drak prosesi 2 səviyyədən ibarətdir. 1.Hissi idrak (hiss üzvləri ilə həyata keçirilən
ks etdirilməsi, mücərrəd və ümumiləşdirilmiş obrazların yaradılması, gerçəklik
Hissi və rasional idrakın nisbəti filosoflar tərəfindən müxtəlif aspektlərdə yozulur.
Empirizm – qnoseologiyada cərəyandır.Ona əsasən dünya haqqındakı biliklərin
yeganə mənbəyi məhz hissi təcrübədir.Rasionalizm də fəlsəfədə elə bir cərəyandır
ki, ona əsasən idrak prosesində aparıcı rol oynayan məhz zəkadır.
İ
drakın hissi və rasional səviyyələri bir biri ilə əlaqədardır və bütöv bir tamlıq təş-
kil edirlər.Real hadisələr haqqında hissi təsəvvür idrak prosesinin zəruri şərtlərin-
dən biridir.Fikirdən kanarda qalan mücərrəd anlayış və ideyalar insanların ümumi-
ləşdirilmiş hissi təcrübəsinə istinad edir və hisslərlə qavranılan işarələr sistemi şək-
lində mövcuddur.Lakin həqiqi bilik hissi təcrübə nəticəsində alınmış məlumatların
təfəkkür ilə işlənməsi olmadan mümkünsüzdür.
Hissi idrakın formaları:1.duyğular-insanların hiss üzvlərinə predmet və hadisələrin
təsiri nəticəsində yaranmış onların gerçək cəhət və xassələrin əks olunmasıdır.
2.qavrayış - predmet və hadisələrin hissi obrazıdır, gerçəklik hadisələrin bütöv
şə
kildə əks etdirilməsidir.3.təsəvvür - hər hansı bir obyektin insanın hiss üzvlərinə
təsir etmədən onun şüurunda təsvir olunmuş idrak obyektinin ümumiləşdirilmiş
obrazıdır.
Rasional idrakın formaları:1.anlayış - idrak obyektinin ümumi və mahiyyət cə-
hətlərini əks etdirən fikirdir.2.mühakimə - idrak obyekti haqqında nəyisə təsdiq
yaxud inkar edən fikirdir.3.əqli nəticə (qənaətə gəlmə) – bir neçə mühakimənin əsa
sında formalaşan və bunun nəticəsində məntiqi şəkildə yeni bir mühakimənin yü-
rüdülməsinə səbəb olan bir fikirdir.
Dostları ilə paylaş: