Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə205/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   201   202   203   204   205   206   207   208   ...   307
333 felsefe muhazireler toplusu eyani

birincisi
biliyin 
məntiqi təhlili və ona aparan mülahizələrdir. Məsələn, Platon belə güman edirdi ki, 
yalnız əbədi və dəyişilməz ideyalar haqqında bilik həqiqət sayıla bilər. 
İkinci
üsul 
isə hissi seyrə, müşahidəyə aiddir. Əvvəlki materialistlərin əksəriyyəti məhz bu ba-
xışa tərəfdar olmuşlar. Lakin hissi qavrayışlar abstrakt bilik verə bilmədiyi üçün bi-
liklərimizin həqiqiliyinin yoxlanılması vasitəsi, həqiqətin meyarı ola bilməzlər. 


222
Hissi obrazlar subyektiv olub, obyekti qavrayan fərddən, onun əsəb sisteminin ha-
lından, hazırlıq dərəcəsindən, müşahidə şəraitindən, sosial-mədəni amillərdən asılı-
dır. Yuxanda qeyd etdiyimiz kimi, əvvəlki fəlsəfədə idrak prosesi belə bir sxem üz-
rə öyrənilirdi: obyekt (xarici aləm) - subyekt (insan). Lakin insan beyninə daxil 
olan informasiyalar təbii və sosial obyektləri sadəcə olaraq əks etdirməyib, həm də 
onları insanların sosial fəaliyyəti prosesində dəyişdirirmiş halda fiksə edir. Öz növ-
bəsində insanın qazandığı biliklər ona obyektiv gerçəklikdə düzgün oriyentasiya 
götürməyə, təbii və sosial situasiyaları məqsədə müvafiq dəyişdirməyə imkan yara-
dır. İdrakın bu cəhətinin başa düşülməsi dialektik materializm fəlsəfəsinin ən bö-
yük nailiyyətidir. Burada idrakın başlanğıc nöqtəsini, əsasını, hərəkətverici qüvvə-
sini, məqsədini və biliyin gerçəkliyə uyğunluğunun meyarını insanların maddi-
praktik fəaliyyəti təşkil edir. Buna görə də bu fəlsəfədə idrakın fundamental ünsür-
lərindən biri kimi insanların praktiki fəaliyyəti idrakın sxeminə daxil edilərək o, 
"obyekt-praktiki fəaliyyət-subyekt" şəklinə salınmışdır. 
İnsanların şüurlu fəaliyyətinin əsasını təşkil edən praktika həm də bu fəaliyyəti 
ehtiva edir. Bəşəriyyətin inkişaf tarixindən məlumdur ki, insanlar nəinki gerçəkliyi, 
həm də praktikanı dəyişməyə, neqativ praktikadan mütərəqqi, pozitiv praktikaya
keçməyə qabildirlər. Lakin belə hallarda praktikanın dəyişdirilməsinin obyektiv qa-
nunauyğunluqları, meyl və istiqamətləri hökmən nəzərə alınmalıdır. Praktika yalnız 
bu halda biliyin əsası və həqiqətin meyarı ola bilər. Məhz praktikanın mütəhərrikli-
yi və daxili spontanlığı biliklərimizin durmadan inkişafını, idrakın biliksizlikdən 
biliyə doğru, natamam, qeyri-mükəmməl bilikdən tam, mükəmməl biliyə doğru hə-
rəkətini təmin edir. Praktika ilə idrakın daxili əlaqəsini nəzərə alaraq idrak nəzəriy-
yəsinin əsas müddəalarını belə ümumiləşdirmək olar:
1) biliklərimizdə əks olunan aləm fasiləsiz dəyişməkdə və inkişafdadır;
2) praktika və onun əsasında baş verən idrak prosesində istifadə olunan vasitə-
lər durmadan dəyişilir və inkişaf edir;
3) praktika əsasında qazanılan və praktika vasitəsilə yoxlanılan biliklər fasilə-
siz dəyişilib inkişaf etdiyindən obyektiv həqiqətin özü də fasiləsiz dəyişilir və inki-
şaf edir.
Buna görə də idrak nəzəriyyəsini mərkəzi məsələsi idrakın inkişaf edən dünyanı 
necə əks etdirməsindən, ona necə uyğun gəlməsindən və ona necə təsir etməsindən 
ibarətdir. Obyektiv dünya kimi həqiqi biliklərimiz də dialektika qanunları əsasında 
dəyişir, inkişaf edir. Orta əsr adamları Ptolemeyin geosentrik sisteminə əsasən belə 
güman edirdilər ki, Günəş və planetlər Yer ətrafında fırlanırlar. Soruşulur: bu fikir 
yalan idi, yoxsa həqiqət? İnsanların səma cisimlərinin yeganə "müşahidə məntəqəsi" 
hesab etdikləri Yerdən apardıqları müşahidələr onları belə yanlış nəticəyə gətirmişdi-
r? Burada biliklərimizin subyektin idrakından asılılığı göz qarşısındadır, lakin bu mü-
hakimədə insandan və bəşəriyyətdən asılı olmayan belə bir məzmun vardır ki, Günəş 
sistemi planetləri daimi hərəkətdədirlər. Deməli, yuxarıdakı fikirdə artıq obyektiv hə-
qiqət zərrəsi vardır. Kopernikin heliosentrik təliminə görə, bizim planetlər sisteminin 
mərkəzi Günəşdir, planetlər, o cümlədən Yer onun ətrafında konsentrik çevrələr üzrə 
fırlanırlar. Bu təlimdə obyektiv həqiqətin payı Ptolemey təlimindəkindən çox olsa da, 


223
Kopernikin heliosentrik sisteminin təsəvvürləri də bütövlükdə reallığa tam adekvat 
deyildir. Bu natamamlığa səbəb sadəcə olaraq astronomik müşahidələrin çatışmama-
sı idi. Bu sahədə mövcud olan boşluğun doldurulmasında Keplerin kəşfləri müstəsna 
rol oynadı. Kepler, Tixo Bragenin təcrübələrinə əsaslanaraq göstərdi ki, planetlər Gü-
nəş ətrafında çevrələr üzrə deyil, ellipslər üzrə hərəkət edirlər. Müasir astronomiya 
planetlərin trayektoriyalarını və hərəkət qanunlarını daha dəqiq hesablamışdır. Gətiri-
lən misallar obyektiv həqiqətin tarixən inkişaf etdiyini və yeni kəşflər sayəsində də-
qiqləşdiyini göstərir. Konkret tarixi şəraitdən asılı olan obyektiv həqiqətin idrakın ba-
xılan inkişaf səviyyəsində əldə edilmiş dəqiqlik, tamlıq dərəcəsini ifadə edən forması 
nisbi həqiqət adlanır. İnsan idrakını, o cümlədən elmin inkişafı nisbi həqiqətlərin bir-
birini əvəz etməsi prosesidir. Zaman ötdükcə həqiqət insan tərəfindən daha tam, daha 
dolğun formada dərk olunur. 
Hadisə haqqında qazanılmış dolğun, hərtərəfli bitkin formada olan, elmin və 
praktikanın sonrakı inkişafı ilə təkzib olunmayan bilik mütləq həqiqət adlanır. Tez-
tez soruşulur: mütləq həqiqəti dərk və ifadə etmək mümkündürmü? Bu suala mənfı 
cavab verən aqnostiklər öz fikirlərini, adətən, bununla əsaslandırırlar ki, insanlar 
idrak prosesində ancaq nisbi həqiqətlər ilə iş görürlər. Onlar nisbi həqiqətləri ya-
rımçıq və gerçəkliyə tam adekvat olmayan biliklər adlandıraraq belə nəticə çıxarır-
lar ki, obyekti tam, bitkin, adekvat əks etdirən bilik əldə edilə bilməz. Lakin aqnos-
tiklərin fikri ilə razılaşmaq olmaz. Düzdür, hadisə mürəkkəbləşdikcə onun haqqın-
da mütləq həqiqəti dərk etmək bir o qədər çətin olur. Bununla belə mütləq həqiqət 
mövcuddur və biz onu insan idrakının can aldığı son hüdud, ali məqsəd kimi başa 
düşməliyik. Hər bir nisbi həqiqət insanı bu məqsədə aparan pillədir, addımdır. 
Nisbi və mütləq həqiqət obyektiv həqiqətin müxtəlif səviyyələri və formaları-
dır. Konkret biliklərimiz cəmiyyətin, elmin, texnikanın inkişaf səviyyəsindən asılı 
olan nisbi həqiqətlərdir. İdrakın səviyyəsi yüksəldikcə biz mütləq həqiqətə daha 
çox yaxınlaşırıq. Lakin tarixi inkişafın hər bir mərhələsində biz dünyanın yeni-yeni 
qanunauyğunluqlarını kəşf edərək onun haqqında daha dolğun, daha bitkin biliklər 
əldə edə bildiyimizdən bu proses sonsuz davam edə bilər. Obyektiv həqiqətin bir 
nisbi formasından digərinə keçilməsi dialektikanın idrak prosesində təzahürünün 
ifadəsidir. Mütləq və nisbi həqiqətlərin dialektikası haqqında deyilənləri aşağıdakı 
nəticə ilə yekunlaşdıra bilərik; 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin