Ekzistensializm və ya mövcudluq fəlsəfəsi XX əsrdə bir çox Avropa ölkələrində,
habelə ABŞ-da geniş yayılan fəlsəfi cərəyanlardan biridir. Onu baniləri Qərbdə alman
filosofları K.Yaspers və M.Haydegger, fransız filosofları Jan Pol Sartr, Qabriyel
Marsel, habelə M.Merlo-Ponti və A.Kamyu hesab olunurlar. Ekzistensializm akademik
doktrina deyil. Onun əsas mövzuları olan insanın mvcudluğu, şəxsiyyətin taleyi, inam
və inamsızlıq, həyatın mənası problemləri hər bir rəssama, yazıçıya, şairə tanışdır. Buna
görə də bu cərəhyan bir tərəfdən yaradıcı ziyalılar arasında populyarlıq qazanmış,
digər tərəfdən də ekzistensialistlərin özlərini incəsənətin dilinə müraciət etməyə təhriuk
Fəlsəfədə XIX əsrin sonunda- XX əsrin əvvəllərində yayılmış metodologizmdən və
qnoseologizmdən fərqli olaraq ekzistensialistlər ontoloqiyanı (varlıq haqqında təlimi)
dirçəltməyə cəhd göstərirlər. Həyat fəlsəfəsinə onu yaxınlaşdıran o cəhətdir ki,
ekzitensialistlər varlığı bilavasitə verilmiş kimi dərk etməyə və ənənəvi rasional
fəlsəfəinin və elmin intellektualizmini aradan qaldırmağa can atırdılar.
Ekzistensialistlərə görə, varlıq nə hisslərimizlə bizə verilən empirik reallıq, nə də elmi
təfəkküürün təklif etdiyi rasional konstruksiya , nə də ki, klassik rasionalizmin dərk
etdiyi “mahiyyətlər” deyil. Bütün bu hallarda obyektlə subyekt qarşı qarşıya qoyulur.
Varlığı yalnız subyektlə obyektin əzəldən ayrılmaz olduğunu intuitiv olaraq qəbul
etməklə dərk etmək mümkündür. Lakin həqiqi varlıq qismində ekzistensializm
psixologizmi aradan qaldırmağa və sadəcə təəssürat, yəni nə isə subyektiv olan bir şey
kimi adlandıra bilməyəcəyimiz bilavasitə təəssüratın nüvəsini tapmağa cəhd edir.
Ekzistensiya heçə üz tutan və özünün müvəqqətiliyini dərk edən varlıqdır. Buna görə
də Haydeqqer tərəfindən ekzistensiyanın strukturunun təsvir edilməsi insanın bir-neçə
mövcudluq moduslarının (xassələrinin) təsvir edilməsidir. Ekzistensiyanın qayğı,
qorxu, qətilik, vicdan və s. kimi modusları ölümlə şərtlənir. Onlar heçlə müxtəlif əlaqə
üsullarını, ona yaxınlaşmanı, ondan qaçmanı ifadə edir. Yaspers qeyd edir ki, məhz
sərhəd situasiyalarında (yəni ölüm qarşısında dərin sarsıntı hisslərinin keçirildiyi
anlarda) insanın öz dərin köklərinə, ekzistensiyasına gözləri açılır.
Dostları ilə paylaş: