221
bilik və informasiya anlayışlarının münasibətinin, vəhdət və fərqinin aydınlaşdırıl-
ması mühüm əhəmiyyət kəsb edir. Biz dedikdə ki, A obyekti B obyektini əks etdi-
rir, bunu başa düşürük ki, A-da baş verən müəyyən dəyişikliklər
B-də baş verən
müvafiq dəyişikliklərə mütabiq olub, bilavasitə onlarla şərtlənir. İnformasiya de-
dikdə qarşılıqlı təsirin xüsusi üsulu, həm də elə üsulu nəzərdə tutulur ki, bu zaman
inikas prosesindəki dəyişikliklər B-dən A-ya ötürülür və bu proses obyektdən sub-
yektə doğru yönələn və onda xüsusi tərzdə çevrilən siqnallar axını vasitəsilə realla-
şır. İnformasiyanın mürəkkəblik dərəcəsi və formaları obyektin və subyektin key-
fiyyət xarakteristikasından,
müxtəlif formalardan, o cümlədən dil işarələri vasitəsilə
ötürülən siqnallar tipindən asılıdır. Bilik cəmiyyətdə fəaliyyət göstərən informasi-
yanın əldə edilmiş ən yüksək səviyyəsidir.
Dostları ilə paylaş: