Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə256/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   252   253   254   255   256   257   258   259   ...   307
333 felsefe muhazireler toplusu eyani

 
 
§ 2. İnsanda sosial və bioloji cəhətlərin vəhdəti 
İnsan təkcə sosial mövcudat deyil, həm də təbiətin bir hissəsidir, bioloji varlıq-
dır. Buna görə də digər bioloji növlərə xas olan qanunauyğunluqlar insanda da özü-
nü göstərir. Məsələn, irsiyyət və dəyişkənlik, böyümə, çoxalma, məhv olma və sair. 
İnsanın uşaqlıq, yetkinlik və qocalıq dövrləri də bioloji cəhətdən şərtlənir. Onun qi-
dalanması, bəzi əlamətlərinin irsən keçməsi də biologiya ilə sıx bağlıdır.
 
Deyilənlərdən aydın olur ki, hər bir insanda bioloji tərəf ilə sosial keyfiyyətlər 
çulğaşmış şəkildə çıxış edir. İnsanın eyni vaxtda həm bioloji aləmə, həm də sosial 
həyata daxil olması bir sıra çətinliklər törədir. Söhbət insanda bioloji və sosial 
amillərin nisbətinin müəyyənləşdirilməsindən gedir. İnsanın qabiliyyəti, hissləri, 
davranışı və hərəkətlərinin formalaşmasında hansı tərəfin aparıcı rol oynaması fəl-
səfi fikirdə ən çox dolaşdırılan məsələlərdəndir. Digər bir çətinlik insanda bioloji 
ilə sosialın qarşılıqlı əlaqəsinin necə baş verdiyini müəyyən etməkdir. Göstərilməli-
dir ki, bu məsələlərin izahında əsrlər boyu müəyyən fikir ayrılığı
 
özünü göstərmis-
dir. İnsanda bioloji və sosial tərəflərin nisbəti haqqında baxışlar rəngarəngliyinə 
baxmayaraq, əsas etibarilə iki istiqamətdə ifadə olunur. Bunlardan birincisi insanı 


274
biolojiləşdirən, yəni onun mahiyyətində təbii, bioloji tərəflərin rolunu şişirdən kon-
sepsiyadır. İkinci isə kobud sosiolojiləşdirici nəzəriyyələrdir. Sonuncular insanın 
bioloji keyfiyyətlərinə məhəl qoymur, onun sosial mahiyyətini mütləqləşdirirlər. 
Birinci qəbildən olan nəzəriyyələrə misal olaraq XIX əsrin sonlarında geniş yayıl-
mış soslal-darvinizmi və irqçiliyi göstərmək olar. Onların tərəfdarları insanlar ara-
sındakı münasibətləri, cəmiyyət hadisələrini Darvinin təbii seçmə və təkamül qa-
nunları ilə izah etməyə çalışırdılar. İrqçilik isə insanları dərisinin rənginə, üz quru-
luşuna, saçına və s. görə fərqləndirir. İnsanın mahiyyətini biolojiləşdirməyə çalışan 
konsepsiyalar bu gün də davam etməkdədir. Hazırda Qərbdə geniş yayılmış sosio-
biologiya adlanan təlim (M.Ryuz, M.Midqme, E.Uilson və başqaları) bu qəbildən-
dir. Onun banilərindən biri, Amerika alimi E.Uilson təklif edir ki, insanın tarixinə 
yerdəki heyvanların kataloqunu tərtib etmək üçün başqa planetdən gəlmiş zoologi-
ya mütəxəssisinin nəzəri ilə baxmaq lazımdır. Belə olduqda bütün humanitar və so-
sial elmlər biologiya elminin ayrı-ayrı ixtisaslaşmış bölmələri hesab edilməlidir. 
Tarix və ədəbiyyat isə sadəcə olaraq bioloji növ olan insanın davranışını tədqiq et-
məyin üsullarıdır. O, özünün 1975-ci ildə çap etdirdiyi "Sosiobiologiya: yeni sin-
tez" adlı kitabında həmin konsepsiyanın əsaslarını şərh etmişdir. Müəllif bildirir ki, 
onun əsas vəzifəsi əxlaq, azadlıq, determinizm, aqressiya, altruizm, eqoizm və di-
gər insan keyfiyyətlərinə yeni tərzdə yanaşmaqdır. Bu məqsədi həyata keçirərkən o
heyvan və insan davranışlarının imkanları və sərhədlərinin təhlilinə xüsusi diqqət 
yetirir. Qeyd olunan problemlərin həllində darvinizm prinsiplərinə, o cümlədən tə-
bii seçməyə birinci dərəcəli əhəmiyyət verilir. Ən əsası budur ki, heyvanlar üzərin-
də alınmış nəticələr insanların davranışına aid edilir. Beləliklə Uilson əsassız olaraq 
antropologiyanı biologiyaya, biologiyanın özünü isə molekulyar genetikaya mün-
cər edir. 
Bütövlükdə sosiobioloqlar belə hesab edirlər ki, “gen ilə mədəniyyətin koeval-
yusiyası (birgə təkamül deməkdir) nəzəriyyəsi insanın təbiəti haqqında təsəvvürləri 
dəyişdirir. Bu nəzəriyyəyə görə insanda üzvi (gen) və mədəni təkamül prosesləri 
birlikdə baş verir. Onlar bir-birilə əlaqəlidir. Lakin aparıcı rolu genlər oynayır. İn-
sanın bir çox hərəkətlərinin son nəticədə səbəbi genlərdir. Buna görə də insan bio-
loji biliyin obyektidir. Uilson sosiobiologiyanın əsas vəzifəsini insan da daxil ol-
maqla heyvanlarda sosial davranışın bütün formalarının bioloji əsaslarını öyrən-
məkdə görürdü. Həmin nəzəriyyənin başlıca müddəası bundan ibarətdir: insanda 
onun bioloji təbiətindən kənarda elə bir ciddi əlamət yoxdur. Onun tərəfdarlarının 
fikrincə insanın çox ehtimal ki, əxlaqi hissləri də bioloji kanallar vasitəsilə irsən ke-
çir. Buna nümunə kimi onlar ibtidai cəmiyyətdə qan qohumlar arasında nikahın qa-
dağan olunmasını gətirirlər. Göstərirlər ki, bu yasaq insan cəmiyyətinə heyvanlar 
aləmindən keçmişdir. Onlar aqressivliyi də insanını ayrılmaz xassəsi hesab edirlər. 
Sosiobioloqların fikrincə insanın zəkası da bioloji təkrar istehsal üçün nəzərdə tu-
tulmuş vasitələrdən biridir. Bu nəzəriyyə insanı naturalist mövqedən izah edir. 
Onun fikrincə heyvanlar ilə insanlar arasında heç bir sədd yoxdur. Belə ki, bütün 
canlı mövcudatlar eyni prinsiplər üzrə yaşayırlar. Bizim insan sivilizasiyasının nai-
liyyəti hesab etdiyimiz bir çox hadisələr heyvanların davranışında da mövcuddur. 


275
Canavarlar sürü halında, arılar ailə halında, cüyürlər dəstə şəklində yaşayırlar. So-
siobioloqlara görə bu birliklər sosial həyatın ilkin müjdələridir. Hətta altruizm (şəx-
si mənafeni ictimai mənafeyə tabe, etmək) spesifik insan hadisəsi deyil, bütün canlı 
orqanizmlərin xassəsi hesab olunur. 
Qeyd edək ki, insanda bioloji əlamətlərin rolunu mütləqləşdirən baxışın özü 
daxilən yekcins deyildir. Burada əsas etibarilə

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   252   253   254   255   256   257   258   259   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin