İkinci fəsil
Üç gün qabaqdan divarlara böyük, rəngli elanlar vurulmuşdu. Enli sarı
kağızın üstündə kölgəli, qəşəng göy xətt ilə bu sözlər yazılmışdı: "Səttar
Səttarzadənin konserti".
Tramvayların pəncərəsindən yellənərək, görünən elanın xırda sətirlərini
oxumaq olmurdu. Ancaq "Səttarzadə" seçilirdi. Qocaman sənət xadimini
dinləməyi arzu edən çox idi. Biletlər dünəndən satılıb qurtarmışdı. Bilet
alanlar cürbəcür adamlar idilər.
Bunlardan bəzisi Səttarzadə adına hörmət edib, bilet alanlar idi.
Səttarzadə respublikanın məşhur musiqi xadimlərindən biridir. Ancaq
çox qocalmışdır. Altmışdan yuxarı yaşı var. Onun gənclik qüd-
315
rəti, məharəti çoxdan yox olub getmişsə də, kişidəki həvəs, musiqi eşqi,
camaat qabağına çıxmaq meyli daha da artmışdır.
Həyatın amansız qanunları var, insan ömrü boyu əlləşir, vuruşur,
hünərini, qüdrətini, qabiliyyətini göstərir, nəyə isə nail olmaq istəyir. Buna
tədricən nail olur. Axırda bütün ömrü boyu qazandıqlarını təslim etməli,
qoyub getməli olur. Ölünün, deyərlər, rəhməti, ya lənəti apardığında yox,
qoyub getdiklərində olur. İnsan öz əməyinin ümidli əllərə düşdüyünü
görəndə ölüm də rahat və əyləncəli gəlir.
Səttarzadə çox həyəcan ilə öz gəncliyini xatırlayır. Sonradan kor olanlar
gün işığından danışan kimi, o da itirdiyi cavanlıqdan həsrətlə danışır.
Təklikdə, ya evdə nə qədər sakit, sönük görünürsə, adam içində, ictimai
yerlərdə öz xələflərini görür. Qocalıq kədərini bu təsəlli ilə söndürür.
Mümkün etdiyi məclisdən qalmır. Cavan çalğıçıların müvəffəqiyyətlərilə
sevinir, onları çəkə-çəkə səhnəyə aparır. Camaatın qabağında əlini sıxır,
alnından öpür. Camaat Səttarzadənin xatirini əziz tutur. Əsil tamaşaçılar
onu görəndə musiqi aləminin, sənət dünyasının zənginliklərini bir daha
xatırlayırlar. Belə qabil xadimlərimizin olduğuna sevinirlər. Həm də
kədərlənirlər; çünki qocalıq küləyi Səttarzadənin sənət bağını soldurmaq da,
barmaqlarını zəiflətməkdə, titrətməkdədir.
Bu elə bir kədərdir ki, dünyada hiss və şüuru olan hər bir kəsi ağrıdır.
Çox yox, iyirmi-iyirmi beş il bundan qabaq tarı bağrına basanda bülbülləri
cuşə gətirən, kainatın bütün zərifliklərini, gözəlliklərini incə səs tellərində
ifadə edən bir sənətkar indi tərk-silah olunmuş bir əsgər kimi zəif görünür.
Onun məclislərində yer olmazdı. Cəld uşaqlar dama dırmaşar, qadınlar
çəpərlərə tökülüşər, gənclər qapı-pəncərələrdə az qala bir-birinin başına
çıxardı. Onun qəlbi atlananda, sədəfli tarı rəqqasə kimi xurdişə gələndə
barmaqlarını görmək olmazdı. Deyərdin simlərin böyrünə yüz bülbül
qonub, hərəsi bir cür nalə çekir. Çox zaman kənd qızları barmağının
üzüyündən, cavanlar kəmərindən, saatından keçərdilər. Bilməzdilər nə dil
ilə sənətkara razılıq etsinlər...
Hanı o Səttarzadə? Gənclik heç kəsdən, Səttarzadədən apardığı qədər
aparmamışdır. Bu itki o qədər ağır və aydındır ki, yalnız Səttarzadəni yox,
onu eşidənlərin hamısını ağrıdır.
İndi Səttarzadənin müsamirəsinə gələnlərin çoxu ondan, gənclikdə
aldıqları kimi ləzzət almağa yox, bəlkə bu ləzzəti yada salmağa, bir də
qocaya öz ixlas və məhəbbətlərini ifadə etməyə gəlmişdilər.
316
Bəziləri də muğamat sözünü eşidib gəlmişdilər. Onlar o qədər mahnı
eşitmişdilər ki, bezmişdilər. Musiqi aləmindən muğamatın qovulduğunu
düşünür, səbəbini bilmir, soruşınağa da cürət etmirdilər. Elanda "muğamat"
görüb, bilet dalınca yüyürmüşdülər.
Bəziləri də sadəcə "müsamirə" sözü üçün gəlmişdilər. Bunlar o
adamlardılar ki, şəhərdə bir tamaşa buraxmazdılar. Boş olan axşamlar
başlarından ağrı tutar, kütlənin mədəni istirahətini təmin edə bilmədiyi üçün
incəsənət idarəsini tənqidə başlayarlar. Bunlar nə musiqi, nə tamaşa, nə
məclisin məzmunu ilə maraqlanarlar. Bunu onlara nöqsan tutmaq da olmaz;
çünki məzmun ilə qeyri-məzmunun təfavütünü seçməzlər. Bunlar ya
libaslarını səyyar sərgidə göstərmək üçün, ya filan qızı (ya oğlanı) fəth edib
ələ gətirdiklərini nümayiş,etdirınək, ya da məclisdə söhbət düşəndə
"görmüşəm", "getmişəm", "eşitmişəm" demək, "mədəni" adlanmaq üçün
can atırdılar. İlk cərgədə oturarlar, dal cərgədəkiləri adam hesab etməzlər.
Tez-tez dönüb baxar, onların qabaqda kimlər oturduğuna diqqət yetirib-
yetirmədikləri ilə maraqlanarlar. Bunlar, demək olar ki, müsamirədə çıxış
etməli olanlardan az hazırlaşmazdılar. Libaslarından, bər-bəzəklərindən
başqa, necə tərpəşəcəklərini, tənəffusdə necə kürsüdən ağır-ağır qalxıb
çıxacaqlarını, əvvəl hansı ayaqlarını atacaqlarını, yaylığı hansı əllərinə
alacaqlarını, bir tanış gördükdə necə kübarcasına, gözucu salam
verəcəklərini, ibarələr lüğətcəsindən necə istifadə edəcəklərini, rus
sözlərinin axırında səslərini necə alçaldacaqlarını məşq edirlər.
Məşhur artistlərin çıxışında intizar keçirərlər, çıxışın qurtarmasını
gözləyərlər, dərhal əllərini bir-birinə döyüb şaqqıltı salarlar, artist gəlmək
istəmədikdə ayaqlarını da yerə döyər, qışqırarlar. Bəzən elə şirin söhbət
mövzusu taparlar ki, tənəffüs heç yadlarına düşməz. Gözləri səhnədə olsa
da, etina etməz, başlarını cütləşdirib, danışarlar:
- Sən öləsən, arvad həmişə konsertə gəlməyə can çəkir. Onun ucundan
gecikirəm.
- Sabir öz hekayələrində bu barədə göstərib.
- Sən Sabiri deyirsən. Füzulinin podval məqaləsini oxumuşam.
- Hansı məqaləsidir, adə, gözümə dəyməyib?
- İki arvadlılar barəsində. Ruscasını oxumuşam. Bizim dildə yoxdur.
- Həlbət ki, ruscası yaxşıdır. Bizdə şair yoxdur ki, o kişilərin Plexanov
kimi, İvan Qroznı kimi şairləri var.
317
- İvan Qroznı? Deyəsən bu şair mənə tanış gəlir.
- Gürcüdür də, Qruziyadandır. Hələ mən uşaq idim, bunların şeirlərini
əzbər bilirdim, nədir o, tülkü ilə qarğanın poeması, lap qiyamətdir!
- Azərbaycancası yoxdur?
- Var, Füzuli perevod eləyib, ancaq ruscasının ləzzətini vermir.
Azərbaycanca elə-belə danışasan, şeirdə qafiyə məsələsi var axı.
- Əyə, sən ki, bu zəhrimar şairliyi bilirsən, niyə yazmırsan?
- Yazsam, axı indikilərin çörəyinə bais olaram.
- Yox, zarafatsız, sən yaz!
- Zarafatsız deyirəm, şairlərə bais oluram. Odur ki, qoymurlar.
Adamın qabağına daş dığırlayırlar.
- Əşi, sən qəşəng yazandan sonra kim nə deyəcək?!
- Sözdür danışırsan da. İndi ki açıldı, deyim: bir poema yazmışdım, özü
də belə (baş barınağını dikəldib, göstərir) mirovoy, töküldülər üstümə,
qoymadılar üzə çıxa.
- Nədən yazmışdın?
- Götürmüşdüm Fərhad adında bir əsgəri. Səngəri vurub dağıdır, çıxır
üzə, bomba ilə düşmənin yeddi batareyasını batırır, bir pulemyotla bir
diviziya qırır. Bir diviziya da qaçır. Apardım redaktora.
- Redaktor nə dedi?
- Söz tapmadı, dedi: apar, yazıçı Mirzə Maarifə.
- Mirzə Maarif necə, bəyəndi?
- Bəyəndi-bəyənmədi bilmirəm, amma çox güldü.
- Yəqin çox xoşuna gəlib! Verdimi çapa?
- Yox!
- Bəs nə dedi?
- Dedi ki, gərək qızıl əsgərin adını dəyişəsən.
- O niyə? Fərhad yaxşı addır ki?
- Dedi, Fərhadı qarala, Əlinin qəzəb oğlu yaz! Deyəsən qarabağlıdır, ona
görə...
- Səni ələ salıb.
- Yox əşi, tanışdır, elə adam deyil.
- Ondansa həzrət Abbas yaz da. Bəs axırı nə oldu?
- Gördüm nəm-nüm eləyir. Götürdüm, yerinə redaktordan şikayət
yazdım!
- Bəs axın?
- Cavab gözləyirəm. Gərək bu günlərdə gələ.
318
- Gələr, gələr inşallah, poçta tez-tez get! Qoy ləngitməsinlər...
Bir qisim adamlar da Səttarzadənin müsamirəsinə iş üçün gələnlərdir.
Ya görüş təyin etmişlər, ya güdməyə gəlmişlər. Belələrinin Səttarzadəyə
xeyri olmadığı kimi, maneçiliyi də yoxdur. Onların çoxu dal cərgələrdə
oturar, gəlib-gedənə göz yetirərlər. Zalda dünya dağılsın - oxusunlar,
çalsınlar, ya heç oxumasınlar, çalmasınlar, onlar üçün fərqi yoxdur. Bunlar
otuz, qırx nəfərin səsləndiyi xora çığır-bağır adı verirlər. Özü də bu "çığır-
bağırın" əvvəlcədən bir şey üçün - solo oxuyan qızın nəfəsini dərməsi üçün
hazırlandığına inanmırlar.
Müsamirədə bu cür adamların olduğuna hamıdan artıq darıxan Vahid
idi. Vahid Rübabə ilə sağ tərəfdə, beşinci cərgədə oturmuşdu. Müsamirənin
başlanmasını gözləyirdilər. Sarıyanız, ucaboy, şıq geyimli bir kişi gözucu
salam verib, onların yanından ötdü. Vahid Rübabəyə döndü:
Deyirsən danışma. Görürsən bunu! Səhnədən də tanıyırsan, yəqin onu
şəxsən tanımayanlar yüksək rəydədirlər.
- Mahir aktyordur. Baş rollarda çıxır.
- Mən də bəyənirəm, ancaq yüngüldür. Bəlası budur. Yalnız səhnədə
deyil, həyatda da artistdir. Halbuki mən istərəm artistin də alim kimi, ədib,
diplomat, filosof kimi qırılmaz təmkini, zəngin daxili aləmi olsun. İçində
küləklər əsınəsin. Artistin demədiyi də mənalı olmalıdır.
Doğrudur, artistliyə görkəm, zahiri elamətlər də lazımdır; lakin
zaldakılar yalnız göz və qulaqdan ibarət deyillər. Onlarda zərrə seçən bir
hiss var. Qəlb, zövq, diqqət var. Artistdən ağırlıq, vüqar istəyirlər.
Yüngüllük insanın qiymətini də yüngül edər. Biz xalq içində artistin
hörmətini daha da qaldırmalıyıq. Onda analar keçmişdəki kimi həyasız
qızlarına yox, ismətli qızlarına artist deyərlər...
Adamlar dəstə-dəstə gəlib, yerlərini tuturdular. Gəldiyev səhnə tərəfdən
keçib, Vahidgilin yanından tünd yel kimi ötdü. Vahid onu gördü, özünü
görməməzliyə vurub, nəzərini yayındırdı.
Gəldiyev müsamirənin lap əvvəlindən burada idi. Nə üçün gəldiyini özü
də bilmirdi. Onu bilirdi ki, yetişən kimi vurnuxub Rübabəni axtardı və tapdı
da. Lakin o, Rübabəni belə tapmaq istəmirdi. Dal qapıdan baxıb onu qoşa,
uzun hörüklərindən tanıdı. Ürəyində dedi: "Ay zalım qızı, gözəllər
karvanına qatılsan da səni seçərəm".
Vahidi onun yanında görüb pərt oldu. Adəti üzrə dodağını gəmirdi, əlini
kəmərinə keçirib bir az dayandı. Sonra fikirləşdi ki: "Düşmənə
319
bu kökdə görünmək ayıbdır... Mən bu konsertə Rübabədən gözəl bir qız ilə
gəlməli, Vahiddən qabaq cərgədə oturmalı, Səttarzadəni etinasız dinləməli
idim..."
Gəldiyev özünü, Rübabəyə göstərməmişdən gedə bilməyəcəkdi. "Qoy
bilsin ki, Vahidi özünə ər elədiyini seçənlər var!"
Bir də Gəldiyev onların rahatlığını pozmaq, təşvişə salmaq istəyirdi.
Vacib bir iş üçün adam axtarırmış kimi, bir neçə dəfə Vahid oturan
cərgədən o yan-bu yana keçdi. Birində Rübabənin dönüb baxdığını duyub,
yeyin addımlarla saymazyana qapıdan çıxdı.
O axşam Gəldiyevin əsəbiliyi, ovqat təlxliyi tamamilə təmin olunmuşdu.
Heç yerdə təsəlli tapa bilmədi. Evə gəldi ki, ürəyindəkiləri unuda bilsin.
Təəssüf ki, ayrı bir aləm, gözlənilməz bir mənzərə gördü. Başı aşağı, hirsli
içəri girəndə sarısaç, yad bir qadının divanda oturduğunu gördü. Hazırlaşdı
ki, qonağa xoş gəldin desin, onu bir təhər gördü: "Necə qonaqdır ki, ev
sahibinə etina eləmir? Necə qonaqdır ki, kişinin ayağına qalxmır?",
Diqqət edəndə, küncdə təkərək kimi dığırlanan oğlan uşağını görəndə
hər şey ona aydın oldu. Sanki bütün dünyanı bir dəyirman daşı kimi əldə
gəzdirdilər, gətirib Gəldiyevin boğazına keçirtdilər. Ağırlıq onu yıxası oldu.
Gəldiyev əlini boğazlığına atdı, düzəltdi, bir udqundu, bir öskürdü, başı
hərləndi, vücudu elə bir vəziyyət aldı ki, oturmaqmı, durmaqmı istədiyini
seçmək olmazdı. Deməyə söz axtarırdı. Ağca xanımın kəsərli səsi eşidildi:
- Gör bu arvad kimdir?
Gəldiyev boğazından şerfı aça-aça, Zoyaya tərəf baxdı, etirafdan başqa
çarəsi olmadı.
Когда приехали?
Это вам не интересно, держите своего ребенка, я уезжаю!
Gəldiyevin boğazı qurudu. Arvadı dilə tutmaq istəyirdi ki, Ağca xanım
onun peysərindən bir yumruq endirdi:
- Belə işlərin də var imiş, a küçədən gəlmə şortu?!
Ağca xanımın bu yumruğu Gəldiyevə güllədən ağır idi. Xəyalında o
Zoyanın həsəd edəcəyini, köhnə ərinin yeni həyatına küsənəcəyini güman
etmişdi. İndi isə onun ürəkdən güldüyü, Gəldiyevin Ağca xanım kimi bir
əjdahaya tuş gəldiyini bilib sevindiyi yəqin idi. Zoyanın səsi də Ağca
xanımın səsinə qarışdı:
320
- Прашу не задерживать меня, на поезд, опаздываю. Дайте мне
раписку о том, что своего ребенка вы в здоровом состоянии получили!
Zoya bunu deyib, uşağını ayağa qadırdı, çənəsindən tutub, başını
qaldırdı. Uşağın iri və diri gözləri muncuq kimi parıldadı.
Ağca xanım keçib uşağın qolundan tutub murdar bir pişik balası kimi
çıxarıb eyvana qoydu, kürəyinə bir də yumruq güpsədi. Uşaq üzüstə yerə
gəldi. Sonra dikəlib ağzını göyə açdı, qışqırıb ağladı. Ağca xanım dedi:
- Mən bicxana açmamışam. Bir saat qoymaram evimdə belə qoduqları! -
Üzünü Geldiyevə tutdu: - Yığışdır şələ-şüləni, qoduğunu da götür, hansı
cəhənnəmə gedirsən get!
Gəldiyev çaşıb qalmışdı:
- Ay Ağca, uşağın nə günahı var. Bir dözümün olsun, bir səbir...
- Dözdüyüm bəsdir. Bir də sənin kimi qurumsaqlar ilə baş yastığa
qoymayacağam. Bil! Haydı!
Gəldiyev dinmədi. Eyvanda ağlayan uşağa baxdı. Zoyaya nə isə demək
istədi. Ağca xanım hirsini boğa bilmədi.
- Mənim adresim bu şortuda nə gəzir, hə? Bəs sən oğlan idin?
Oğlan vayına oturum, inşallah!
Ağca xanım erkək pişik kimi atılıb onun saçlarını çəngələdi, toyuq tükü
kimi yolmaq istəyəndə Gəldiyev, ət qaçırdan itə qışqırırmış kimi, səsləndi:
- Ay ərkansız, nə qayırırsan?
Onların bu hərəkəti Zoyanı sevindirınəkdən çox qəzəbləndirirdi.
- Ocвободите ради бога меня, потом можете играть сколко хотите.
Gəldiyev keçib kağız-qələm gətirəndə Ağca xanım tutub əlindən aldı:
- Sənə deyirəm, mənim evim piryut-zad deyil, götür uşağını da, çıx
burdan! Gedin davanızı harda istəyirsiniz eləyin!
- Ağca xanım, bəsdir, bir toxta, adamın evinə qonaq...
- Kəs səsini, binamus! Elə sən də qonaq gəlmişdin. Sənin kimi qonaqları
çay aşağı axıdım, çay yuxarı axtarım!
Gəldiyevin sinəsindən elə itələdi ki, kişi az qaldı samovarın üstünə
yıxılsın. Cin vurdu Gəldiyevin başına, istədi onu götürüb mıxlasın yerə.
Dostları ilə paylaş: |