilmədiyi maqnit sahəsini duymağa imkan verir. Elm tədqiqatda izlədi-
yi məqsəd və vəzifədən asılı olaraq müşahidələr elmi və qeyri – elmi ola bilər. 
Qeyri – elmi müşahidədən (Məs. hərbi işdə müşahidə, cinayətin tədqiq edilməsində 
aparılan müşahidə, gündəlik həyatda aparılan müşahidə və b.) fərqli olaraq elmi 
müşahidə bir sıra əlamətlərlə xarakterizə olunur. Elmi müşahidə hər şeydən əvvəl, 
müəyyən bir elmi problemin həlli ilə bağlıdır. Bir qayda olaraq elmi müşahidə bu 
və ya digər fərziyyəni təsdiq və yaxud təkzib edə biləcək faktiki material verməli, 
ya da müəyyən nəzəri kəşflərə gətirib çıxara bilən məlumatlar toplamalıdır. (Məs. 
Tixo Brakenin planet və ulduzların vəziyyəti üzərində apardığı müşahidələr sonra-
lar Kepler qanunlarının kəşf olunması üçün empirik əsas olmuşdur.) Elmi müşahi-
dələr empirik tədqiqatda üç əsas funksiyanı yerinə yetirir: 1) Elmi müşahidənin bi-
rinci, həm də mühüm funksiyası yeni problemlərin qoyulmasından və fərziyyələrin 
irəli sürülməsindən, habelə bu fərziyyələrin yoxlanması üçün zəruri olan empirik 
məlumatların əldə edilməsindən ibarətdir. 2) Müşahidənin ikinci funksiyası – fər-
ziyyə və nəzəriyyələrin eksperiment vasitəsilə həyata keçirilməsi bilavasitə müm-
kün olmayan yoxlanılmasından ibarətdir. 3) Müşahidənin üçüncü funksiyası – nə-
zəri tədqiqatlarda alınan nəticələrin tutuşdurulmasından, onların həqiqiliyinin yoxla-
nılmasından ibarətdir. Hazırda rentgen aparatları, radiolakatorlar, ultrasəs generator-
ları və müşahidənin bir sıra digər texniki vasitələri bu tədqiqat metodunun elmi əhə-
miyyətini son dərəcə artırmışdır. Müşahidə metodu bir sıra tələblərə cavab verməli-
dir: 1) Müşahidə məqsədli olmalı, müəyyən və öz – özlüyündə kifayət qədər aydın 
olan məsələni həll etmək məqsədilə aparılmalıdır; 2) Müşahidə əvvəlcədən tərtib 
olunmuş müəyyən plan əsasında aparılmalıdır; 3) Müşahidə məqsədyönlü olmalı və 
müşahidənin diqqətini ancaq onu maraqlandıran hadisə üzərinə yönəltməlidir; 4) 


225
Mü-şahidə fəal olmalıdır; 5) Müşahidə müntəzəm və fasiləsiz aparılmalıdır ki, bu da 
mü-şahidəçiyə obyekti ən müxtəlif şəraitlərdə dəfələrlə qavramaq imkanı verir.

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   202   203   204   205   206   207   208   209   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin