Microsoft Word F?ls?f? az doc



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə50/50
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37719
1   ...   42   43   44   45   46   47   48   49   50
felsefe cavab01az

50.Həqiqət və yanılma 

Yanılma  özünəməxsus  nəzəri-idraki  hadisədir.  Həqiqətdən  fərqli  olaraq,  yanılma 

qərəzsiz  olaraq  mühakimələrin  və  ya  anlayışların  obyektə  uyğun  gəlməməsidir.  O, 



həmişə fərziyyələrin, hipotezlərin irəli sürülməsi ilə bağlıdır. Subyekt ona naməlum olan 

sahəyə artıq məlum olan faktlara əsaslanan ilkin təsəvvürlərlə əlaqəlidir. Lakin məlum 

olanlar əsasında  naməlum  sahəni heç də həmişə düzgün şərh etmək olmur. Qnoseoloji 

amillərə  həmçinin  öyrənilən  obyektlərin    çoxşaxəliliyi,  onların  bəzən    birtərəfli  əks 

olunması  aiddir.    Hissə  tam,  bir  tərəf, bir  element  – bütöv bir sistem    kimi  qavranılır. 

Nəticədə  əldə olunmuş ilkin həqiqət  qeyri-həqiqətə transformasiya edir.  

           Həqiqət  axtarışında  qaçılmaz  olan  fərziyyələr  öz-özlüyündə  nə  doğru,  nə  də 

yalandırlar:  bir-birindən  onlar  mötəbərlik  dərəcəsinə  görə  fərqlənirlər.  Lakin    müxtəlif 

sosial  mənafeləri  güdən  subyektlər  bu  fərziyyəni    həqiqət  səviyyəsinə  yüksəltməyə 

qadirdirlər. Həqiqət hadisələrin üzərində olmayıb onların dərinliklərində gizlənir. Buna 

görə də müxtəlif fərziyyələr, ehtimallar irəli sürülür. Onlar yoxlanılır, sınaqdan keçirilir. 

Bu an yanılmalara, səhvlərə yol verilə bilər. Akademik P.L.Kapitsa qeyd edirdi ki, alim 

səhvə  yol  verə  bilər;  səhvlər  yalançı  elm  deyil.  Yanılmalar  onları  meydana  gətirmiş 

amillərə,  onlardakı  informasiyanın  mötəbərlik  dərəcəsinə,  biliyin  inkişafındakı  roluna 

görə  müxtəlif ola bilir.  

          Elmin  inkişafında  yanılmaların  rolu  birmənalı  deyildir.  Əslində  hər  bir  yanılma 

bizi    həqiqətdən  uzaqlaşdırır,  dərketməyə  maneçilik  törədir.  Əsl  alim  heç  vaxt    onu 

bilərəkdən qurmur. O, özünün konstruksiyasının və ya onun hansı bir hissəsinin düzgün 

olmadığını  yalnız  fərz  edə  bilir.  Lakin  o,  çox  vaxt  öz  konstruksiyalarının  düzgün 

olduğuna əmin olur.   

          Yanılmalar elmin sonrakı hərəkəti üçün çıxış nöqtəsi olan problemli situasiyaların 

yaradılmasına səbəb ola bilir. 

Yanılmalar  problemli  situasiyaların  yaranmasına,  problemlərin  həllinin    düzgün 

yollarının tapılmasına səbəb olur. Elmin tarixi sübut edir ki, həqiqətə yol yanılmalardan 

keçir.  Onlar  idrakda  irrasional  başlanğıc  yox,  əksinə,    elmin    arxalanaraq    həqiqətə 

doğru irəlilədiyi zəruri pillə olmuşdur. 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin