REFERAT
Mövzunun aktuallığ
ı:Respublikanın neft-qaz sərvətləri tarixən onun həyatının
bütün sahələrinə öz təsirini göstərimiş və indi də davam etməkdədir. Lakin bu təsir nə
respublika nə də qlobal səviyyədə heç də həmişə bir istiqamətli olmamışdır. Belə ki,
enerji resurslarının istehsalatı və istehlakı ətraf mühitə də mənfi təsirsiz ötüşməyərək
ekoloji problemlərin kəskinləşməsinə və bunun əhalinin sosial-ictimai həyatında
təzahürünə gətirib çıxarmışdır. YEK-in inkişafı ölkənin sosial-iqtisadi yüksəlişini
təmin etməklə yanaşı bir sıra ekoloji problemlərin də yaranması ilə səciyyələnir.
YEK-ni inkişaf etdirməklə, əhalinin və iqtisadiyyatın elektrik enerjisinə və digər
enerjidaşıyıcılarına olan tələbatla yanaşı, yanacaq-enerji kompleksində ekoloji
təhlükəsizliyi təmin etmək cəmiyyətin məsul olduğu önəmli vəzəfədir.
Energetika sənayesinin inkişaf problemləri bu gün müstəqil Azərbaycanın
dövlət siyasətinin ən həlledici istiqamətlərindən birinə çevrilmişdir. Belə bir
məqamda, neftdən xalqın, ölkənin mənafelərinə əsaslı xidmət göstərməklə səmərəli
istifadə edilməsi üçünreal və olduqca əlverişli şərait formalaşmışdır. Məhz bu
səbəbdən də respublika iqtisadiyyatınınəsas sahəsi neft sənayesinin və bütünlükdə
Yanacaq Energetika Kompleksinin (YEK) cari vəziyyətinin analizi, onun inkişaf
yolunu müəyyən edən başlıca faktorların, göstəricilərin müəyyən olunması hal-
hazırda Azərbaycan cəmiyyətinin və elminin qarşısında duran prioritet və aktual
məsələlərdən birincisidir.
Dostları ilə paylaş: