Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


XVII əsr İngilis fəlsəfəsi



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə80/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   307
333 felsefe muhazireler toplusu eyani

XVII əsr İngilis fəlsəfəsi.
Yeni dövr ingilis fəlsəfəsinin görkəmli nümayəndə-
lərindən biri 
Tomas Hobbs
(1588-1679) idi. O, ingilis fəlsəfəsində materialist ənə-
nənin davamçısı kimi tanınmışdır. Hobbs Bekon materializmini sistemləşdirdi, fəl-
səfənin ilahiyyata tabe etdirilməsinə qarşı onun mübarizəsini davam etdirərək onu 
daha da kəskinləşdirdi. Hobbs, həmçinin, Bekon materializminin teist qalıqlarını 
aradan qaldırdı. (Teizm Allahın mütləq şəxsiyyət kimi mövcudluğunu etiraf etmək, 
bütün dünyəvi hadisələrdə onun birbaşa iştirakını qəbul etmək deməkdir). Hobbs 
"Təbii və siyasi qanunların elementləri" (1640), "Leviafan" (1651) adlı əsərlərində, 


89
"Vətəndaş haqqında" (1642), "Cisim haqqında" (1655). "İnsan haqqında" (1658) 
trilogiyasında özünün fəlsəfi, sosial-siyasi baxışlarının şərhini vermişdir. O, fəlsəfə 
tarixində ilk dəfə mexaniki materializmin tamamlanmış sistemini yaratmışdır. 
Hobbs fəlsəfənin əsas məsələsinin idealistcəsinə və dualistcəsinə həllinə qarşı 
mübarizə aparırdı. Onun fikrincə, "dünya cisimlərin məcmusundan ibarətdir. Dün-
yada qeyri-cismani heç nə
 
mövcud deyildir". Dünya cismanidir, yəni "dünyada an-
caq cisim var, cisim yoxdursa, deməli, heç nə yoxdur". Hobbsun təliminə görə, ay-
rı-ayrı cisimlərdən materiya təşkil olunmuşdur. Materiya əbədidir, onun təşkil 
olunduğu ayrı-ayrı cisimlər isə müvəqqətidir, onlar meydana gəlir və yox olur. La-
kin bir mexaniki materialist kimi Hobbs materiyaya sırf kəmiyyət xarakteristikası 
verirdi. Onun fəlsəfəsində maddi cisimlər, rəng, səs, iy və s. kimi keyfiyyətlərdən 
məhrumdurlar. Bu keyfiyyətləri o, subyektiv keyfiyyətlər adlandırırdı. Hobbs hərə-
kəti materiyanın daimi xassəsi hesab edirdi. Lakin o, materiyanın hərəkət formala-
rının müxtəlifliyini görə bilmir, hərəkətin yalnız mexaniki formasını qəbul edirdi. 
Hobbs dünyanın dərk edilənliyini inkar etmirdi. O, insan biliklərinin mənbəyi-
ni obyektiv gerçəklikdə axtarır və göstərirdi ki, idrak duyğulardan başlayır. Lakin 
o, duyğuların obyektiv aləmin subyektiv surəti olduğunu başa düşə bilmirdi. Onun 
fikrincə, duyğu cismin hissəciklərinin hərəkətindən başqa bir şey deyildir. Hobbs 
deyirdi ki, hisslər vasitəsilə insan şeylərin bütöv obrazını yaradır, ağlın vasitəsi ilə 
isə onların tərkib hissələrini dərk edir. Hobbs idrak prosesində ağlın rolunu şişirdir, 
duyğuların rolunu isə kiçildirdi. Onun idrak metodu rasionalizmin nominalizmlə 
süni surətdə birləşdirilməsindən ibarətdir. Hobbs fəlsəfəsində empirik bilikdən ra-
sionala, təkcədən ümumiyə, hisslərlə qavranılanlardan anlayışlara keçid nomina-
lizm konsepsiyası əsasında baş verir. Bu konsepsiyaya əsasən ümumi anlayışlar re-
al olaraq mövcud deyil, onlar özlüyündə "adların adı" deməkdir. Hobbs hissi ilə 
məntiqinin, təkcə ilə ümuminin dialektikasını başa düşə bilmirdi. 
Hobbsun ictimai baxışları, onun dövlət və hüquqa dair təlimi də müəyyən ma-
raq doğurur. Lakin o, yanlış olaraq belə hesab edirdi ki, dövlət insanlar arasında 
müqavilənin nəticəsində meydana gəlmişdir. Şübhəsiz, bu, dövlət haqqında yanlış 
nəzəriyyə idi. Lakin o, dövlətə ilahinin yaratdığı bir quruluş kimi deyil, insanların 
özlərinin yaratdığı bəşəri quruluş kimi baxırdı. 
Hobbs dövlətin üç mümkün formasını göstərirdi: monarxiya, aristokratiya və 
demokratiya. O, mütləq monarxiyanı daha kamil forma hesab edirdi. Dövləti qay-
da-qanunun, nizam-intizamın anası adlandırırdı. 
Hobbs dinin yaranması səbəbini cəhalətdə, insanların nadanlığında görürdü. O 
belə hesab edirdi ki, dinin cəmiyyət həyatında müəyyən rolu var. Lakin din siyasə-
tə, dövlət işlərinə qarışmamalıdır. 
Yeni dövr fəlsəfəsinin görkəmli nümayəndələrindən biri də 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin