276
dəyişdirici təsir edir. Onları, hətta sosial amilləri başqa cür qavrayacaq dərəcədə
dəyişdirir.
İnsan haqqında baxışlar yuxarıda deyilənlərlə bitmir. Onlardan əlavə bir sıra
konsepsiyalar da vardır. Onlar bioloji amillərin mühümlüyünü
zahirən qəbul et-
məklə, əsassız olaraq belə bir optimist fikir irəli sürürlər ki, guya yalnız xarici təsir-
lər göstərməklə insanın
təbiətini tez bir vaxtda, əsaslı surətdə və istənilən istiqamət-
də dəyişdirmək olar. Qeyd edək ki, cəmiyyət tarixində buna bənzər cəhdlər az ol-
mamışdır. Bir çox dövrlərdə güclü sosial vasitələrin təsiri ilə insanların ictimai psi-
xologiyası kütləvi psixoz vəziyyəti həddinədək dəyişdirilmişdir. Lakin bu vəziyyət
yalnız qısa müddət davam etmişdir. Tezliklə insanların şüuru öz köhnə vəziyyətinə
qayıtmışdır. Buradan aydın olur ki, həmin qəbildən zorla edilən dəyişikliklərin heç
bir tarixi və ya sosial mənası yoxdur. Onlar olsa-olsa insanın sosial iradəsini yanlış
səmtə yönəldir və sosial amillərin təsirini zəiflədir.
İnsanda sosial keyfiyyətlərin rolunu həddən artıq şişirdərək bioloji tərəfə mə-
həl qoymayan baxışlar da yanlış hesab edilməlidir. Belə vulqar sosioloji təlimlər
insanın mövcudluğunun, eləcə də onun müxtəlif formalarda təzahür edən fərdi rən-
garəngliyinin təbii bioloji şərtlərini lazımi dərəcədə qiymətləndirmir. Onların fik-
rincə insanı öyrənərkən bunları nəzərə almamaq da olar. İnsanı
kobud sosioloji
mövqedən izah edən baxışlara misal olaraq XX əsrdə geniş yayılmış antiutopiya
bədii janrını göstərmək olar. Onun nümayəndələri (E.Zamyatin, O.Xaksi, C.Oruyel
və başqaları) öz əsərlərində yaratdıqları uydurma cəmiyyətləri təsvir edir və göstə-
rirlər ki, burada xalis sosial ideya hökm sürür.
İnsanda bioloji tərəfə məhəl qoyulmaması qismən dini ənənə üçün də səciyyə-
vidir. Belə ki, din cismani olan ilə - bədən ilə ruhu bir-birinə qarşı qoyur. Həm də
dini təsəvvürlərə görə bədən aşağı, ruh isə yüksək mövqedə durur.
Qeyd olunmalıdır ki, insanda istər bioloji və istərsə də sosial amillərin rolunu
şişirdən baxışlar birtərəfli və məhdud xarakter daşıyır. Əslində bu iki qrup amillər
bir-birilə dialektik vəhdət təşkil edir. Belə ki, insanın sosial mahiyyətinin ön plana
çəkilməsi, onun ictimai əlaqə və münasibətlərinin xüsusi qeyd olunması, heç də ay-
rı-ayrı fərdlərə xas olan özünəməxsusluqları, onların xarakterində iradə və qabiliy-
yətlərindəki spesifikliyi inkar etmək demək deyildir. Əksinə, bu cür yanaşma insa-
nın mahiyyətini, həmin şəxsi keyfiyyətləri araşdırarkən, onların təkcə sosial tərəfi-
nin yox, həm də bioloji təbiətinin izah edilməsini nəzərdə tutur.
İnsan orqanizmi, onun fəaliyyəti həm bioloji, həm də sosial tərəfin üzü əlaqəsi-
nə əsaslanır.
Məsələn, insanın zəkasını, təfəkkürünü nə sırf bioloji, nədə sırf sosial
səbəblərlə izah etmək qeyri-mümkündür. Belə ki, təfəkkür mürəkkəb biopsixososi-
al hadisədir. Bu o deməkdir ki, təfəkkür birinci növbədə özünün maddi, bioloji əsa-
sına malikdir. Belə əsas rolu insanın beyni, orada gedən fizioloji və digər proseslər
oynayır. Lakin bioloji tərəf öz-özlüyündə təfəkkürü olduğunu izah edə bilmir. Hələ
heç bir neyrocərrah insan beynində gedən psixi prosesləri görməmişdir. Psixiki ha-
disələr maddi əsaslara arxalansalar da, əksərən ideal xarakter daşıyır.
Deyilənlərdən
aydın olur ki, təfəkkürün məzmunu biolojiyə müncər edilmir. O, mürəkkəb psixiki
hadisə olmaqla, özündə biososial intellektual və iradi tərəfləri əhatə edir. Deməli,
277
təfəkkürü izah edərkən həm bioloji və həm də psixiki səciyyələrə diqqət yetirilmə-
lidir. Lakin bunlar da kifayət, deyildir. İnsan təfəkkürü sosial həyatdan ayrılmazdır.
O, mövcud ictimai münasibətlər sistemi və insanın orada tutduğu yer ilə şərtlənir.
Deməli, təfəkkürdə bioloji, psixiki və sosial tərəflər qarşılıqlı surətdə bir-birinə nü-
fuz edir. Onlar bir-birilə çulğalaşmış şəkildə çıxış edirlər.
Deyilənlərdən aydın olur ki. bioloji tərəf ilə sosial tərəfi yalnız abstraksiyada
ayrılıqda götürmək olar. Bu halda onlar insanın xassələri və hərəkatla iki müxtəlif
qütbünü əhatə edir. Məsələn, insanın bioloji qütbü onun orqanizminin tabe olduğu
biofıziki və fizioloji qanunları əhatə edir. Bu qanunları insanı öz bütövlüyünü sax-
lamağa çalışan sabit sistem kimi səciyyələndirir. Sosial qütb ifadə edir ki. insan
mücərrəd məxluq deyildir. O, sosial mövcudatdır. Yəni,
Dostları ilə paylaş: