Microsoft Word F?ls?f? az doc



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə49/50
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37719
1   ...   42   43   44   45   46   47   48   49   50
felsefe cavab01az

 

49.Mütləq və nisbi həqiqə

 

       Həqiqətin  müxtəlif  formaları  vardır.  Onlar  dərk  olunan  (inikas  edilən)    obyektin 

xarakterinə, predmetli reallığın növlərinə, obyektin mənimsənilmə dərəcəsinə  və s. görə 

bir-birindən  fərqləndirilirlər.  İdrak  nəzəriyyəsində  həqiqətin  nisbi  və  mütləq  formaları  

mühüm yer tutur. Nisbi və mütləq həqiqətin qarşılıqlı nisbəti dünyagörüşü xarakterli bir 



məsələ kimi bəşər mədəniyyətinin müəyyən inkişaf mərhələsində meydana gəlməli idi. 

İ

nsanlar  təbiətdə tükənməz özünütəşkil obyektlərinin olduğunu dərk edib, hər hansı bir 



nəzəriyyənin  mütləq  həqiqətə  nail olmaq  iddiasının  əsassız  olduğunu  aşkar  etmişdilər.  

Obyektiv  reallığın  özü  kimi,  həqiqi  bilik  də  inkişaf  etməkdədir.  Orta  əsrlərdə  insanlar 

günəş  və  planetlərin  Yer  ətrafında  fırlandığını  düşünürdülər.    Bu,  həqiqət  idimi  yoxsa 

yanlış? İnsanlar planetləri yeganə “müşahidə” məntəqəsi olan Yerdən müşahidə etdikləri 

üçün  Günəş  və  planetlərin  onun  ətrafında  fırlandığını  zənn  edirdilər.  Kopernikin 

təlimində  deyilir  ki,  bizim  planetlər  sisteminin  mərkəzi  Günəşdir.  Yer  kürəsi  və 

planetlər  onun  ətrafında  çevrə  üzrə  fırlanır.  Əvvəlki  təsəvvürlərə  nisbətən  burada 

obyektiv  məzmun  daha  çoxdur.  Gətirilən  misallardan  aydın  olur  ki,  həqiqət  tarixən 

dəyişkəndir. Yeni kəşflər əldə olunduqca onun dolğunluğu artır.  

         Həqiqətin  konkret tarixi  şəraitdən  asılı olan, onun dəqiqlik, dolğunluq və  səlislik 

dərəcəsini  xarakterizə  edən  formasını  nisbi  həqiqət  adlandırırlar.  Beləliklə,    insan 

idrakının,  o  cümlədən,  elmin    inkişafı  bir  nisbi  həqiqətin  digər,  daha  dolğun  və  dəqiq 

həqiqətlə daima əvəz edilməsindən ibarətdir. Hər hansı bir hadisə haqqında tam dolğun, 

dəqiq, hərtəfərli, bitmiş biliyə mütləq həqiqət deyilir.            Beləliklə, nisbi və mütləq 

həqiqət  həqiqətin  sadəcə  müxtəlif  səviyyə  və  ya  formalarıdır.  Cəmiyyətin  inkişaf 

səviyyəsindən,  texnikadan,  elmin  və  s.  vəziyyətindən  asılı  olan    biliklərimiz    həmişə 

nisbi xarakterə malik olur. İdrak  səviyyəmiz  nə qədər yüksək olsa, mütləq həqiqətə də 

bir o qədər yaxın olmuş olarıq. Lakin bu proses sonsuz ola bilər, çünki tarixi inkişafın 

hər bir    mərhələsində   biz  bizi əhatə edən  aləmin  yeni xassələrini və tərəflərini  aşkar 

edib  onun  haqqında  daha  dolğun  və  dəqiq  biliklər  yaradırıq.  Obyektiv  həqiqətin    bir 

nisbi  formasından  digərinə  daima  keçid  prosesi  idrak  prosesinin  inkişafda  olmasını 

göstərir.  Beləliklə,  hər  bir  nisbi  həqiqətdə  mütləq  həqiqət  özünə  yer  almış  olur  və 

ə

ksinə: mütləq həqiqət – nisbi həqiqətlərin sonsuz ardıcıllığının həddidir.  




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin