Microsoft Word F?ls?f? az doc



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə14/50
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37719
1   ...   10   11   12   13   14   15   16   17   ...   50
felsefe cavab01az

       15.Şərq peripatetizmi və onun nümayəndələri. 

Ə

l  Kindi  (800-866)  Şərq  peripatetizminin  banisidir.  O,  «Fəlsəfənin  riyaziyyat 



elmi ilə əldə edilməsinə dair», «Kateqoriyalarda Aristotelin məqsədinə dair», «Aristotel 

kitablarının  tərtibi  və  on  kateqoriyaya  dair»  əsərlərində  fəlsəfəni  bir  elm  kimi 

ə

saslandırır,  onun  nəzəri  və  əməli  növlərini  ayırır.  Onun  fikrincə,  Filosofun  qarşısına 



qoyduğu  məqsəd  həqiqəti  dərk  etmək  və  öz  hərəkətlərini  uyğunlaşdırmaqdır.  Fəlsəfə 

haqqında  tam  bilik  substansiyanın  dərkində  bitir.  Əbu  Nəsr  Fərabi  (872-950)  insan 

anatomiyası, musiqi, riyaziyyat, təbiətşünaslıq və psixologiyaya dair əsərlər yazmışdır. 

«2 filosof», «Platon və Aristotelin əsərlərində ümumilik», «Xöşbəxtliyin qazanılması», 

«Fəzilətli  şəhər  əhlinin  görüşləri»,  «Fəlsəfənin  adı  və  mənşəyi».  Fərabinin  fəlsəfə 

tarixində  tutduğu  yer  tədqiqatçılar  tərəfindən  yüksək  dəyərləndirilir.  Fərabiyə  görə, 

fəlsəfə varlığın ümumi xassə və qanunları haqqında bilikdir. Şərq Peripatetizminin digər 

nümayəndəsi  İbn  Haldun  əsasən  insanların  ictimai  həyatını  öyrənirdi.  O  qeyd  edir  ki, 

tarix təkcə xranologiya ilə kifayətlənməməli, inkişafı öyrənməlidir. Haldun hadisələrin 

təbiəti  ilə  onların  daxili  qanunauyğunluğunu  izah  edirdi.  İbn  Sina  (980-1037)  «Tibb 

qanunu», «Danış-namə» və s.əsərləri yazmışdır. Onun fikrincə, «Allahın iradəsi bilikdən 

qaynaqlanır». Vacib varlığın iradəsi həqiqətin dərkidir.  

Ə

bu  Reyhan  əl  Biruniyə  (973-1048)  görə  fəlsəfə  təbiət  elmləri  ilə  əlaqələndirir. 



Materiya və təbiəti allah yaradıb. Yerin günəş ətrafında dövr etdiyini qeyd edir. Aləmin 

yaranmasında  ilk  element  kimi  suyu,  sonra  digərlərini    qiymətləndirir.  Atom  maddi 

hissəciklərdir və allah yaradıb. İdrakda məntiqi idrakın rolunu dəyərləndirir.  

Şə

rq  peripatetizminin  nümayəndəsi  İbn  Rüşd  Allahın  atributlarını  qəbul  etmir. 



Onu  ilk  əql  kimi  qəbul  edir.  Allah  insan  və  təbiətdən  kənardır,  dərk  edilmir.  Bu  deist 

aspektdir.  Hikmət  bir  şeyin  səbəbini  bilməkdir.  Həqiqətin  ikiliyi:  əql  və  vəhylər 

həqiqətin  qaynaqlarıdır,  buna  görə  fəlsəfə  ilə  dinin  hər  ikisindən  əldə  edilən  nəticələr 

gerçəkdir.  





Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin