Müdaxilə işləri
Hər hansı neft və ya qaz quyusunda və ya
sualtı hasilat sistemində onların istismar
müddəti ərzində və ya istismar müddətinin
sonunda həyata keçirilən hər hansı
əməliyyat və ya iş (başqa sözlə, quyunun
vəziyyətini və / və ya quyunun quruluşunu
dəyişən komponentlərin dəyişdirilməsi).
Müqavilə Sahəsi
Karbohidrogenlərin kəşfiyyatı və hasilatı
məqsədilə şirkət, yaxud şirkətlər qrupu
üçün lisenziyalaşdırılmış/icarəyə verilmiş
və hissələrə bölünmüş dəniz sahəsi.
Müvəqqəti dayandırma zamanı istifadə
olunan flüidlər
Quyunun bütövlüyünü təmin etmək üçün
quyunun qazılmasının müvəqqəti
dayandırılması ərzində quyuda istifadə
olunan flüidlər.
Nəsilvermə (fertillik) əmsalı
Müəyyən bir ərazidə bir qadının yaşadığı
müddət ərzində doğa biləcəyi uşaqların
orta sayı.
Dostları ilə paylaş: |