Dördüncü fəsil
Gün əyiləndə Ağcagilin darvazasından üzünə nimdaş bir ağ çəkilmiş
uşaq tabutu çıxardılar. Ağca xanım qara matəm libasında, əlləri qoynunda,
yaxası-başı açıq, gözüyaşlı tabutun dalınca yeriyirdi. İki
330
addım atmamış qapıda dayandı, dayandığı yerə baxdı, sanki burada bir şey
itirmiş, ya tapmışdı.
Ağca xanım fəryad çəkib diz çökdü.
Tabutu uzaqlaşdırdılar, onu evə gətirdilər...
Ağca xanımın yeriməyə, danışmağa taqəti qalmasa da, xəyalı
dincəlmirdi, yaralı quş kimi budaqdan-budağa enirdi, müsibətinə şərik
axtarırdı.
Toyundakı cah-calaldan vayında bir əlamət görmürdü. Hanı onlar?
Təbarəklər, hacılar, atalar, analar... Deyəsən o keçmiş dünyadan kimsə
qalmamışdır. Onların kölgələri isə Ağca xanımdan qaçır, tində, dalanda,
qarovul daxmalarında, bazarlarda, zirzəmilərdə, bağ-bağça hasarları
arxasında gizlənirlər.
- Qonaqlar hanı? Hanı qonaqlar?
Həmişə İzzətin səs-küyündən şikayətlənən bu ev indi çıraqsız zülmət bir
dama bənzəyirdi. Qaranlıq, tənhalıq, ayrılıq həsrəti, peşmançılıq, qulaq
tutan sükut qadını məngənə kimi sıxırdı. İzzətin sağlığında arzuladığı
asudəliklər, uşaq sandan sərbəstlik bir tikan olub onun gözünə girirdi. O,
balası ilə bərabər bütün sevinci və ümidlərini də basdırmışdı, həyatdan əli
üzülmüş kimi, özünü uçurumlardan yuvarlanmış, hələ yerə dəyməmiş bir
vəziyyətdə, fəlakət göylərində duyurdu. Uşağı düşündükcə analıq hissləri
qəlbinin dərinliklərindən qaynayıb çıxırdı. Əsrlərcə dağlar, daşlar təzyiqinə
uğramış, sıxılmış, boğulmuş bir məhəbbət, güclü və odlu bir axın kimi təkan
verib yerləri parçalayırdı. Bütün ağırlıqlan aşıraraq üzə çıxırdı. Dəhşətli
gurultu qoparır, aləmi lalə rənginə boyayır, yer üzünü tuturdu. Sanki,
bundan bu saat müdhiş bir zəlzələnin gurultusu qopacaq, dünyanın bütün
əzab-əziyyətlərinə son qoyacaq, hər şeyi bitirəcəkdi. Ağca xanım libasını
parçalayır, ağ sinəsini bu od işığına verir. Qırmızı maye hələ qaynayır, hələ
qabarır, köpürür, dünyanı ağzına almaq istəyirdi. Sanki bu axının heç kəslə
işi yox idi. Yalnız bu tərəfə yönəlib gəlirdi. Ağca xanımın təmiz analıq
həyatını tapdayan, müqəddəs hisslərini boğan köhnə ziyafət libaslarını,
gərdək pərdələrini, pəncərə tüllərini yandırınaq, işrət guşələrini, görüş
məclislərini, gəzinti yerlərini dağıtmaq istəyirdi.
- Qoyun! Yol verın! Həyat bağçasına su gəlir, qoyun sel də olsa səhraları
bassın. Qoyun kol-kosu götürsün, zibilləri, xəzəlləri süpürüb aparsın!
331
Bu nədir?
Ananın gözlərindən axan yaşmıdır, göylərin qəhrindən tökülən
doludurmu? Tökün, yağdırın güllələrinizi, ey bulud qoşunları! Ana
sinəsindən qopan həsrət küləyi gurlasın, dolu döysün, sel bassın! Qoy
məhəbbətin vətəni, analığın üfüqləri tərtəmiz olsun! Hava durulsun, yer
təmizlənsin, torpaq öz xasiyyətinə qayıtsın!
* * *
Vahid və Rübabəni tanıyanlar arasında elə adam yox idi ki, bu iki
cavanın evlənəcəyinə şübhələnsin. Elə adam da yox idi ki, bu məsələni
dilinə gətirsin. Sanki bu, əvvəldən onların alnına yazılmışdı; sanki bu, bir
gəncin boy atması, böyüməsi kimi adi və sual qəbuletməz bir həqiqət idi.
Çoxlarına, hətta bu gənclərin öz ailələrinə də elə gəlirdi ki, Vahid Rübabə
ilə, Rübabə də Vahid ilə yaranmışdır. Birinin adı gələndə o biri öz-özündən
xatırlanırdı. Birini görüb o birisini görməyən adam, açılan üfuqün günəşini
görmək istəyirmiş kimi, intizar çəkirdi.
Qəribə budur ki, "məhəbbət" haqqındakı bu mənalı sükut yalnız zahiri
deyildi, hətta Vahid ilə Rübabə ikilikdə, lap tənha gəzişəndə belə bu barədə
bir kəlmə
kəsınəmişdilər, danışa bilməmişdilər, guya alovlu
məhəbbətlərindən söz açsalar dilləri, dodaqları yanacaqdı.
Belə sözlər ürəklərinə gələndə ancaq bir-birinə baxır, qıpqırmızı qızarıb,
başlarını aşağı salardılar. Lakin onların könülləri səssiz oxunan bir kitab
kimi, bir-birinə məlum və aydın idi. Bunun qəlbi onun, onun ürəyi bunun
köksündə idi. Bu sükut uzun sürə bilməyəcəkdi, çünki onların sevgisi ilə,
bundan doğan və doğmalı olan nəticələr ilə maraqlananlar vardı. Fatma
arvad oğlundan kağız aldı, həmin kağızda Rübabədən salam-dua eşidəndə
çarqatını yellədərək eniş-yoxuş şəhər küçələrindən yeyin ötərdi. Tanışları
onu dayandırıb soruşardı:
- Vahidi evləndirirsən deyirlər, ay qız? Allah mübarək eləsin! Qız
kimlərdəndir?
Fatma ana səadətinin sevinci, oğul fərəhi ilə danışardı:
- Mübarəkbadlıq içində olasan! Tarçı Səttarzadənin qızı bənd olub,
gədənin də görürəm, könlü atlanıb, Allah sizinkilərə də qismət eləsin!
332
Fatma arvada Sadığın aldıqları bəs eləmirdi. Pətəklərin balından satıb
vurhavur zər-zivər axtarır, parça alır. Gəncəyə kəlağayı üçün sifariş edir,
qızıl saat axtarır, qənd, çay hayına qalırdı.
Dünyada ayın da üzündən ləkə əskik olmadığı, günəşin də tutulmaq
dərdi olduğu kimi, bu gənclərin toy tədarükündə də qəmgin bir nöqtə var
idi. Rübabənin bu xeyir işində anası meydanda yox idi. Analar üçün ən
böyük arzu olan övlad toyu Şirin xanıma qismət olmamışdı. Qadın böyük
həsrətlə hazırlaşdığı günü görə bilmədi.
O, vaxtilə qapısına gələn elçiləri nəzakətlə qovardı. "Qızım oxuyur,
xəyalından da elə şey keçmir". Bununla belə Rübabəyə hiss etdirmədən
hazırlıq görərdi. Otaqların ikisini ailənin ümumi ixtiyarından yayındırmağa
çalışırdı: "Tək uşaqdır, - deyirdi, - kənara verməyəcəyəm".
Bir ay ərinin rayonlarda verdiyi müsamirələrdən güclü pul gəldi. Şirin
xanım həmin pulu öz səliqəsi ilə Rübabənin toy tədarükünə xərclədi.
Deyəsən, yazıq qadın öləcəyini bilirıniş. İki ilin içində əl-ayağını elə
yığışdırmışdı ki, Rübabə özünü qurulu ev sahibi saya bilərdi. Bu barədə
danışmağı da xoşlamazdı. Sanki o, elədiklərinin hamısını uzun zaman
fikirləşəndən, götür-qoydan, qəti rəyə gələndən sonra edərdi. Bir də
görərdin küçə qapısı açıldı, hamballar bir dəst mebel gətirib otaqlara
düzdülər. Bir də görərdin dərzi gəlib pəncərələri ölçdü, məxmər nümunələri
göstərdi ki: "Pərdə hansından tikilsin?". Bunlar hamısı bütün ailə üçün xoş
idi, ancaq ixtiyar sahibi Şirin xanım idi.
Bəlkə hər şey öz qaydasına düşəndən, Rübabəyə qurulu ev hazır olandan
sonra Şirin xanım qızı ilə qabaq-qabağa oturub nə isə deyəcək, tapşıracaq və
öyrədəcəkdi. Lakin bu da Şirin xanıma qismət olmadı. Mərəzinin şiddət
etdiyi bir axşamda qızını yanına çağırıb, əlini ürəyinin başına qoydu:
- Eşidirsənmi, - dedi, - qızım?
Güman ki, Şirin xanımın indi də qızına bir çox şeylər deməyə dili
gəlmirdi. Ancaq onun son vurğular ilə döyünən və qüvvətdən düşən qəlbi
bunları deyə bilərdi və doğrudan da deyirdi:
- Eşidirsənmi, qızım?
Rübabə qara, uzun nəmli kirpiklərini çaldı: "Eşidirəm, ana" demək
istədi.
333
Kirpiklərinin arasından iki damla yaş düşdü. Bunlar balanın anasına son
və sadiq sözü idi. Rübabə ağladığını anasına bildirınəmək üçün başını yana
çevirdi, göz yaşını sildi. Dönüb xəstənin üzünə baxanda ruhunun uçub
getdiyini duydu...
Bu hadisədən sonra heç kəs toy əhvalatını dilinə gətirməzdi. Səttarzadə
istəkli arvadının, ömür yoldaşının dünyadan getdiyinə nə qədər qüssə
çəkərdisə, onun bu həsrətinə beş o qədər qəhərlənərdi. Evdə tək dayana
bilməzdi. Gözü Şirin xanımı xatırladan bir şeyə sataşdımı, ağsaqqal kişi
uşaq kimi hönkürtü vurub ağlardı.
Vahid də Rübabəni gözdən qoymaz, tək buraxmazdı. Dərs ilə, mütaliə
ilə başını qatar, vaxt tapanda götürüb şəhərə, ictimai yerlərə çıxardı.
Bu yay Rübabə də, Vahid də diplomlarını almışdılar. Vahid böyük bir
tikintiyə mühəndis təyin olunmuşdu, Rübabənin hələlik işləməsini məsləhət
görmür, "zəifsən, dərsdən sıxılmısan, - deyirdi, - bir-iki ay dincəl, payızda
havalar sərinləyəndə işləyərsən".
Deyəsən Sadıq kişi Azərbaycan İnşaat İnstitutunun dərs cədvəlindən
xəbərdar idi. Buraxılış axşamının səhərisi Rübabəni də, Səttarzadəni də
yuxudan oyadan o oldu. Xurcunu çiynindən aşıran kimi, Səttarzadə
köynəyinin yaxasını düymələyə-düymələyə o biri otaqdan çıxdı.
- Xoş gəlmisiniz, Sadıq!
Sadıq onun əlini sıxdı, Fatmanı təqdim elədi:
- Tanış ol, Vahidin anasıdır.
Fatma ağzına yaşmaq çəkib, utana-utana qabağa yeridi, bərk əlini
Səttarzadənin ağ və yumşaq əllərinə toxundurdu. Sadıq evə göz gəzdirdi:
- Qızım hanı? Dərs ki, qurtarıb.
- Yuxu dərsi oxuyur.
Sadıq kişi səsini alçaltdı.
- Bunu bayaqdan de də, sağ olmuş. Dəyirmançı kimi evə hay salmışam.
- O biri otaqdadır, eşitməz.
Fatma arvad ağzı boğulmuş və möhkəm bağlanmış bir torbanı açmaqla,
orada nəyi isə yerbəyer etməklə məşğul idi. Sadıq kişi xurcunu boşaltmağa
başladı. İkiqat bükülü şaqqa əti stolun üstünə qoydu,
334
üç şan təzə bal çıxarıb, ehtiyatla divara söykədi. Səttarzadə məcməyi
gətirəndə Sadıq dedi:
- Götür əlində at-tut, bir damcı düşməz. Ustası elə toxuyub, bizlərin işi
deyil.
İçi kərə yağla dolu şirli küpəni döşəməyə qoydu. Süfrəyə bükülmüş bir
bərni gilənar mürəbbəsi, lay-lay bükülmüş ağ lavaş, yağlı fətir, baş-baş təzə
pendir...
Sonra Sadıq torbanı Fatmanın əlindən aldı.
- Səttar dadaş, burda bir az ayın-oyun var... Açıq qab...
Səttarzadə mətbəxə ötdü, Sadıq Fatmaya dedi:
- Otur dincəl...
- Yorulmamışam.
- Yorulmasan da işləməli günlərin gəlir.
- Təki həmişə xeyir iş olsun.
Fatma yavaş səslə yerindən soruşdu:
- Bu kişinin də qızı var?
- Maral kimi!
- Subaydır?
- Subaydır!
- Necə şeydir, Vahid görüb?
Sadıq özünü güclə gülməkdən saxladı:
- Sənin də bir dılğır oğlun var, bütün qızlara müştəri çıxırsan?
Sadıq torbanı boşaltdı, üstdən qoyulmuş iri və tirməyə oxşar boğçanı
çıxarıb, ehtiyatla pəncərənin içinə qoydu. Fatma arvad boğçanın yanına
geldi. Qucaqlayıb gotürdü, bir az da pəncərənin dib tərəfinə qoydu.
Səttarzadə paltar şkafının ağzını açdı. Sadıq boğçanı arvadından alıb, şkafa
qoydu. Fatma arvad onun dalınca yeridi, sanki boğçadan ayrıla bilmirdi.
Sadıq torbanı ağzı üstə mis məcməyinin içinə çevirdi. Heyva, alma
ətrafa dığırlandı. Səttarzadə dedi:
- A Sadıq, bu nə zəhmətdir çəkirsən?
Rübabə gələndə Sadıq ayağa qalxdı:
- Qızım, kefin, halın? Lap yaxşısanmı?
Fatma onu görüb diksindi:
- Bıy, qızım, sən... Sadıq, məni hara gətirmisən, niyə demirdin bəs?
Dalısını deyə bilmədi. Ancaq nə demək istədiyini Sadıq anladı.
335
Rübabə Fatmanın əlini sıxıb, xoş gəldin elədi:
- Nəzirə necədir? Heç məni yadına salırını? Bəs Dilarə niyə gəlmədi.
Mənə söz vermişdi. Yalan danışmaq da bilir?
- Uşağı onun yanına qoymuşuq. Dedik əl-ayağa dolaşmasın, allah qoysa,
vaxt olar, onlar da gələrlər.
Rübabə Fatmanı elə danışdırdı ki, Fatma arvad cavabların çoxusuna aciz
qaldı. O, gəlinlik satan, hər sözünü, yaxşı görünsün deyə ölçən-biçən bir qız
yox, öz ailəsində adi həyatını yaşayan, sadəliyini pozmayan bir qız kimi
danışırdı. Fatma nə onun alnından öpə bildi, nə boyunu oxşaya bildi, nə bir
söz deyə bildi. Rübabə çay gətirir, çörək kəsir, qulluq edirdi. Fatma isə
heyran-heyran onun izincə fərəhlə baxır, xəyalında deyirdi:
"Belə də olarmış! Görürsənmi, qismətə baxırsanmı!" Rübabəni kənddən
yola salanda Sadıq kişi dil-ağız eləmişdi:
- Qız deyilsən, qızılsan, sənə aslan deyim, tərlan deyim, şura balası
deyim, nə deyim?! Vahidə hamıdan çox köməyi sən elədin.
Görüm səni uca rütbələrdə olasan, istəklindən ayrılmayasan!
Lakin ürəyində təmin olunmamışdı. "Quru qurbanın olum, nə olsun?
Bunlar adamlıq elədilər, sən də bacar, xəcalətliyindən çıx".
Odur ki, bu dəfə gələndə düşünmüşdü: "Rübabənin əsil sovqatı bir
oğlandır ki, tapıb, nişan dəsgahı bəsdir? Qaldı mənim qoca yoldaşım,
onunku da yemək-içməkdir". Bununla kifayətlənməyib, Səttarzadəyə
papaqlıq, ya palto yaxalığı - bir yaxşı buxara dərisi gətirmişdi.
Rübabənin "nişan dəsgahı" deyilən sovqatı isə boğçada idi. İndilikdə
ona kimsə yaxın getmir, kimsəəl vurmurdu, vurmağa da ixtiyarı yox idi.
Sadıq kişinin gəlişi adi bir qonağın gəlişi deyildi. Onlar nişan üzüyü
gətirmişdilər. Vahidin əmi oğlusu Əsgər əmisi ilə gələ bilmədisə də, iki
günə qədər özünü Bakıya yetirəcəkdi. Bacısı Dilarə də gəlmək istəyirdi.
Çoxları isə (bibiləri, məktəb yoldaşları...) gözləyir, Vahidin toyuna
hazırlaşırdılar.
Yolda Sadıq kişinin Fatma ilə danışığı oldu. Fatma mehmanxanaya, ya
başqa yerə düşmək istəyirdi. Sadıq kişi dedi:
- Birbaşa Səttarzadəgilə gedəcəyik!
- A kişi, xalqı özünə güldürərsən, nişandan qabaq da qız evinə
gedilərmi? Axı elin qayda-qanunu var. Başarmırsan, çəkil qırağa.
Sözə qulaq as.
336
- Elin qaydası nədir? Deyir qohumun evinə getmə, düş o vaxtkı kimi,
şəhərin canına ki, bu qəstin mənim, o qəstin sənin!
- Qəstinə düşmə, lap düzün-düzündə qal. Mən nişandan qabaq xalqın
evinə ayaq basa bilmərəm.
- Sən basmırsan, mən basıram. İstəyirsən, heç tanışlıq verməyim.
Deyim qulluqçumuzdur, gətirmişəm.
Fatma bu sözdən bərk acıqlandı. Üzünü yana çevirdi, bir müddət
dinmədi. Güman eləyirdi ki, əri küsdüyünü görüb, yola gələr, könlünü alar.
Sadıq kişi isə arvadının susduğuna bir az sevindi. Pəncərə qabağına keçib,
fışqırıq çaldı. Fatma durub onun ətəyindən dartdı:
- Məni qürbət vilayətə rüsvay eləməyə aparırsan? Gözləyəcəyəm Əsgər
gəlsin, Əsgərsiz heç yerə getməyəcəyəm. Lap bu vaqonda qalacağam.
Sadıq onu yumşaltdı:
- Ay arvad, səni çöldən tapmamışam, hara kefindir, aparım. İndi yadıma
düşür, Vahidin tələbə yoldaşı var, onlara gedərik!
Fatma sevindi:
- Ona nə sözüm. Dediyim odur, qız evinə yox. Bəs bu sovqatları necə
çatdıraq yerinə?
- Nə var ki, bir hambala verib göndərərəm.
- Getdiyimiz evdə görəcəklər-axı.
- Görsünlər də.
- Yaxşı olmaz.
- Daha da yaxşı, görərlər ki, sən gəlininə sovqat getirmisən.
- Sovqatı qonaq evindən çıxartmaq layiqdirmi?
- Qonaq yeri əjdaha deyil ki! Payını yeyər.
- Burda nə var ki, pay verəsən.
- Baxma, burda yeddi kürdün xörəyi var.
Sadıq arvadını aldadırdı. Onu düz Səttarzadəgilə gətirmişdi. Fatma
Səttarzadəni tanımadığından və əri də onu sadəcə "Vahidin anası" deyə
təqdim etdiyindən bir şey seçməmişdi. Ancaq Rübabə bəriki otağa keçəndə
Fatma duydu ki, əri dediyini yeritmişdir.
İş işdən keçdiyini görüb, dodağını çeynəyir, "kül mənim başıma, bu
kökdə qız evinə gələrlərıni" - deyə üst-başına diqqət yetirir, çəkilib bir
küncdə oturmaq istəyirdi. Sadıq isə öz evi kimi dolanırdı.
Səttarzadə kürsü çəkib, qonaqları çay süfrəsinə çağıranda, Fatma
üzrxahlıq istədi:
337
- Səttar qardaş, gərək bağışlayasan. Bu kökdə evinizə gəlmişik. Günah
mənimkindədir. Aldadıb gətirib, davamız qalsın sonraya, amma çox layiqsiz
oldu. Mən Rübabənin yanına karvan-karvan daş-qaş ilə gəlsəm də azdır.
Ancaq ki...
Sadıq güldü. Fatmanı aldatdığını danışdı. Səttarzadə Fatmaya dedi:
- Nahaq, nahaq utanırsınız, - ətrafına baxdı. Rübabəni uzaqdan görüb
dedi: - Evlənənlər, işin əsil yiyələri illərlə bir yerdə oxuyub, oturub durur,
yoldaşlıq eləyirlər, bizə nə olub, bir-birimizdən gizlənək? Bizi birləşdirən
zərgərin üzüyü deyil ki, cavanların xeyir işidir!
- Yox da, Səttar qardaş, adət var axı.
- Adət odur ki, pis ilə yaxşını seçəsən. Bunu adət eləsən, aldanmazsan.
Allahdan gizli deyil, sizdən nə gizlədim. Uşaqlar bunu bizdən yaxşı seçir.
Can deyib, can eşitdiklərini görürəm, deyirəm təki biz də bu zaman dünyaya
gələydik.
Səttarzadənin sözlərindən Fatma açılışan kimi oldu. Yerində sərbəst
oturmağa, etrafa arxayın baxmağa başladı. Hətta əvvəl çəkindiyi "yad
kişinin" yanında ağız açıb çörək yedi, çay içdi.
Sadıq Rübabəyə eşitdirdi:
- Vahid görəsən harada olar, yataqxanada, ya klubda?
Səttarzadə dedi:
- Harda olsa gələcək.
Çay süfrəsi yığılmamış Vahid gəldi, xoş-beşdən sonra ev-eşikdən əhval
soruşdu. Sadıq kişi dedi:
- Hamı səndən nigarandır!
Vahid dedi:
- Məndən xəbərin yoxdur? Oğulsuz qalmışdın ha!
Anası dilləndi:
- Ağzını xeyrə aç!
Sadıq kişi soruşdu:
- Niyə, nə olmuşdur?
Səttarzadə dedi:
- Təyyarə işinin xatasını bilmirsən?
Vahid pəncərədən göyü göstərdi:
- Oradan düşən nə olar?
Fatma durub oğlunun qolundan tutdu. Dönə-dönə tapşırdığı, lakin
oğlunun hələ də əl çəkmədiyini yəqin etdiyi bir "xata" peşədən danışdı:
338
- Bura bax görüm, ədə, yoxsa genə gedirsən? Çətirdə hoppanırsan! Sənə
deməmişəm əl çək?
Vahid onu sakit etdi:
- Yox, ay ana! Hoppanan-zad yoxdur, təyyarə qırılmışdı, az qala göyün
yeddi qatından yerə gəlmişdim.
Fatma arvad uşağa hirslənən kimi əl-qolunu ölçdü:
- Minmə! Burax onu! Yekə yer sənə darlıq eləyir? Gərək göyə uçasan?
Allaha xoş gedən sənət sənə qəhət olub?!
Sadıq kişi oğlunun cürbəcür təyyarə hünərlərini eşitmişdi. Bu söhbətlər
ona xoş idisə də, hər uçan təyyarəni gördükcə ürəyi bir tikə olurdu:
- Bala,
ehtiyatlı ol! Demə hünərdi. Göydən yerə zarafat olmaz,
gözlə! Cavanlığına salma, bala!
* * *
İki gün çəkmədi Əsgər özünü yetirdi. Əmisindən qabaq Vahidi gördü:
- Necə eləyək? Nişana neçə adam getsin? Alınası bir şey yoxdur ki?
Vahid dedi:
- Atam ilə danış. Dilarəni niyə gətirmədin?
- Toya gələr, bəsidir, neynəyir indidən.
Şirinlik içilən axşam qonaqlar mübarəkbadlıq edib dağıldı. Sadıq kişi
Səttarzadəni eyvana çağırdı, qırağa çəkib dedi:
- Səttar dadaş, gəlmişkən yaxşı olar ki, xeyir işimizi qurtaraq.
Bizim də yolumuz uzaqdır. Uşaqlar da, şükür, dərsi-mərsi qurtarıb, niyə
qalsın.
Səttarzadə xeyli Sadıq kişiyə baxdı, sanki onun dediklərini sevincdən
işıqlanan üzündə oxumaq istəyirdi: sonra, bir şeyi yadına salmaq üçün
düşünən adamlar kimi, qaşlarını çatıb yuxarıya nəzər saldı; gözlərini endirib
razılıq ahəngi ilə dedi:
- Çatdıra bilərikmi?
Sadıq kişi onun cavabından daha da ürəkləndi:
- Çatdırnaq deyəndə, nə eləmişiksə eləmişik. Bundan sonra özləri
fərasətli olar, eləyərlər. Yox, daha gözləməyək, məsləhətdir!
- Məsləhətdirsə, nə deyirəm.
339
Ataların razılaşdığından bir həftə sonra, bir yay axşamında Rübabəgilin
böyük zalında toy məclisi qurulmuşdu. Ev qonaqlarla dolu idi. Pəncərələr
hər tərəfə açıldığından şənlik, musiqi səsi küçələrə yayılırdı.
Dənizdən sərinlik gətirən külək bu evdən də kənara ətir yayırdı. Süfrə
başındakıların biri oturanda o biri qalxırdı, biri Vahidə "Həyat ustası" deyib
badəsini qaldırırdı, bir başqası onu "Göylər fatehi" adlandırır, biri "Sadəcə
insan", daha biri "Əsrin məsud gənci" deyirdi...
Birdən səs-səda kəsildi. Hamının diqqəti qapı tərəfə, bir əlində kitab, bir
əlində badə olan Səttarzadəyə çevrildi; Səttarzadə elə dayanmışdı ki,
deyərdin evdə heç kəs yoxdur, o ən əziz bir dostu ilə qabaq-qabağa
durmuşdur. Onun başı, yaxası açıq, sifəti dinc, gözləri gülər idi; sol əlində
tutduğu qalın, qırmızı meşin cildli kitabı qulağına aparanda hamı susdu.
Səttarzadə bülbül kimi fəğanə gəldi:
"Məndə Məcnundan füzun aşiqlik istedadı var!
Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var".
Səttarzadə bu beyti elə oxudu ki, eşidənlər onun gəncliyə - otuz il
bundan qabaqkı həvəsinə qayıtdığını güman etdilər. Hamı sevindi, hamı əl
çalmaq, afərin demək istədi, ancaq bu ləzzətli musiqini bir də eşitmək
arzusu hamını susdurdu. Sükut daha da dərinləşdi. Səttarzadə kitabı
qabağına qoydu badəni qaldırıb dedi:
- Qonaqlar! Dostlar!
Az danışan və hissini ifadəyə söz tapmaqda çətinlik çəkən adam kimi,
onun nitqi də qəribə idi. Adamlar eyni maraqla əyləşmişdilər.
- Qonaqlar, dostlar! Mən burda, sizin hüzurunuzda qızıma... - Səttarzadə
Rübabənin adını təkcə çəkməyin yaxşı olmadığını, bunun vaxtı keçdiyini,
Vahidsiz Rübabə sözünün naqis göründüyünü düşünüb əlavə etdi: - Qızıma,
oğluma - Rübabəyə, Vahidə bir hədiyyə verəcəyəm.
Adamlar maraqlanıb irəli oturdular. Bəziləri tələsik pıçıldaşdı: "Üzük
bağışlayacaq". Səttarzadə davam etdi:
- Bu dünyada hər kəsin bir etiqadı, bir əqidəsi var. Biri Qurana, biri
İncilə itaət edir, biri təbiəti, maddəni üstün tutur, biri də bunlara inanmır,
quru bir heçə ürək bağlayır... - Pəncərəyə işarə ilə açıq göyü göstərdi: - Ona
bax! Əvvəli, axırı olmayan göyə etiqad bağlayır,
340
ayəsini, hədisini ayazlı, buludlu göylərdə oxuyur... - Səttarzadə susdu.
Söhbətinin sanki uzun çəkdiyini görüb badəni yerə qoydu: - Mən də bir cür
adamam. Övladıma əqidəmi hədiyyə, cehiz verirəm! - Qoca xanəndə kitabı
göyə qaldırdı. Ona baxan gözlərə sanki cavab olaraq daha da qaim səsləndi:
- Bunun adı məbəbbətdir. Deyəcəksiniz əsil məhəbbət kitabda niyə? Onu
üzük ilə bir yaylıq, bir dəstə gül ilə göstərirlər. Düzdür, əsil məhəbbət
həyatdadır. Ancaq bu kitabda əbədi həyat olmuş bir məhəbbət oxunur.
Nədənsə mən, Səttarzadə kitabı daha da göyə qaldırdı. Övladına baxıb
öyünən analar kimi baxdı, gözlərində fərəh parladı, yanaqlarında təbii bir
həyəcan qızardt.
- Nədənsə mən bunu görürəm. Məhəbbət üçün nə üzüyü, nə çiçəyi, nə
ayrı əlaməti deyirəm. Bu kitab: bu, dostlar bilir, bu kitab yalnız məhəbbət
deyil. Bax, o göydə ay, günəş gözəldir. Məhəbbət də öz mənasında...
Səttarzadə nəzərini oturanların üzündə gəzdirdi. Vahidi görüb bir addım
da irəli yeridi:
- Oğluma bir zəhmət verəcəyəm...
Qonaqlar yol açdılar, Vahidi qayınatasının yanına ötürdülər. Səttarzadə
onu sol qoltuğuna aldı, dönüb o biri otağa baxdı. Sadıq kişi sanki onun
ürəyindəkini başa düşdü: "Rübabə!" çağırdı. Əsgər o biri otağa getdi. Hamı
Səttarzadəyə, Səttarzadə də gözü qapıda qızına müntəzir idi. Bənövşə güllü,
ağ, uzun, ipək libasda, yanaqları lalə kimi yana-yana, ucaboy qız başıaşağı
içəri girəndə məclisdə ürək qalmadı çırpınmasın, göz qalmadı yaşarmasın.
Səttarzadə oğlanın da, qızın da alnından öpdü. Üçüncü dəfə kitabı göyə
qaldırıb onların üzünə baxdı:
- Balalarım! Füzuli kimi sevin! Onun kimi böyüyün!
Dostları ilə paylaş: |