Microsoft Word F?ls?f? az doc



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə37/50
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37719
1   ...   33   34   35   36   37   38   39   40   ...   50
felsefe cavab01az

37.Pozitivizm və onun təkamülü 

1925-ci  ildə  Avstriyada  M.Şlikin,  R.Karnapın,  Q.Feygelin,  K.Gyodelin,  O.Neyratın, 

F.Vaysmanın  və  b.    iştirakı  ilə    Vyana  dərnəyi  yaradıldı.    Bu  dərnək    İngiltərədə 

A.Ayerin  simasında    özünə    fəal  tərəfdaş    və  təbliğatçı  əldə  etdi.  Vyana  dərnəyinin 

ideyalarını    digər  ingilis  filosofu  Q.Rayl  da  bölüşdürürdü.  Polşada  A.Tarski  və 

K.Aydukeviç başda olmaqla fəlsəfə tarixinə neopzitivizm adı altında daxil olmuş Lvov-

Varşava  məntiqçilər  dərnəyi    meydana  gəlmişdir.  O,  müasir  qərb  fəlsəfəsinin  əsas  

cərəyanlarından  birinə  çevrilmişdir.  O,  XX  əsrin  başlanğıcında  baş  vermiş      elmi 

inqilabın  gedişində  irəli  sürülən      aşağıdakı  aktual  fəlsəfi-metodoloji    problemlərin   

təhlili    və  həllinin    iddiasında  idi:  elmi  təfəkkürün  simvolik-işarə    vasitələrinin  rolu,  

elmin empirik bazası ilə  nəzəri apparatının bir-birinə nisbəti, biliyin  riyaziləşdirilməsi 

və formallaşdırılmasının mahiyyəti və   funksiyaları və s.  

Fəlsəfə  ilə  elmi  qarşı-qarşıya  qoyan    neopozitivizmin  nümayəndələri    hesab 

edirdilər ki,   yeganə mümkün olan bilik  xüsusi elmi bilikdir.  Onların fikirlərinə görə, 

ə

nənəvi  fəlsəfi    məsələlər      psevdoanlayışlar    kəsb  edən  terminlərlə  ifadə  olunur.  




Psevdoanlayışların  təyinini  isə    yoxlamaq  mümkün  deyil  (məsələn,  “substansiya” 

anlayışı).  Ona  görə  də    ənənəvi  fəlsəfi  məsələlər    neopozitivistlər  tərəfindən    mənasız  

metafizika  elan olunurdu. 

Lakin artıq 1950-ci illərdə  məlum olur ki,   fəlsəfi və elmi bilikdən  metafizikanın 

eliminasiya  etmək    məqsədini güdən inqilab   ümidləri  doğrultmadı.   Məlum  olmuşdur 

ki,  klassik    metafizika  problemləri        təkcə  insan  fəaliyyətinin,  insanın  mahiyyətinin  

dərkində    yox,  həmçinin  epistemoloji  problemlərin  də  təhlilində    vacib  rol  oynayır.  

Bundan  başqa,    elm  dilini  tam  həcmdə  formallaşdırmağın  da  mümkünsüzlüyü  üzə 

çıxmışdı.      Məntiqi  pozitivistlər  verifikasiya  prinsipini  modivikasiya  etməyə  cəhd 

göstərsələr  də,  məlum  olmuşdur  ki,    elmi    nəzəriyyələrin  strukturunda    verifikasiya 

prinsipinin köməyi ilə  yoxlanılması mümkün olmayan metafizik fikirlər  var.  

          Neopozitivistlərin    məntiqi  və  riyazi  cümlələrin    analitik  həqiqət  olmaları 

haqqında fikirləri  Kuayn tərəfindən əsaslı tənqidə məruz qalmışdır. Bununla belə  elm 

tarixşünasları    Kollinqvud,  Koyre  və  başqaları    məşhur  təbiətşünasların  orijinal 

mətnlərini  təhlil  etməklə    neopozitivistlərin  təklif  etdikəri    modelin    qeyri-adekvat 

olduğunu  sübut  etmişdilər.  Bu  mətnlər  metafizik  konstruksiyaların    fundamental  elmi 

nəzəriyələrin  yaradılmasında mühüm  rol oynadığını  sübut etmişdi. 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin