aydınlaşdırmaq lazimdır.Elmi metod – istənilən elmdə yeni biliklərin əldə edilməsi və
nomenlərin tədqiq edilməsi üsulları və yeni, əvvəllər əldə olunmuş biliklərin sis-
temləşdirilməsi və dəqiqləşdirilməsindən ibarədir.Əqli nəticə və qənaətə gəlmə ob-
yekt barədə empirik (müşahidə olunan və ölçülən) material əsasında təfəkkürün qayda
və prinsipləri vasitəsilə baş verir. Məlumatların əldə olunması müşahidələr və
eksperimentlərin aparılması yolu ilə gerçəkləşir.Müşahidə edilən faktların izahı
üçün fərziyyələr irəli sürülür və nəzəriyyələr yaradılır.Bunların əsasında riyazi
təsviretmə yəni öyrənilən obyektin modeli qurulur.Riyazi modelin qurulması artıq
mövcud olan məlumatların sistemləşdirilməsinə və yeni məlumatların aşkarlanma-
sı üçün zəruri olan proqnozların verilməsinə şərait yaradır.Bunun bariz nümunəsi
Mendeleyev cədvəlidir ki onun əsasında əvvəllər məlum olmayan çoxsaylı ele-
mentlər proqnozlaşdırılmışdır.Riyazi modelin xassələrindən alınmış proqnozlar
eksperimentin aparılması yaxud yeni faktların toplanılması yolu ilə yoxlanılır.
Elmi metodun vacib cəhəti hər bir elm üçün olan onun zəruri tərəfi - məhz əldə
olunmuş nəticələrin obyektiv təhlil etməsi tələbidir.Burada hətta mötəbər elmi
dairələrdən səslənən fikirlər belə qəbuledilməzdir. Müstəqil ekspertizanın təmin
edilməsi üçün müşahidə edilənlərin sənədləşdirilməsi aparılır tədqiqatlarla bağlı
bütün informasiyanın digər alimlərə çatdırılması təmin olunur.Bu nəinki ekspe-
rimentlərin təkrar olunması yolu ilə onların yenidən təsdiqlənməsinə və həmçinin
eksperiment və onun nəticələrinin yoxlanılan nəzəriyyəyə nə qədər uyğun gəlmə
dərəcəsini tənqidi baxımdan qiymətləndirməsinə imkan yaradır.
Ə
sas idrakı metodlar:müşahidə,ölçmə,müqayisə,eksperiment,analiz və sintez,in-
duksiya və deduksiya,analogiya,ideallaşdırma,modelləşdirmə,mücərrədləşdirmə,
sistemlilik.
Dostları ilə paylaş: