Microsoft Word F?ls?f? az doc



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə23/50
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37719
1   ...   19   20   21   22   23   24   25   26   ...   50
felsefe cavab01az

24.Eksperimental-riyazi təbiətşünaslığın qərarlaşması  (XVII əsr ) 

Yeni  burjua  cəmiyyətinin yaranması  və inkişafı nəinki təkcə  iqtisadiyyatda və 

siyasətdə, həmçinin  insanların  şüurunda  da  dərin  dəyişikliklər  törətdi.  XVII  əsrdə 

ə

mək bölgüsünün dərinləşməsi istehsal proseslərinin səmərələşdirilməsini, bu isə, öz 



növbəsində, elmin güclü inkişafını tələb edirdi. 

F.Bekonun  fikrincə  təbiəti  mənimsəmək  və  onu  insanın  xidmətinə  vermək  üçün 

elmi-tədqiqat  metodunu  kökündən  dəyişdirmək  lazımdır.  Antik  dövrdə  və  orta 

ə

srlərdə  elm  başlıca  olaraq  Aristotelin  silloqistikasına  əsaslanan  deduktiv  metoddan 



istifadə  edirdi.  Bekon  bu  metodu  məhsuldar  hesab  etmir.  Hər  cür  idrak  təcrübəyə 

ə

saslanaraq,  təkcə      faktların      öyrənilməsindən      ümumi      müddəalara      doğru 



getməlidir.  Belə  metod  induktiv  metod  adlanır.  Lakin  F.Bekon  empirik  tədqiqat 

metodunun  rolunu  həddindən  artıq  şişirdərək,  idrakın  rasional  əsaslarının  —  hər 

ş

eydən əvvəl, riyaziyyatın rolunu kifayət qədər qiymətləndirmirdi. Eksperimental — 



riyazi  təbiətşünaslıq  riyaziyyatın  təbiətin  öyrənilməsinə  tətbiqinə  imkan  verən 

xüsusi tip eksperimentə ehtiyac hiss edirdi. 

Təbiət  hadisələriiin  tədqiqi  zamanı  riyaziyyatdan  istifadə  etməyin  qeyri-

mümkünlüyü ideyasının yaranmasına səbəb riyaziyyatın təbiət hadisələrinin başlıca 

xarakteristikasından  biri  olan  hərəkəti  öyrənə  bilməməsi  haqqındakı  iddia  idi. 

XVII əsrdə Kepler, Qaliley və onun şagirdləri tərəfindən sonsuz kiçilənlər haqqında 

riyazi metod inkişaf etdirildi. Bu metod riyaziyyata hərəkət prinsipini daxil etdiyinə 

görə, riyaziyyatın fiziki prosesləri tədqiq etməsinə imkan verirdi. Bu sahədə mövcud 

olan  digər  bir  problem  riyaziyyatın  təbiətdə  rast  gəlinməyən  ideal  obyektlərlə  iş 

görməsi  haqqındakı  antik  və  orta  əsr  təsəvvürləri  idi.  Bu  problemin  həllinə 

girişənlərdən  biri  Qaliley  idi.  Onun  fikrincə,  əgər  eksperimentin  köməyi  ilə  fiziki 

obyektlərin  ideal  modelini  quraşdırmaq  mümkün  olarsa,  onda  təbiət  hadisələrini 

riyazi metodların köməyi ilə öyrənmək mümkündür. 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin