90
dınruşdır. Anadangəlmə ideyalar haqqında Dekartın idealist
nəzəriyyəsini tənqid edərək,
Lokk sübut edirdi ki, insan biliklərinin, onun bütün ideyalarının mənbəyi hissi təcrübə-
dir. Elə bu əsas üzərində də o özünün sensualist idrak nəzəriyyəsini yaratmışdır. Lokka
görə, idrak prosesi xarici aləmin insanın hiss üzvlərinə təsirindən başlanır. Lokkun bu
materialist müddəasına baxmayaraq, idrak nəzəriyyəsində o, materializmlə idealizm ara-
sında tərəddüd etmişdir.
Lokk materiyanın konkret təhlilini verərək göstərirdi ki,
maddi
cisimlər
yalnız kəmiyyət cəhətdən bir-birindən fərqlənirlər. O, materiyanın keyfiyyətcə
müxtəlifliyini inkar edirdi. Lokk materiyanın
təkcə kəmiyyətcə deyil, həm də
keyfiyyətcə tükənməz, sonsuz olduğunu qəbul etmirdi. Onun fikrincə, maddi ci-
simlər bir-birindən yalnız həcmi, forması, hərəkəti və ya hərəkətsizliyi ilə fərqlə-
nirlər. Lokk belə keyfiyyətləri maddi cisimlərin özlərinin
ilkin keyfiyyətləri ad-
landırırdı. Rəng, dad, qoxu, səs kimi keyfiyyətlərə gəldikdə isə Lokk onları mad-
di cisimlərin özlərinə xas olmayan, ikinci dərəcəli
subyektiv keyfiyyətlər kimi
xarakterizə edirdi. Göründüyü kimi, bu məsələnin həllində Lokk ciddi yanılırdı.
Lokkun materializmdən bir qədər geri çəkilməsindən sonrakı illərdə subyek-
tiv idealistlər,
birinci növbədə, Berkli və Yum istifadə etdilər.
Dostları ilə paylaş: