Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


Materialist dialektikanın strukturu



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə213/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   209   210   211   212   213   214   215   216   ...   307
333 felsefe muhazireler toplusu eyani

Materialist dialektikanın strukturu
təbiətin dialektikası, cəmiyyətin 
dialektikası, dialektik məntiq və idrak nəzəriyyəsindən ibarətdir. 
Deyilənlərdən aydın olur ki, materialist dialektika eyni zamanda həm ontologi-
ya, həm məntiq, həm də qnoseologiya kimi çıxış etməklə onların vəhdətini təşkil 
edir. 
Fəlsəfi elm olmaq etibarilə dialektikanın mürəkkəb xarakteri onun funk-
siyaları vasitəsilə açılır.
Həm də bu halda dialektikanın funksiyalarının məzmunu 
onun predmeti, sistemi və strukturu ilə müəyyən olunur. Materialist dialektikaya tə-
biət, cəmiyyət, təfəkkür və idrakın ən ümumi inkişaf qanunları haqqında elm kimi 
verilən tərifdə onun funksiyaları öz ifadəsini tapmışdır. Həmin funksiyalar aşağıda-
kılardır:
a) Ontoloji funksiya. 
Materialist dialektikanın bu funksiyası öz ifadəsini onun 
təbiət və cəmiyyətin hərəkəti və inkişafının ən ümumi qanunları haqqında elm ol-
masında tapır. Dialektikanın qanunları xarici aləmin inkişafının obyektiv, həqiqi 
qanunları olduğundan fəlsəfi elm kimi dialektika hər şeydən əvvəl təbiət və cəmiy-
yət haqqında elmlərin nailiyyətlərinə istinad edərək təbiətdə və cəmiyyətdə baş ve-
rən hadisələrin dialektik xarakterini tədqiq etməlidir. 
b) Məntiqi funksiya. 
Materialist dialektikanın bu funksiyası onun həm də tə-
fəkkür haqqında elm olması ilə səciyyələnir. İdrak prosesində bütün elmlər öz anla-
yış və kateqoriyalarını işləyib hazırlamaqda məntiqi təfəkkürün formalarından isti-
fadə etsələr də, bunların heç biri tədqiqatın məntiqini öyrənməklə məşğul olmur. 
Bu vəzifəni yalnız məntiq olmaqla dialektika yerinə yetirir. Lakin məntiq olmaq 
etibarilə dialektikanı nə formal məntiqlə, nə də elmi tədqiqatın məntiqi ilə eyniləş-
dirmək olmaz. Belə ki, bu sonuncular xüsusi elmlər sahəsinə aid olub, dialektikanın 
tərkibinə daxil olmurlar. Dialektika həm də dialektik məntiqdir, bu sonuncu isə ma-
terialist dialektikanın ən dərin ifadəsidir. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   209   210   211   212   213   214   215   216   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin