Sement məhlulu
Boşluqların və ya birləşmə yerlərinin
doldurulması üçün istifadə olunan
material.
Səmt qazı
Xam neftin bir hissəsi kimi və ya onun
digər tərkib hissələri ilə birlikdə aşkar
edilmiş təbii qaz. Bu, xam neftdə həll ola
və ya neftdən yuxarı sərbəst qaz papağı
kimi aşkar edilə bilər.
Separator
Karbohidrogen axınındakı qazları və
mayeləri bir-birindən ayırmaq üçün istifadə
olunan texnoloji kamera.
Səthi aktiv maddə
Səthi gərilməni azaldan əlavə maddə,
məsələn: təmizləyici maddə, yaxud,
emulqator.
Seysmik
Verilmiş rayonda seysmik fəallığın
xüsusiyyətləri (məsələn: tezliyi və
intensivliyi).
Son orta əsrlər
Azərbaycanda son orta əsrlər 15-ci əsrdən
18-ci əsrədək olan dövrü əhatə edir
Stinger
Barjın arxa hissəsindən kənara uzanan və
boruların düzülməsində istifadə olunan
dayaq qolu.
Dostları ilə paylaş: |