Sivilizasiya termini (latınca “civilis” – vətəndaş deməkdir) müxtəlif mənalarda
1) sivilizasiya bəşər inkişafının barbarlıqdan sonra yaranan və sinif, dövlət,
urbanizasiya və yazının meydana gəlməsi ilə xarakterizə olunan tarixi pillədir. Bu
mənada sivilizasiya qan qohumluğuna əsaslanan, təbii yolla formalaşan cəmiyyətə qarşı
qoyulur. Müasir ədəbiyyatda barbarlığın əksi kimi sivilizasiya öz ilkin mənasını
saxlayır; 2) sivilizasiya anlayışı bütövlükdə bəşər mədəniyyətini (dünya sivilizasiyası,
sivilizasiyalı həyat tərzi və s.) ifadə edir; 3) sivilizasiya “maddi mədəniyyətin” –
texnikanın köməyilə əldə edilən rahatlığın (yaşayış yeri, məişət texnikası, nəqliyyat və
ə
laqə, xidmət və s.) sinonimi kimi xarakterizə edilir; 4) sivilizasiya bəşər tarixinin
vəhdəti kimi xarakterizə edilir. Bu anlayış ictimai dəyərlərin inkişafı ilə əlaqədar tarixin
müəyyən dövrlərinin müqayisəsində istifadə olunur (“sivilizasiyalı cəmiyyət”,
“sivilizasiyanın aşağı inkişaf səviyyəsi”, “sivilizasiyanın ümumi səviyyəsi”,
“sivilizasiyanın aralıq dövrləri”).
XVIII əsrin ortalarında sivilizasiya insanın “təbii vəziyyət”inə qarşı qoyulur. Kant
sivilizasiyanı mədəniyyətdən fərqli nəzərdən keçiirir. Şpenqler bu müxtəlifliyi
mütləqləşdirir, sivilizasiyanı mədəniyyətin inkişafının momenti kimi müəyyənləşdirir.
Çoxsaylı faktik materiallara əsasən o, belə bir nəticəyə gəlir ki, bəşər tarixində çoxsaylı
mədəniyyətlər mövcud olmuşdur ki, hər biri öz həyat dövrünü başa vurduqdan sonra
ölüb gedir. Şpenqler onu sivilizasiya adlandırırdı. Şpenqlerin konsepsiyasında
sivilizasiya mədəniyyətin yaranması dövrü, maddi-texniki elementlərin məcmusu kimi
müəyyənləşir.
XIX əsrin məşhur etnoqraflarından olan Teylor mədəniyyətlə sivilizasiyanı
eyniləşdirir, hesab edirdi ki, bu anlayışlar tarixin gedişində insanların əldə etdikləri
bilik, inam, mənəvi-etik normalar, hüquqi qaydalar, vərdişlər və praktiki nailiyyətlərin
bütövlükdə məcmusudur.
Berdyayaev Şpenqlerin konsepsiyasına qarşı çıxaraq göstərirdi ki, sivilizasiya
mədəniyyətdən qədim və ilkindir. İbtidai insanlar tərəfindən ən elementar alətlərin
hazırlanması elə sivilizasiyadır. Berdyayaev sivilizasiya dedikdə hər cürə ictimailəşmiş
prosesi nəzərdə tuturdu. Sivilizasiya və mədəniyyət arasındakı fərqi bununla
ə
laqələndirirdi ki, sivilizasiya ictimai, kollektiv prosesdir, mədəniyyət isə fərdi
prosesdir: “bu insanın yüksək sivilizasiyası deyil, mədəniyyəti var deyə bilərik”.
Sivilizasiya ictimai olanı ifadə edir, mədəniyyət isə daha çox şəxsiyyətlə bağlıdır. O
dövrü sivilizasiya hesab etmək olar ki, orada çoxluq və texnika əhəmiyyət kəsb etsin.
Sivilizasiya vasitə kimi yaranıb, lakin insanı idarə edən məqsədə çevrilib.
Göründüyü kimi bir qrup filosoflar cəmiyyət tarixində sivilizasiya və mədəniyyət
dövrünü ayırırlar, digərləri isə hesab edirlər ki, mədəniyyət və sivilizasiya eyni vaxtda
yaranıb və mövcud olur. Bir qrup müəlliflər sivilizasiya və mədəniyyət anlayışlarını
eyniləşdirir, digərləri isə yox. Bir qrup müəlliflər sivilizasiyanın mədəniyyətdən əvvəl,
digərləri isə sonra yarandığını hesab edirlər. Əvvəldə də qeyd edildiyi kimi
mütəfəkkirlərin hamısı siivilizasiya ilə mədəniyyəti bu və ya digər dərəcədə
ə
laqələndirirdilər.
Sivilizasiya insanların həyatda mövcudluğunun xarakterini və istiqamətini
müəyyənləşdirir. Hər bir sivilizasiya sosial təcrübənin kodlaşdırılması, qorunması və
ötürülməsi sistemini işləyib hazırlayır.