32.Dövlət siyasi həyatın mərkəzi ünsürü kimi.
Cavab: Cəmiyyətin siyasi sistemi müxtəlif siyasi institutların məcmusunu bildirir.
Dövlət, siyasi partiyalar və mütəşəkkil şəkildə fəaliyyət göstərən digər ictimai və siyasi
qurumlar onun təşkil edən tərkib hissələridir. Cəmiyyətin siyasi sistemi faktiki şəkildə
fəaliyyət göstərən birlikdir. Bu birlik daxilində nəinki rəsmi şəkildə qəbul olunmuş
təşkilatlar və həmçinin rəsmi qeydiyyatdan keçməmiş təşkilat və qurumlar da fəaliyyət
göstərir. Dövlət – insanların, ictimai qrupların, sinif və assosiasiyaların birgə
fəaliyyətini və münasibətlərini təşkilatlandıran, istiqamətləndirən və nəzarət edən
cəmiyyətin siyasi sisteminin əsas qurumudur. Dövlət – cəmiyyət daxilində hakimiyyətin
mərkəzi
qurumu
və
bu
hakimiyyət
vasitəsilə
siyasətin
cəmləşdirilmiş
gerçəkləşdirilməsidir.
Dövlətin əsas cəhətləri (dövlətin digər sosial qurumlardan fərqləndirici
xüsusiyyətləri) bunlardır:
-iqtidar qüvvələrin sosial-sinfi mənşəyi bəlli olması, hansı ki, sosial qrup, siyasi
partiya, ictimai hərəkat və s. təmsil olunur;
-mərkəzi və əyalət orqanları ilə təmsil olunan hakimiyyətin xüsusi apparata malik
olması;
-iqtisadiyyatdan kənar olan məcbur etməyə inhisarın saxlanılması;
-dövlətin öz ərazisinə malik olması;
-vətəndaşlar üçün məcburi olan qurumların çıxarılması və daxili və xarici siyasətin
aparılması üçün suveren hüquqlara malik olması;
-vergi tutmaq, pul çap etmək, büdcə siyasətini yeritmək və s. gerçəkləşməsi üçün
xüsusi hüquqa malik olmaq.
Müasir dövlət bir sıra müxtəlif funksiyaları yerinə yetirir. Bunlar:
-mövcud olan dövlət quruluşunun müdafiəsi;
-cəmiyyətdə qanunçuluq və sabitliyin qorunması;
-sosial cəhətdən təhlükəli münaqişələrin qarşısı alınması və ləğv olunması;
-iqtisadiyyatın tənzim etməsi;
-icimai həyatın bütün sahələrində daxili siyasətin həyata keçirilməsi;
-dövlətin mənafelərinin beynəlxalq miqyasda qorunulması;
-ölkənin müdafiə edilməsi və s.
Dostları ilə paylaş: |