Microsoft Word F?ls?f? az doc



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə2/50
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37719
1   2   3   4   5   6   7   8   9   ...   50
felsefe cavab01az

 


2.  Dünyagörüşünün  ilk  tarixi  formaları:  mifologiya  və  din.  Dünyagörüşü 

dedikdə dünya və insanın bu dünyada yeri və rolu haqqında ümumiləşmiş baxışlar, bilik 

və  təsəvvürlər  başa  düşülür.Fəsəfənin  öyrəndiyi  problemlərin  hər  birində  insanın 

dünyaya  münaisbəti  məsələsinin  müxtəlif  məqamları  əks  olunmuşdur.  Bu  məsələ 

dünyagörüşünün  əsas  məsələsidir  və  buna  görə  də  fəlsəfi  problemlər  dünyagörüşü 

anlayışı ilə sıx bağlıdır.  

Dünyagörüşünün  ən  qədim  tarixi  forması  mifologiyadır.  Mifologiyanın  əsasını 

fantastik varlıqlar haqqındakı müxtəlif rəvayətlər – miflər (əsatirlər) təşkil edir. Miflərin 

səciyyəvi xüsusiyyəti ondan ibarətdir  ki, burada təbiət hadisələri və cansız predmetlər 

canlı varlıqlar şəklində təsvir olunurdu. «Hilozoizm» adlanan bu canlılaşdırma prinsipi 

mifi  yaradan  ibtidai  təfəkkürün  xüsusiyyətlərindən  irəli  gəlirdi.  İbtidai  insanın  şüuru 

bütünlüklə  icmadaxili  həyatın  xüsusiyyətləri  ilə  şərtlənirdi.  Bu  həyatın  səciyyəvi 

cəhətini icmada fəaliyyət növlərinə münasibətdə əmək bölgüsünün yoxluğu təşkil edirdi. 

Buna görə də qəbilədaxili həyat da öz tərkib hissələrinə ayrılmayaraq, sinkretik (bütöv) 

bir tam kimi mövcud idi. Özünü müstəqil şəkildə bu həyata qarşı qoya bilməyən ibtidai 

ş

üurun da səciyyəvi xüsusiyyətini, bu səbəbdən, onun sinkretizmi təşkil edir. 



Dünyagörüşünün  digər  tarixi  forması  dindir.  Din  və  fəlsəfə  gerçəkliyin  mənəvi 

mənimsənilməsinin elə formalarıdır ki, onlar hər ikisi elmi biliyin məhdudluğundan və 

natamamlığından  doğan  ehtiyacı  sanki,  kompensasiya  etməyə,  insanın  bitkin, 

tamamlanmış,  fəlsəfi  terminlə  desək,  mütləq  biliyə  olan  əzəli  tələbatını  ödəməyə 

çalışırlar.  Həm  din,  həm  də  fəlsəfə  üçün  mütləq  biliyin  mənbəyini  dünyanın  mütləq 

başlanğıcına  inam  təşkil  edir.  Dinə  görə  bu  mütləq  başlanğıc  dünyanı  hər  şeyə  qadir 

olan  öz  azad  iradəsi  ilə  və  möcuzə  yoluyla  heçdən  yaradan  fövqəltəbii  varlıq  –  tək 

Allahdır. Din dünyanın mənşəyi və mahiyyəti, insan, onun həyatının mənası və məqsədi, 

insanın dünyada yeri, xeyir,  şər  haqqında  və digər ehkamlarını Allahın kəlamları kimi 

təqdim  edir.  Dini  şüurun  mövcudluq  üsulu  dünyanın  fövqəltəbii  başlanğıcına  dərin 

inamı ifadə edən etiqad hissidir. 

 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin