Microsoft Word F?ls?f? az doc



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə44/50
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37719
1   ...   40   41   42   43   44   45   46   47   ...   50
felsefe cavab01az

44.Fəlsəfə tarixində  şəxsiyyətin iradəsi və fəaliyyətinin azadlığı problemi 

Fəlsəfədə  şəxsiyyətin  iradəsi və  fəaliyyətinin  azadlığı  probleminə  münasibət birmənalı 

qiymətləndirilmir. Qədim yunan fəlsəfəsində stoiklər, epikürçular və skeptiklər azadlıq 

problemini  ümumiyyətlə,  dünya,  inkişaf,  insan  haqqındakı  təsəvvürlərin  əsasında  həll 

edirdilər. Nə qədər ki, biz, dünyanın tərəqqisində iştirak edirik, nə qədər ki, dünya bizi 

idarə  edir,  biz,  ondan  asılıyıq  və  azad  deyilik.  Dünyadan  tam  azad  olmaq  üçün  insan 

gərək  arzulardan,  əzabkeşlikdən,  dünya  problemlərini  həll  etmək  cəhdlərindən  tam 

uzaqlaşsın. Biz onları elə bir vəziyyətə gətirməliyik ki, bu zaman dünya bizim üçün hər 

hansı əhəmiyyətini itirmiş olsun; hisslər və ehtiraslar susmalı, iradə donmalı və hərəkət 

etməməlidir(stoiklər). Biz özümüzü dünyadan müdafiə etməli və elə bir yaşayış tərzinə 

nail olmalıyıq ki, burada iztirabdan daha çox həzzalma bizə qismət olsun (epikürçular). 

Nəhayət,  ruhun  əzablarından  azad  olmaq  üçün  skeptiklər  dünya  problemlərinin 

həllindən  uzaqlaşmağa,  onların  mənasızlığını  başa  düşərək  kənara  atmağı  təklif 

edirdilər. Stoiklər azadlığı xeyirxahlıq yolu ilə əldə etməyə, epikürçular bunu həzzalma 

ilə,  skeptiklər  isə  şübhə  ilə  nail  olmağa  çalışırdılar.  Stoiklər,  nəticədə,  xeyirxahlıqdan, 

buna  nail  olmaq  yollarından  həzz  almağa  çalışır,  epikürçulər  həzzalmanı  xeyirxahlığa 

çevirir  (usaldır),  spektiklər  isə  şübhənin  həqiqi  olduğunu  bəyan  edir,  onda  şübhədə 

ş

übhəli bir şey qalmır və beləliklə skeptisizmin sonu gəlib çatır. Fəlsəfə tarixinin XVIII 



ə

srdən  sonrakı  mərhələlərində  azadlıq  probleminin  iradə,  özünükamilləşdirmə  yolu  ilə 

qazanılması haqqında bir çox filosoflar yazıblar.   

Buraya Benedikt Spinozanın (“azadlıq dərk edilmiş zərurətdir”), Fridrix Hegelin (insan 

öz  bədənin  və  ruhunun  kamilliyinə  nail  olmaqla,  özünüdərk  yolu  ilə  özünün, 

başqalarının  mahiyyətini  mənimsəməklə  azad  olur),Karl  Marksın  (insanların  azad, 

ş

üurlu  fəaliyyəti  onların  başlısa  əlamətini  təşkil  edir,  azadlıq  tarixi  inkişafın  zəruri 



məhsuludur; mədəni inkişafın hər bir mərhələsi azadlığa doğru olan bir addımdır), XX 

ə

sr  filosoflarının  azadlıq  haqqındakı  ideyalarını  da  əlavə  etsək,  görərik  ki,  azadlıq 



həqiqətən insanın fəal mövqeyə, özünəməxsus fəaliyyətə qabiliyyətli olmasını göstərir; 

insan  öz  maraqlarına,  mənafe  və  tələbatlarına  uyğun  qarşısına  məqsədlər  qoyur  və 

onlara  nail  olmağa  çalışır,  imkanları  gerçəkləşdirməklə  o,  daxili  azadlığa  olan 

qabiliyyətini praktiki şəkildə realizə edir. 





Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin