Bioloji müxtəliflik
Hər hansı ərazidə bitki və heyvan
növlərinin sayı.
Biosidlər
Bakteriyaların və digər orqanizmlərin
artımının (seçim əsasında) qarşısını
almaq, yaxud məhdudlaşdırmaq
məqsədilə flüidlərə əlavə edilən kimyəvi
reagent.
Boru kəmərinin sahilə çıxdığı yer
Dənizdə çəkilmiş boru kəmərinin sahilə
çıxdığı ərazi.
Boru stellajı
Qazma buruğunda qazma borularının
istifadəyə hazır dəstəsinin şaquli şəkildə
yığıldığı yer.
Borudüzmə barjı
Boru kəmərlərini bir-birinə qaynaq etmək
və onları dəniz dibinə yerləşdirmək üçün
dizayn edilmiş gəmi.
Boruların arasındakı fəza
Quyu lüləsi və qoruyucu kəmər və ya
qoruyucu kəmər və nasos-kompressor
borusu kimi iki konsentrik obyekt
arasındakı boşluq.
Dostları ilə paylaş: |