4. Fəlsəfənin funksiyaları və cəmiyyətdə rolu. Biz bütün həyatımız boyu dəfələrlə
elə çətinliklərlə üzləşirik ki, yiyələnmiş olduğumuz konkret – elmi və professional
biliklər həmin çtəin vəziyyətlərdən bizə çıxış yolunu göstərə bilməz. Belə
situasiyalardan düzgün çıxış yolunu yalnız dünyanın rasional (əsaslandırılmış) bütöv
mənzərəsini təmin edən təsəvvürlərə yiyələnmiş, insanın dünyada yeri, azadlıq, zərurət,
təsadüf, qəzavü – qədər, hadisələrin qanunauyğun əlaqəsi, səbəbiyyət, möcuzə, xeyir və
şə
r, ədalət, ləyaqət və digər bu qəbildən olan kateqoriyalar haqqında müstəqil və
ə
saslandırılmış mühakimələr yürütmək iqtidarında olan təfəkkür tərzinə malik adamlar
tapa bilər. Bu cür təfəkkür həyatda insanın arxalana biləcəyi etibarlı dayaq nöqtəsi olan
özünə, öz zəkasının gücünə inam hissi formalaşdırır, onda müstəqil qərar qəbul etmək
və çətinliklərdən əksər hallarda düzgün çıxış yolu tapmaq vərdişləri yaradır. Lakin
həyatda insana etibarlı dayaq nöqtəsi olan, ona düzgün yol göstərmək iqtidarında olan
bu cür təfəkkür tərzi fəlsəfənin əsaslarına yiyələnmədən, ümumiyyətlə, fəlsəfi təhsildən
kənarda formalaşa bilməz. Fəlsəfə insanda bütöv bir tam kimi götürülmüş dünya və
insanın bu dünyadakı yeri və rolu haqqında təsəvvürlər yaratmaqla dünyagörüşü
funksiyasını
yerinə yetirir. Digər tərəfdən fəlsəfə insanı bu cür biliklərlə
silahlandırmaqla, həm də mühüm idraki funksiya yerinə yetirmiş olur. Fəlsəfə insana öz
fəaliyyətini və onun nəticələrini xeyir və şər, ədalət, ləyaqət və s. kimi etik kateqoriyalar
baxımından dəyərləndirməyə kömək edir. Bu baxımdan o, həmçinin, çox mühüm
aksioloji funksiya
yerinə yetirir. Elmin tarixi gstərir ki, o öz inkişafının müəyyən
məqamlarında dövrü olaraq ciddi çətinliklərlə qarşılaşır. Tarixi təcrübə göstərir ki, elmi
belə böhran vəziyyətlərindən çıxarmaq üçün onun öz vasitələri,yəni, nəzəri və
ihstrumental – metodoloji potensialı kifayət etmir. Bununçün bir sıra fundamental
anlayışlara və metodoloji prinsiplərə tənqidi yanaşma bacarığına malik alimlərə ehtiyac
yaranır. Lakin elmin əsaslarına tənqidi yanaşmaq qabiliyytəi yalnız fəlsəfi təfəkkür
mədəniyyəti əsasında formalaşa bilər. Elmi tədqiqatlara düzgün istiqamət verməklə
fəlsəfə mühüm metodoloj funksiya yerinə yetirir.
Dostları ilə paylaş: |