Microsoft Word F?ls?f? az doc



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə3/50
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37719
1   2   3   4   5   6   7   8   9   ...   50
felsefe cavab01az

3. Fəlsəfə və elm: oxşar cəhətlər və  prinsipial fərqlər. Elmi biliyin mənbəyini 

insanın  müşahidələri,  onun  həyat  təcrübəsi  və  elmi  eksperimentlər  təşkil  edir.  Elmin 

başlıca  xüsusiyyəti  onun  əsaslandırılmış  biliklər  sistemindən  ibarət  olmasıdır.  Bu  o 

deməkdir,  elmi  bilik  məntiqi  cəhətdən  ziddiyyətsiz  olmalı  və  elmi  eksperimentdə  öz 

təsdiqini  tapmalıdır.  Bunlar  elmi  biliyin  dəqiqliyini  və  səhihliyini  təmin  edən  başlıca 

şə

rtlərdir. Elmin öyrəndiyi gerçəkliyi fəlsəfi dildə hadisəər aləmi kimi səciyyələndirirlər. 



Hadisələr  aləminin  səciyyəvi  cəhətini  onun  konkret  təcrübələr  vasitəsi  ilə  tədqiq 

olunmasının,  yəni  prinsipcə  müşahidə  (birbaşa  və  ya  dolayısı  ilə)  obyektinə 

çevrilməsinin mümkünlüyü təşkil edir. Buna görə də elm insana həmişə yalnız konkret 

təcrübə və müşahidələr hüdudunda formalaşan biliklər verir. 

Lakin  insan  öz  gündəlik  fəaliyyətində  yalnız  bu  cür  biliklərə  istinad    etmək 

məcburiyyətində  qalsa  idi,  onda  onun  həyatı  ya,  ümumiyyətlə,  mümkün  olmaz,  ya  da 

məna və məzmun baxımından çox yoxsul olardı. İnsan həyatını ona məna və məzmun 

verən,  insan  fəaliyyətini  daxilən  stimullaşdıran  ali  məqsədlərdən,  ideallardan  və 

ə

qidələrdən  kənarda  təsəvvür  etmək  olmaz.  Bunlar  isə  insanı  əhatə  edən  mühit  və 



bütövlükdə dünya haqqında az-çox müəyyən şəkil almış təsəvvürlər və biliklərə istinad 

etmədən  təşəkkül  tapa  bilməz.  Bu  cür  biliklər  konkret  –  təcrübi  mənşəyə  malik  olan 

elmi biliklərdən prinsipial şəkildə fərqlənir. Elmi biliklərdən fərqli olaraq, bütöv bir tam 

kimi  düşünələn  dünya,  onun  mənşəyi,  quruluşu  və  mahiyyəti  haqqında  biliklər 

qazanmaq  konkret  müşahidə  və  təcrübələrin  hüdudunu  aşaraq,  ondan  kənara  çıxmağı 

tələb edir. Dünya haqqında bu cür ümumiləşmiş təsəvvürləri və insanın bu dünyada yeri 

və rolu haqqındakı bilikləri fəlsəfə verir. 

Fəlsəfə dünyanı, dindən fərqli olaraq, etiqada istinad etməklə deyil, arqument və 

təfəkkürlə  mənimsəməyə  çalışır.  Bu  məqam  fəlsəfəni  elmlə  yaxınlaşdırır.  Lakin  bütöv 

bir  tam  kimi  düşünələn  dünya  elmi  biliyin  əsasını  təşkil  edən  konkret  müşahidələr  və 

təcrübə  hüdudlarına  sığmadığına  görə,  fəlsəfi  təfəkkür,  elmdən  fərqli  olaraq,  həmişə 

konkret təcrübə hüdudlarını aşmalı olur. 

 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin