Azərbaycan manatı (AZN)
Azərbaycan valyutası.
Azqıllılar
Azqıllılar sinfindən olan müxtəlif həlqəvi
qurdların (o cümlədən yer soxulcanı və
şirin suda yaşayan bəzi kiçik növlər) hər
hansı bir növü.
Ballast
Sabitliyi qoruyub saxlamaq və ağırlığın
paylanmasını təmin etmək üçün gəmiyə
yüklənmiş su.
Barel
Neftin həcminin ümumi qəbul edilmiş ölçü
vahidi, 159 litrə (0,159 m
3
) və ya təxminən
35 ingilis qallonuna (42 ABŞ qallonu)
bərabərdir.
Barit
Qazma məhlullarının sıxlığını (qazma
məhlulunun çəkisini) artırmaq məqsədilə
qazma məhlulunun əsas komponenti kimi
istifadə olunan çox ağır maddə. Kimyəvi
adı barium sulfat birləşməsidir.
Batimetriya
Su sahələrinin dərinliyinin ölçülməsi.
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Xüsusi terminlər lüğəti
Dostları ilə paylaş: |