Anormal yüksək lay və məsamə təzyiqi
Müəyyən dərinlikdəki hidrostatik təzyiqdən
artıq olan qeyri-normal dərəcədə yüksək
quyu təzyiqi.
Antiklinal
Süxur laylarının yuxarı istiqamətdə
qabardığı süxurda tağşəkilli bükük/əyilmə.
Antropogen
İnsan fəaliyyəti ilə əlaqədar olan.
Aşınma
Havanın, suyun və orqanizmlərin kimyəvi
təsiri ilə bağlı proseslər. Aşınma yüngül
karbohidrogenlərin buxarlanaraq itkisi ilə
nəticələnir və bu, adətən, bioloji
parçalanma və yuyulub aparılma ilə
müşayiət olunur.
Atmosferə nəzarətsiz atılan tullantılar
Çənlərin doldurulması, boşaldılması və
çənlərin “nəfəs almasından itkilərin
yaranması” zamanı və tutub saxlanma
sistemlərində faktiki olaraq bərpası
mümkün ola bilməyən fitinqlərdə yaranan
kiçik itkilər nəticəsində kiçik qaz
həcmlərinin ayrılması.
Dostları ilə paylaş: |