Bazel Konvensiyası
Təhlükəli tullantıların transsərhəd
daşımaları və digər təhlükəli tullantıların
idarə olunması ilə bağlı məsələləri ehtiva
edən beynəlxalq hüquqi saziş.
Bənd
Zədələnmə və ya material dağılması baş
verdiyi təqdirdə mayelərin yığılması üçün
saxlama çəninin
ətrafına çəkilən
lokallaşdırıcı sədd.
Beynəlxalq Maliyyə Korporasiyası
Dünya Bankının üzvü olan təşkilatdır və
inkişaf etməkdə olan ölkələrdə özəl
sektorun davamlı inkişafını təşviq edir.
Biokütlə
Nəzərdə tutulan miqdar daxilindəki canlı
cisimlərin ümumi kütləsi.
Bioloji cəhətdən parçalanan
Torpaqdakı, sudakı və atmosferdəki
mikroorqanizmlər tərəfindən sadə
birləşmələrə parçalanmağa həssas olan.
Bioloji parçalanma əksər hallarda toksik
üzvi birləşmələri qeyri-toksik, yaxud daha
az toksikliyə malik üzvi birləşmələrə
çevirir.
Dostları ilə paylaş: |