226
bir idrak əməliyyatıdır ki, burada tədqiq edilən obyekt, onu daha ətraflı öyrənmək,
onun ayrı – ayrı cəhətlərini aşkara çıxarmaq məqsədi ilə hissələrinə ayrılır və öyrə-
nilən hadisəni anlamağa imkan verir. Təhlilin məqsədi budur ki, mürəkkəb vahidin
hissələri, ünsürləri dərk olunsun, onlar arasındakı əlaqə və tamam inkişafının qanu-
nauyğunluğu müəyyən edilsin. Əgər biz cəmiyyətin
nə kimi ünsürlər-dən əmələ
gəldiyini bilməsək, heç zaman onun mahiyyətini də anlamarıq, ondakı müxtəlif ün-
sürlərin münasibətini aydınlaşdıra bilmərik. Təhlil
tədqiqat metodu kimi bütün
elmlərdə geniş tətbiq edilir. (kimyada maddələrin
kəmiyyət və keyfiyyət təhlili, tor-
pağın fiziki – kimyəvi və bioloji təhlili, iqtisadi və digər ictimai hadisələrin kəmiy-
yət və keyfiyyət təhlili, dilin məntiqi təhlili və s.) Təhlilin forma növləri müxtəlif-
dir,
bunlar öyrənmənin məqsədindən, tədqiq edilən obyektin təbiətindən asılıdır.
Təhlil ilə sintezin vəhdəti dialektik təfəkkür metodunun
ən mühüm tələblərindən
biridir. Sintez təhlil zamanı ayrılmış hissələri tam halında birləşdirir və ümumiləş-
dirir, bir tam kimi götürülən obyekt haqqında bilik verir. Obyekti daha tam dərk et-
mək üçün ayrılmış cəhətləri və ya hissələri elə birləşdirmək lazımdır ki, predmetə
xas olan vəhdət pozulmasın. Burada sintez köməyə gəlir. Sintez müxtəlif cəhətləri
vahid bir tam halında
fikrən birləşdirməkdən, obyektin təhlil yolu ilə ayrılmış və
öyrənilmiş xüsusiyyətlərinin ümumiləşdirilməsindən ibarətdir. Sintez təhlilin verdi-
yi məlumatları
müqayisə etməyə, başlıca, mühüm olanı seçməyə,
həmçinin pred-
metin yeni xassəsini aşkara çıxarmağa imkan verir. Sintez təhlilin əsasında həyata
keçirilir. Sintez zamanı əldə edilən bilik qabaqkı təhlil əsasında hasil edilir.
Elmi idrakda
Dostları ilə paylaş: