25. Postindustrial cəmiyyətdə nəzəri bilik və informasiyanın rolu
İ
stehsalın daima inkişaf etməsi, elmi-texniki tərəqqi, ekstensiv inkişafın
intensiv inkişafla əvəz olunması, radikalizm və dəyişikliklərin qlobal xarakter alması,
təbiətə, bilik və informasiyaya yeni münasibətin formalaşması ardıcıl olaraq
informasiya cəmiyyətinin hüceyrələrinin yaranmasına səbəb olmuşdur.
“Postindustrial cəmiyyət” termini yalnız industrial cəmiyyətin ardınca gələn
cəmiyyət tipinin xronoloji ardıcıllığını xarakterizə edib onun spesifikliyini açıqlamır.
Yeni tipli cəmiyyətin sosial-iqtisadi inkişafının birinci növbədə elmi-texniki və
digər informasiyanın istehsalından, emalından, saxlanmasından, yayılmasından asılı
olduğundan onu informasiya cəmiyyəti adlandrmaq məqsədə daha müvafiq olar.
Artıq bir həqiqət dərk olunur ki, hər bir ölkənin və bəşəriyyətin mütərəqqi
inkişafının əsasını insanın özü, onun mənəvi mövqeyi, mədəniyyəti, savadı, peşə
səriştəliliyi təşkil edir. Bütün bunlar elmin cəmiyyətin inkişafında roluna da yenidən
baxılmasına səbəb oldu. Elmi-texniki inqilab nəticəsində bilavasitə məhsuldar
qüvvəyə çevrilən elm həm cəmiyyətin inkişafının, həm də onun sağ qalmasının
ə
sas amili olur. Bilik və informasiyanın ən mühüm strateji resursa çevrilməsi
nəticəsində elmi bilik postindustrial cəmiyyətdə məhsuldar qüvvələrin müstəqil
elementi kimi çıxış edir. ABŞ sosioloqu və futuroloqu Tofflerə görə, postindustrial
cəmiyyət iqtisadiyyatın və istehsalın inkişaf çərçivələri ilə məhdudlaşmır. O,
cəmiyyətin bütün ənənəvi sferalarını dəyişdirir.
Baş verən transformasiyalar cəmiyyətin mərkəzi fiquru kimi alimin də
vəziyyətini müəyyən edir. D.Bell yazır ki, əmtəə-malların kütləvi istehsalının
təşkilində roluna görə son yüzilliklərdə başlıca təsisat müəsissə (firma) idisə,
sonrakı yüzilliklərdə innovasiyaların və biliyin mənbəyi kimi universitet
cəmiyyətdə mərkəzi təsisat olacaqdır”. ABŞ-da XX əsrin ortalarına yaxın yaranmış
situasiyanı xarakterizə edən D. Bell qeyd edirdi ki, indiyədək hakimiyyət işgüzar
birliyin əlində idi. Vətəndaşların adi-gündəlik həyatına aid qərarların çox hissəsi
biznesin çiçəklənməsinə üstün diqqət yetirən hökumət tərəfindən qəbul olunurdu.
Postindustrial cəmiyyətdə iqtisadiyyatın artımına dair ən mühüm qərarlar yenə də
hökumət tərəfindən qəbul olunsa da, bu qərarlar hökumətin dəstəklədiyi elmi
tədqiqatlara, məsrəflərlə səmərəliliyin nisbətinin təhlilinə əsaslanacaqdır;
nəticələrinin mürəkkəb şəkildə çarpazlaşmasi üzündən qərarların qəbulu getdikcə
texniki xarakter alacaqdır.
Dostları ilə paylaş: |