Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


§ 4. Fəlsəfədə həqiqət problemi



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə204/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   200   201   202   203   204   205   206   207   ...   307
333 felsefe muhazireler toplusu eyani

 
§ 4. Fəlsəfədə həqiqət problemi 
İdrak prosesində qazanılmış biliyin faydalı olması, insana həyatda düzgün istiqa-
mət götürməyə imkan verməsi və nəzərdə tutulan məqsədlər əsasında gerçəkliyi də-
yişdirməyə kömək edə bilməsi üçün o həqiqi olmalı, gerçəkliyə uyğun gəlməlidir. 
Biliyin gerçəkliyə uyğunluğu məsələsi fəlsəfədə həqiqət problemi adlanır. Həqiqətin 
mahiyyəti məsələsi biliyin gerçəkliyə uyğun olub-olmaması məsələsidir. Bəs bunu 
necə yoxlamaq olar? İki xətkeşin uzunluğunun uyğunluğunu yoxlamaq üçün onların 
üst-üstə qoyulması, fotoşəkilin öz orijinalına uyğunluğunun yoxlanılması üçün onla-
rın insanda eyni duyğu yaratması kifayətdir. Bəs simvolik işarələrlə ifadə olunan bili-
yin fiziki proseslərə, tarixi hadisələrə, şüurda cərəyan edən proseslərə, adamların da-
xili həyəcanlarına, emosiyalarına uyğun olub-olmamasını necə yoxlamaq olar? 
Biliyin strukturunda iki təbəqəni fərqləndirmək lazımdır. Bu təbəqələrdən biri 
insanın bioloji və sosial təşkilinin spesifikasından, əsəb sisteminin, duyğu orqanları-
nın, beynin xüsusiyyətlərindən, informasiyaların işləmə üsulundan, mövcud mədə-
niyyətin, tarixi dövrün və dilin özünəməxsusluğundan, digəri isə obyektiv reallıqdan, 
şüurda əks olunan proses və hadisələrin spesifikasından asılıdır. Biliyin bu təbəqələri 
qarşılıqlı münasibətdədirlər. Burada qarşıya çıxan başlıca məsələ bundan ibarətdir ki, 
bizim biliklərimizdə elə bir məzmun ola bilərmi ki, o, insandan, bəşəriyyətdən asılı 
olmasın və əgər biliklərimizdə həqiqətən belə bir məzmun varsa onun obyektiv real-
lığa uyğunluğunu necə təyin etmək olar? Bu sonuncu məsələ biliyin həqiqiliyi prob-
lemində başlıca məsələdir. Fəlsəfədə biliklərin insandan və bəşəriyyətdən asılı olma-
yan məzmunu 
obyektiv həqiqət adlanır
. Soruşulur: biliklərin insandan və bəşəriy-
yətdən asılı olmayan məzmununu biz hansı üsulla yoxlaya bilərik?
Əvvəlki fəlsəfədə belə üsullardan ikisi məlumdur. Onlardan 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin