Kartoqrafiya
Ə
hlimanov R.M.
∆λ- AC qövsünə uyğun mərkəzi bucaq olub, C və A nöqtələrinin uzunluq
dairələrini fərqidir.
∆ OCL – də CL = N olduğunu qəbul edərək, r = N cosϕ alırıq.
Burada N-C nöqtəsində ellipsoid səthinə normal;
ϕ - həmin nöqtənin en dairəsidir.
r – in qiymətini yuxarıdakı düsturda yerinə yazaraq, paralel qövsünün uzunluğunu
hesablamaq üçün
l = N cos
ϕ∆λ
düsturunu alırıq.
Ekvatordan istənilən paralelə kimi, meridian qövsünün uzunluğunu hesablamaq
üçün lazım olan düsturlar ali geodeziya kursunda verilir. Bu uzunluqlar xüsusi
kartoqrafik cədvəllərdə verildiyindən, hesablama işlərində həmin cədvəllərdən istifadə
edilir
Yer ellepsoidini, radiusu R olan kürə ilə əvəz etsək, paralel (l) və meridian (x)
qövslərinin uzunluğu aşağıdakı sadə düsturlarla hesablana bilər.
l = R cos
ϕ∆λ
x = R
∆ϕ
Bu düsturlarda hesablama aparıldıqda
∆ϕ və ∆λ bucaqlarının qiymətlərini
dərəcədən radiana çevirmək lazımdır.
Misal. Ekvatordan 30
° en dairəsinə kimi meridian qövsünün uzunluğunu
hesablamaq. Burada yer kürəsinin orta radiusu yuvarlaq olaraq R = 6371 km qəbul
ediləcəkdir. Qeyd etmək lazımdır ki, bir çox təcrübi işlərdə (məs, kiçik miqyaslı
xəritələrin tərtibində, coğrafiyaya aid bir çox məsələlərin həllində və s) göstərilən
dəqiqliklə aparılan hesabat kifayətləndirici sayılır.
Melikov Behruz
|