Müasir dövrdə bir sıra mütəxəssislər tarixi prosesə mövcud yanaşmaları əsas
etibarilə iki istiqamətə ayırırlar: formasion və sivilizasion. Bu iki istiqamət tarixi prosesin
dərk edilməsi baxımından alternativ yanaşmalar kimi qəbul edilir. Onların alternativliyi
1. Formasion yanaşmada tarixi prosesin mənası və məqsədi axtarılır, bəşəriyyət inkişaf
edən vahid sosiomədəni sistem kimi nəzərdən keçirilir. Sivilizasion yanaşmada isə vahid
ümumbəşəri tarix deyilən bir anlayış qəbul edilmir, inkişafın məqsədindən söhbət
2. Formasion yanaşmada tarixi prosesin hərəkətverici qüvvəsi axtarılır, onun obyektiv
qanunauyğunluqları üzə çıxarılır, ictimai inkişafın mənbəyini təşkil edən dialektik
ziddiyyətlər araşdırılır. Sivilizasion yanaşmada isə əksinə, heç bir inkişaf
qanunauyğunluğu və ziddiyyətlər axtarılmır, əsas diqqət isə cəmiyyətdəki mədəni
3. Formasion yanaşmada iqtisadi amil tarixi prosesin öyrənilməsində başlıca determinant
kimi çıxış edir. Cəmiyyət daxilindəki bütün ictimai münasibətlər istehsal üsüluna olan
mülkiyyət münasibətindən asılı olaraq nəzərdən keçirilir. Sivilizasion yanaşmada isə
aparıcı amil kimi kulturoloji faktor çıxış edir. Bu yanaşmada əsas tədqiqat obyekti kimi
mədəniyyət çıxış edir.
4. Formasion yanaşmada tarixi proses insanların şüurundan asılı olmayaraq, yəni
subyektiv deyil, obyektiv amillər əsasında dərk edilir. Sivilizasion yanaşmada isə əksinə,
subyektiv amil əsas götürülür və tarixi proses insanların şüurundan, iradəsindən,
maraqlarından asılı olaraq baş verən ictimai hadisə kimi öyrənilir.
5. Formasion yanaşmada tarixi inkişaf aşağıdan yuxarıya doğru istiqamətlənmişdir və
tərəqqi xüsusiyyəti ilə səciyyələnir. Sivilizasion yanaşmada isə yalnız ayrı-ayrı
mədəniyyətlərin və ya sivilizasiyaların tarixindən söhbət aparılır və buna görə də inkişafın
istiqaməti dövri xarakter daşıyır.
Tarixi prosesə formasion yanaşmanın müəllifi marksizm təliminin banisi
K.Marksdır. Sivilizasion yanaşmasının ən görkəmli nümayəndəsi isə A.Toynbidir.
Dostları ilə paylaş: