Kartoqrafiya
Ə
hlimanov R.M.
Mühazirə 5
Coğrafi koordinatlar. Başlanğıc meridian
Yer ellipsoidi öz kiçik oxu PP
1
oxu ətrafında fırlanır. Həmin oxun ucları qütb
adlanır. P – şimal, P
1
– isə cənub qütbüdür. Ellips qütb oxu ətrafında fırlanarkən, onun
hər bir nöqtəsi bir çevrə cızır ki, buna da paralel deyilir. Ən böyük paralelə ekvator
deyilir. Demək, paralellər və ekvator yer ellepsoidi səthinin yerin fırlanma oxuna
perpendikulyar olan müstəvilərlə kəsişmə xətləridir. Ekvator müstəvisi yer ellisoidinin
mərkəzindən keçir. PP
1
fırlanma oxundan keçən hər hansı bir müstəvi ellesoidlə
kəsişdikdə ellips əmələ gətirir ki, bu da meridian adlanır. Meridianlardan biri başlanğıc
(sıfırıncı) meridian qəbul olunmuşdur.
Yer səthi nöqtələrinin ekvator və başlanğıc meridiana nisbətən vəziyyətini təyin
etmək üçün coğrafi koordinatlar sistemindən: en və uzunluq dairələrindən istifadə edilir.
Coğrafi koordinatlar astranomik və geodezik olur. Astronomik koordinatlar həmin
nöqtələrdə səma cisimlərini müşahidə etməklə təyin edilir. Geodezik koordinatlar isə
geodeziya ölçmələri və onların yer ellepsoidi üzərində hesablanması ilə təyin edilir.
Eyni bir nöqtənin astranomik və geodezik koordinatları həmin nöqtələrdə şaquli
xəttin ellepsoid səthinə olan normadan meyl etməsinə görə bir-birindən fərqlənir.
Yer səthinin hər hansı bir nöqtəsində şaquli xəttin istiqaməti ilə ekvator müstəvisi
arasında qalan bucağa astronomik en dairəsi deyilir və qamma ilə işarə edilir.
M' nöqtəsində ellipsoidə toxunan NN' xəttinə olan perpendikulyara həmin nöqtədə
ellepsoid səthinə normal (M'O') deyilir. Normal ilə ekvator mstəvisi arasında qalan
bucağa nöqtənin geodezik en dairəsi deyilir.
Coğrafi en dairələrin ekvatordan şimala və cənuba 0
°-dən 90°-ə qədər dəyişir:
ş
imala müsbət, cənuba isə mənfi işarə qəbul edir.
Başlanğıc meridian müstəvisi iə verilmiş nöqtədən keçən meridian müstəvisi
arasında qalan ikiüzlü bucağa həmin nöqtənin coğrafi uzunluq dairəsi deyilir və
λ ilə
Melikov Behruz
|