Microsoft Word F?ls?f? az doc



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə35/50
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37719
1   ...   31   32   33   34   35   36   37   38   ...   50
felsefe cavab01az

35.Mənəvi  həyatın əsas formaları:din,əxlaq,incəsənət,elm,fəlsəfə 

Elm mənəvi istehsalın əsas növüdür, hansı ki həm biliklər sistemidir, həm  

də  sabit  sosial  institut  kimi  özünü  bildirir.  Hər  şeydən  əvvəl  elm  –  gerçəkliyin 

sistemləşmiş idrak olunmasıdır, hansı ki, onun əsas və qanunauyğun cəhətlərini qanun, 

anlayış, kateqoriya və s. mücərrəd – məntiqi formada meydana gətirir. Mənəvi istehsalın 

digər  növləri  kimi,  elm  gerçəklik  üçün  sanki  paralel  olan  və  obyektiv  dünyanın  əsas 

cəhət  və  xüsusiyyətlərini  əks    etdirən  ideal  Aləmi  yaradır.  Beləliklə,  elm  o  faktın 

aşkarlanmasından  başlayır  ki,  insanı  əhatə  edən  aləm  mahiyyət  etibarilə  heç  də  onun 

duyğularında, qavrayış və təsəvvürlərində qarşısına çıxan şəkildə olan dünya deyil. Və 

bu  gözəgörünməyən  mahiyyətə  varmaq  üçün    hər  kəsin  həyata  keçirdiyi  adi  zehni 

ə

məliyyatlardan  xeyli  dərəcədə  fərqli  olan  mükəmməl  əqli  səylərin  göstərilməsi 



vacibdir.  Cəmiyyətin  mənəvi  həyatının  mühüm  növlərindən  biri  incəsənətdir.  Elmdə 

olduğu kimi bu – peşəkar olan rəssamların, şairlərin, musiqiçilərin yəni dünyanın estetik 

mənimsənilməsi sahəsindəki mütəxəssislərin yaradıcılığını bildirir. Gerçəkliyin mənəvi 

mənimsənilməsinin  bu  üsulu  fəlsəfədə  «estetika»  kateqoriyası  ilə  izah  olunan  sosial 

reallığın özünəməxsus fenomeninə əsaslanır. 

Mənəvi  həyatın  digər  növlərindən  fərqli  olaraq  incəsənət  insan  əqlinə  yox,  məhz 

onun  hisslərinə  müraciət  edir.  Gerçəkliyin  mahiyyəti  və  bəzi  hallarda  gözə  görünməz 



cəhətlərini təkrarlamağa baxmayaraq incəsənət bunu hissi – əyani şəkildə etməyə çalışır. 

Məhz  bu  fakt  onun  insana  təsir  etmək  gücünü  artırır.  Bununla  əlaqədar  dünyanın 

mənimsənilməsi üsulu olan incəsənətin əsas xüsusiyyətlərini fərqləndirək. Bunlar: 

-estetik gerçəkliyin yaradılmasının  başlıca vasitələri olan bədii obrazlar, simvollar; 

-ümumiləşdirmənin  «çevrilmiş»  üsulu  –  incəsənətdə  ümumi  olan  mücərrəd  yox, 

məhz  son  dərəcədə  konkret  səciyyə  daşıyır  (ədəbiyyatda  istənilən  qəhrəman  –  böyük 

şə

xiyyətdir, lakin eyni zamanda ümumi xarakteri, tipi bildirir); 



-uydurma  və  fantaziyanın  qəbul  edilməsi  və  eyni  zamanda  bu  uydurma 

məhsullarından  «əsl  həqiqətin»  tələb  olunmasıDin  –  mənəvi  həyatın  formalarından 

biridir.  Və  o  mürəkkəb  bir  quruluşu  bildirir.  Formalaşması  sinfi  cəmiyyətin  meydana 

gəlməsi  dövrünün  bitməsinə  təsadüf  edən  Dinin  strukturunda  üç  element  fərqlənir. 

Bunlar: dini şüur, dini pərəstiş (sitayiş), dini təşkilatlar; . Dini şüur dini psixologiya və 

dini  ideologiya  kimi  iki  müstəqil  səviyyədən  ibarətdir.  Dini  psixologiya  -  dini  şüurun 

daşıyıcıları, din ilə bağlı olan bütün mühitin təsiri altında formalaşan və dindarlara xas 

olan  dini  təsəvvür,  hiss,  meyllər  və  adət-ənənələrin  məcmusudur.  .  Dini  şüur  dini 

psixologiya və dini ideologiya kimi iki müstəqil səviyyədən ibarətdir. Dini psixologiya - 

dini  şüurun  daşıyıcıları,  din  ilə  bağlı  olan  bütün  mühitin  təsiri  altında  formalaşan  və 

dindarlara  xas  olan  dini  təsəvvür,  hiss,  meyllər  və  adət-ənənələrin  məcmusudur.  Dini 

ideologiya – peşəkar ilahiyyatşünas və din xadimləri timsalında dini təşkilatların işlədiyi 

və təbliğ etdiyi dini ideyalar sistemidir. Dini pərəstiş – xəyalən fbvqaltəbii yaxud real 

şə

kildə  mövcud  olan  obyektlərə  dindarların  təsir  etmə  istəklərinə  köməklik  göstərən 



simvolik hərəkətlər məcmusudur. dualar aiddir. Dini pərəstişin rolu çox böyükdür. Onun 

köməkliyi  ilə  dini  təşkilatlar  sadə,  hissi  –  konkret  formada  dindarların  şüuruna  dini 

ideyaları çatdırır. Din mövcud olması və inkişafında dini təşkilatlarda böyük rol oynayır. 

Ə

xlaq  -    ictimai  və  şəxsi  mənafelərin  əldə  olunması  məqsədilə  insanların  ünsiyyət  və 



hərəkətlərini  tənzim  edən  norma,  qayda  və  dəyərləndirmə  sistemidir.  Mənəvi  şüurda 

müəyyən  tarixi  mərhələdə  ən  optimal  sayılan  insan  davranışının  stereotipii,  şablonu 

tfadə olunur. 



Ə

xlaq  norma  və  qaydaları  əksər  hallarda  kortəbii  şəkildə  olsa  belə  tarixən  təbii 

yolla  formalaşır.  Uzunmüddətli  gündəlik  kütləvi  həyat  təcrübəsindən  əmələ  gələrək 

onlar  faydalanan….  cəmiyyət  tərəfindən  şəksiz-şübhəsiz  dərk  olunması  təqdirdə 

müəyyən  nümunə  səviyyəsinə  qalxırlar.  Beləliklə,  prinsip  etibarilə  əxlaq  insanların 

kollektiv  iradəsinin  təzahürü  hesab  edilə  bilər,  hansı  ki,  qaydalar,  tələblər, 

qiymətləndirmələr  sistemi  vasitəsilə  ayrı-ayrı  şəxslərə  məxsus  maraqların  digər 

insanların və bütövlükdə cəmiyyətin maraqları ilə uzlaşdırmağa çalışır. 

 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin