İnsanın mahiyyəti və mövcudluğu.
İnsanın fəlsəfi mənalandırılmasında onun
mahiyyəti ilə bağlı məsələ çox mühüm yer tutur. Yuxarıda deyildiyi kimi müxtəlif
filosoflar insanı heyvandan fərqləndirərkən ondakı müxtəlif keyfiyyətləri əsas götü-
rürlər. Əslində insan heyvandan ayıran əlamətlər çoxdur, Lakin insanın mahiyyətini
müəyyən edərkən onun bütün əlamətlərinə deyil, yalnız ən mühüm əlamətlərinə ar-
xalanmaq lazımdır. Belə əlamət insanın fəaliyyətidir. O, yaradıcı xarakter daşıyır
və müəyyən ictimai münasibətlər sistemində baş verir. Buna görə də ictimai müna-
sibatlər inkişaf etdikcə fəaliyyət də təkmilləşir. Hər bir-insanın inkişafında onun
mövcud ictimai münasibətləri mənimsənilməsi dərəcəsi mühüm yer tutur. Amma bu
təkcə cəmiyyətin və ictimai münasibətlərin məhsulu olmaqla qalmır. O, həm də öz-
özünün yaradıcısıdır. Bu mənada o, ictimai münasibətlərin həm obyekti, həm də
subyektidir.
Yuxarıda deyilənlər sübut edir ki, insanın mahiyyəti onun sosial yaradıcı fəa-
liyyəti ilə müəyyən olunur. Fəaliyyətdən, sosial münasibətlərdən və ünsiyyətdən
kənar insan yoxdur. Bununla belə, insanda fəaliyyətin rolu birmənalı qəbul olunmur.
Fəlsəfi antropologiyanın banilərindən biri alman filosofu M.Şeler (1874- 1928)
insanın mahiyyətini izah edən təlimləri beş növə ayırır: 1) avropa-xristian doktrina-
sı; 2) antik-yunan; 3) naturalist; 4) dekadans nəzəriyyə; 5) fövqəlinsan konsepsiya-
sı. Əlbəttə, bu tipologiyanın tam dəqiq olduğunu söyləmək çətindir. Lakin o bütöv-
lükdə insan və onun mahiyyəti ilə bağlı məsələlərin təhlilində mühümdür. Görün-
düyü kimi burada birinci üç növ insanın müvafiq obrazını (dini insan, zəkalı insan
və naturalist insanı ifadə edir. Dördüncü tip (dekadans qiymət) bir növ naturalist və
supranaturalist meylləri birləşdirir. Burada iki üsul (insanı alçaldan və insanı yük-
səldən) bir-birilə müqayisə edilir. Nəhayət beşinci baxış insanın fövqəltəbii mövqe-
dən izah etməyə çalışır. “Burada Nitşenin irəli sürdüyü fövqəlinsan ideyası əsas gö-
türülür. Lakin Şeler bu təlimi rasionalist əsasda izah edirdi.
Birinci tip antropoloji təlim avropa-xristian doktrinası geniş yayılmış teist tə-
limdir (bu dünyanın Allahın tərəfindən yaradıldığını qəbul edir). Bu təlim Şelerin
fikrincə nə fəlsəfədə, nə də elmdə yaranmamışdır. Onun kökləri dini inamdadır. Bu-
rada yəhudi dini (birinci növbədə «Əhdi ətiq» - «İncil»), antik dini tarix və İncildəki
müddəalar əhatə olunur. Bütövlükdə insana dini baxış özündə aşağıdakı bir-birilə
əlaqəli tezisləri əhatə edir: insanın Allah tərəfindən yaradılan olması, insan nəslinin
Adəm və Həvvadan əmələ gəlməsi, cənnət və cəhənnəm haqqında təlim, günahı və
savabı qeyd edən mələklər təlimi, esxatolik (bəşəriyyətin gələcəyinin puç olması) tə-
lim, şəxsiyyətin azadlığı və mənəviyyat təlimi; ruhun ölməzliyi və bir bədəndən di-
gərinə keçməsi, dirilmə və qiyamət gününə aid baxışlar. Buraya daha iki tərəfi əhatə
etmək olar. İnsanın Allahın surəti və bənzəri olması fikri və Allahın insanda təzahü-
rü (Allahın oğlu fikri).
271
İkinci təlim hu günə qədər geniş yayılmış zəkalı insan ilə sıx bağlılıdır.
Onun kökləri qədim yunan mədəni ənənələrinə gedib çıxır (Anaksaqor, Platon,
Aristotel və başqaları). Bu baxış insan ilə heyvanın ciddi surətdə fərqləndiyini söy-
ləyir. O göstərir ki, insanda yaradıcılıqdan daha çox zəka üstün yer tutur. Yalnız
onun sayəsində insan reallıqda mövcud olan hər şeyi olduğu kimi başa düşə və qiy-
mətləndirə bilir. Şeler zəkalı insanı səciyyələndirən dörd ən mühüm cəhəti qeyd
edir: 1) o, canlı təbiətin digər obyektlərində olmayan ilahi fəallığa malikdir; 2) bu
fəallıq xaosu kosmosa çevirmişdir. Ontoloji baxımdan bu elə qüvvədir ki, ondan
dünyanın həqiqi dərk olunması irəli gəlir; 3) bu qüvvə Loqosdur, o instiktlərdən və
hissiyyatlardan asılı deyildir; 4) həmin qüvvə tarix, əhali artımı və yer baxımından
mütləq sabit xarakter daşıyır.
Fəlsəfi fikir tarixində (yunan fəlsəfəsindən başlayaraq klassik alman fəlsəfəsi-
nə qədər olan böyük bir dövrdə) insan haqqında təlimin bu dörd tərəfi çox az dəyi-
şikliyə uğramışdır. Uzun əsrlər boyu zəkalı insan ideyası mövcud olmuşdur. Maa-
rifçilik fəlsəfəsi nümunəsində isə bu ideya daha da parlamışdır. Lakin Şeler əsassız
olaraq naturalist insan ilə fəaliyyət göstərən insanı (homofaber) birlikdə götürür.
Beləliklə də o, insanı heyvandan o qədər də ayırmır. O yazırdı: "Burada insan ilə
heyvan arasında mahiyyət fərqi yoxdur; onlar yalnız əlamətlərin mövcud olma də-
rəcələrinə görə fərqlənirlər. İnsan yalnız heyvanın xüsusi növüdür. Bütün canlılara
xas olan elementlər, qüvvə və qanunlar insanda da vardır. Lakin bunlar insanda da-
ha mürəkkəb nəticələr törətməklə təzahür edir
Şelerə görə insanın mahiyyəti onun zəkalı varlıq olmasında deyildir. Bundadır
ki, o, bioloji instinktiv mövcudatdır. İnsan yüksək inkişaf etmiş canlı mövcudatdan
başqa bir şey deyildir. Onun ruhu, zəkasına gəlincə isə bunlar müstəqil, xüsusi, me-
tafizik mənşəyə malik deyillər. Onlar yalnız yüksək psixiki qabiliyyətlərin davamı-
dır. Belə qabiliyyətlər insanabənzər meymunlarda da vardır.
Əlbəttə, Şelerin bu fikri ilə razılaşmaq çətindir. Çünki insanın fəaliyyət göstər-
mək qabiliyyəti heç də təbii xassə deyildir. O, insanın çox mühüm antropoloji key-
fiyyətidir. İnsanın fəaliyyəti yaradıcı xarakter daşıyır. Onu təbii müqəddəm şərtlər-
lə eyniləşdirmək doğru olmazdı. Fəaliyyət insanın təbiətdən yüksəkdə durduğunu
göstərir. Məhz fəaliyyət insanı müstəqil antropoloji tip kimi ayırmağın əsasında du-
rur. Bunu müasir elmi nailiyyətlər də sübut edir.
İnsan təkcə öz mahiyyətinə müncər olunmur. Onun mövcudluğu məsələsi də
çox mühümdür. Mahiyyət bütün insan nəslinin keyfiyyət səciyyəsini təşkil edir.
Ondan fərqli olaraq mövcudluq hər bir fərdə aiddir, onun həyatının konkret empirik
ifadəsidir. Buna görə də mahiyyət anlayışı onu tam əhatə etmir. Mövcudluq ayrılıq-
da götürülmüş insanı və ya birlik formasını bütün rəngarəngliyi ilə səciyyələndirir.
İnsanın mahiyyəti və mövcudluğu problemi ekzistensializm fəlsəfəsində daha
geniş yer tutur. Onun nümayəndələri (J.Sartr, A.Kamyu, M. Haydegger və b.) insa-
nın fərdi-real varlığını transendensiya (ən ümumi reallıq hüdudlarından kənara çı-
xan) ilə nisbətdə götürürlər. .
Mövcudluq həmişə fərdi xarakter daşıyır. Buna görə də ekzistensializm fəlsə-
fəsinə görə fərdin varlığı ilə cəmiyyətin varlığı iki müxtəlif tərəflərdir. Həm də
272
bunlar bir-birilə daim münaqişə vəziyyətindədir. Ayrıca bir fərd həmişə şəxsiyyət-
dir, cəmiyyət isə şəxsiyyət deyildir. Odur ki, ekzistensialistlər əsl həqiqi varlığı
şəxsiyyətin fərdi mövcudluğu ilə onun azadlığı və transendensiyaya meylliliyi ilə
bağlayırlar. Beləliklə, ekzistensializm insanın mahiyyətini mövcudluğundan ayırır.
Məsələn, Sartr göstərirdi ki, bütün digər obyektlərdən fərqli olaraq insanda əvvəlcə
mövcudluq, sonra isə mahiyyət yaranır. Əlbəttə, bu fikirdə müəyyən maraqlı cəhət
də vardır. Yəni təzə doğulan uşaq mövcuddur, lakin o hələ insanlıq mahiyyətinə
malik deyildir. Onun insanlıq mahiyyəti sonradan, sosiallaşma prosesində formala-
şır. Lakin bu faktı şişirdərək insanın mahiyyəti ilə mövcudluğunu bir-birindən ayır-
maq doğru olmazdı. Onlar bir-birilə dialektik vəhdət təşkil edir.
İnsanın mahiyyətini izah edərkən aşağıdakı nöqteyi-nəzərə də diqqət yetirməli-
dir. Hazırda antropoloq filosofların bir qismi belə bir fikir irəli sürürlər ki, zəkalı in-
san bioloji növü təhlükəli həddə yaxınlaşmışdır. Onların fikrincə təbiət amansızdır.
O, özünün yaratdığı uğursuz törəmələri bir kənara atır. Buna görə də ola bilsin ki,
təbiətin yaratmış olduğu insan da məhvə düçar olsun. Bu fikri söyləyərkən onlar
aşağıdakı dəlillərə istinad edirlər: planetdəki hər bir canlı prinsip etibarilə mükəm-
məldir Məsələn, heyvanlar öz instinktiv proqramı üzrə hərəkət edirlər. Hörümçək-
lər məharətlə tor toxuyur. Yaxud da quşlar heç bir naviqasiya cihazından istifadə et-
mədən uzaq məsafələrə uçurlar. Arılar böyük ustalıqla instinktiv şəkildə şan yaradır-
lar. Canlılardan yalnız insan instinktlərlə məhdudlaşmır, sərbəst proqram üzrə fəa-
liyyət göstərir. Sonra insan psixikası ilə heyvan psixikasını müqayisə edərkən insan-
da müəyyən tarazlığın pozulduğu hiss olunur. Misal üçün cinsi instinktə diqqət ye-
tirək. O, heyvanda yalnız ilin müəyyən dövrlərində (nəsli artırmaq üçün əlverişli
şərait yarandıqda) baş qaldırır. İnsanda isə tamamilə başqa cürdür. Onun ehtirasları
praktiki olaraq hər vaxt özünü göstərə bilir. Yaxud digər bir misal. Heyvanda orqa-
nizmin bütün hərəkətləri və xarici aləmə psixoloji reaksiyaları normal və təbiidir. O
özünə lazım olan qidanı axtarır və təhlükədən qaçır. Heyvanda sadizm və mazoxizm
kimi keyfiyyətlər yoxdur. O öz nəslinin nümayəndələrinə əzab verməkdən, ziyan ye-
tirməkdən həzz almır. İnsanda isə bəzən elə patoloji vəziyyət yaranır ki, o, başqasına
əziyyət verməkdən, onu incitməkdən müəyyən zövq alır. İnsan bəlkə də yeganə canlı
növüdür ki, öz nəslinin nümayəndələrini məhv edir. Məsələn, canavar bir başqası ilə
döyüşdə məğlub olduqda məğlubiyyət əlaməti kimi dodaqlarını göstərir. Bu qarşı tə-
rəfin qələbəsini tanımaq deməkdir. Belə hallarda əksərən, qalib gəlmiş canavar onu
öldürmür. Eləcə də maral başqası ilə mübarizədə məğlub olduqda buna bənzər təs-
limçilik hərəkəti edir və qarşı tərəf onu məhv etmir, insan isə bundan fərqli olaraq ağ
bayraq qaldıranı da, dizi üstə çöküb yalvaranı da öldürə bilir.
Qeyd edək ki, müxtəlif dövrlərin müdrik adamları insanda bu cür kəskin qəzə-
bin səbəblərini araşdırmağa cəhd göstərmişlər. Ancaq yalnız XX əsrdə insanın da-
ğıdıcı, məhvedici xarakterinin bəzi səbəblərini aşkar etmək mümkün olmuşdur.
Məsələn Z.Freyd belə hesab edirdi ki, insanın xarakterindəki dağıdıcılıq, onun hə-
yatının sadə olmamasından irəli gəlir. Odur ki, gələcəkdə insan üçün daha insani
şərait yarandıqda, onun qəddarlığı da aradan qalxacaqdır. Lakin insanlara bu tarixə
qədərki dövrü başa vurmaq və həqiqi tarixi yaşamaq üçün min il vaxt lazım gələ-
273
cəkdir. Freydin ardıcılı E.From (1900-1980) isə bu məsələdə tamamilə başqa möv-
qedən çıxış edir. Onun fikrincə insanlar üçün yüxarıda göstərilən tarixəqədərki
dövrü yaşamaq vacib deyildir. Çünki onlar öz mahiyyəti etibarilə qəddar deyildir.
Qəddarlığı insan tarixi gedişatda əldə edir. Məhz tarix insanda bu keyfiyyəti yarat-
maqla, onu yolundan döndərmişdir. Əvvəllər belə fikirlərə rast gəlinirdi ki, insanın
aqressiv davranışı fılogenetik köklərə malikdir. Belə davranış onun anadangəlmə
instinktləri ilə bağlıdır, yəni proqramlaşdırılmış xarakter daşıyır. From isə bu qəbil-
dən olan fikirlərə qarşı çıxır. O göstərir ki, insan təbiətdən yüksək dünyanı, indust-
rial mədəniyyəti yaratmaqla, tədricən öz təbii köklərini itirməyə başlayır. O, yarat-
dığı yeni aləmə doğru daim can atmaqdadır. Və bu prosesdə birdən özündə dağıdı-
cılıq sindromunun olduğunu aşkar edir.
Bununla əlaqədar qeyd edək ki, doğrudan da müasir sivilizasiya, cəmiyyətin
industrial yolla yüksəlişi özgələşmiş insanların səyini artırır. Belə adamların hər bi-
ri özünü və öz bədənini yalnız şəxsi uğur qazanmaq üçün vasitə hesab edir. Bu gün
insan həyatının müxtəlif sahələri getdikcə daha çox maşınlaşır. Bu meyl isə döyüş-
kənlik, terrorizm və vandalizm kimi keyfiyyətlərin törəməsində ciddi rol oynayır.
Qəribə paradoks baş verir. Belə çıxır ki, insan maşınları yaratmır, əksinə mexa-
nizmlər və texnologiya ona öz qanunlarını diktə edir. Buna baxmayaraq insanlar tə-
biilikdən kənar süni yaradılan formalara və strukturlara can atırlar. Çünki bunlar
daha çox rahatlıq gətirir və asan idarə olunurlar. Nəticədə isə insanın mövcudluğu-
nun təbii əsasları ciddi təhlükəyə məruz qalır.
Yuxarıda deyilənlər göstərir ki, insanı izah edən fəlsəfi baxışlar çox müxtəlif-
dir. Lakin onların hamısı belə bir ümumi cəhətə malikdir ki, insan kainatın təkraro-
lunmaz məhsuludur. İnsanın unikallığı, müstəsnalığı bir aksiom kimi qəbul olunur.
Dostları ilə paylaş: |