30
Tullantılar:
Karbon qazı
10 mln ton
-
Kükürd anhidridi və digər birləşmələr
400 min ton
-
Kül
100 min ton
-
Radioaktiv maddələr
-
2 ton
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Cədvəldəki
göstəricilərə əsasən, üzvi yanacağa əsaslanan energetika ilə
müqayisədə atom energetikasının müsbət tərəfləri daha çoxdur. AES-lərin normal iş
rejimində ətraf mühitə olduqca az miqdarda radioaktiv elementlər buraxılır.
Müqayisə üçün bildirmək olar ki, AES-larında bu maddələr eyni gücdə olan İES-lərə
nisbətən orta hesabla 2-4 dəfə azdır.
Cə
dvə
l 1.2.3
İ
stifadə
olunan yanacaqdan asılı olaraq elektrik stansiyalarının ə
traf mühitə
tə
siri
Yanacaq
Zə
rə
rli tullantılar
Ə
traf mühitə
tə
sir
İ
qtisadi ziyan
(şə
rti vahid)
Daş kömür, mazut
Kükürd
iki
oksid,
karbon qazı, benzopirin
Turşulu yağışlar, parnik effekti 5 Mt
Təbii qaz
Azot 2 oksid, karbon
qazı
Çirklənmə,
yanmış
məhsulların,
istehsalın
və
yanacağın
nəqlinin təsirindən
ekosistemin deqradasiyası
1,5 Mt
Nüvə yanacağı
Radioaktivlər
Təyin olunmuş normaya və
təbii
fona
nisbətən
radioaktivlik aşağıdır
1,0 Mt
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Az öncə AES-larının ekoloji “təhlükəsizliyindən” söz açılarkən, bu məsələnin
qəfil və dağıdıcı gücə sahib olması barədə qeyd olunmuşdu. 1986-cı ilin mayına
qədər dünyada işləyən 400 atom elektrobloku 17%-dən artıq elektrik enerjisi verərək,
31
radioaktivlik fonunu 0,02%-dən çox artırmamışdır. Çernobıl faciəsinə qədər keçmiş
SSRİ ərazisində AES-lər də digər istehsal sahələrinə nisbətən olduqca az istehsalat
travması baş vermişdir [8]. Faciəyə qədər 30 il ərzində
qeyri-radiasiya səbəbindən
qəzalar nəticəsində cəmi 17 adam tələf olmuşdur. 1986-cı ildən sonra isə haqlı olaraq
AES-lərəsas ekoloji təhlükəyə səbəb olması qəza ilə əlaqələndirilir. Hərçənd hal-
hazırda yeni texnoloji inkişaf ərəfəsində AES-lərdə qəza hadisəsinin baş vermə
ehtimalı çox aşağıdır, lakin o, istisna deyildir. Bu çərçivədə Çernobıl AES-in 4-cü
blokunda baş vermiş dəhşətli faciə ən böyük qəza sayılır.
Çernobıl AES-dəki qəza nəticəsində dəyən zərər olduqca irimiqyaslıdır. Bu
ekologiyaya və ətrafda yaşayan insanların həyatına faciəli şəkildə təsir etmiş, bir sıra
ş
üa xəstəliklərinin yaranmasına səbəb oldu ki, bunun
izləri illər keçsə də özünü
göstərməkdə davam edir. Qəza zamanı təxminən 2 min kilometr radiusunda ərazi
radioaktiv çirklənməyə məruz qalmışdır və bu 20-dən artıq ölkəni əhatə
etmişdir.Keçmiş SSRİ-nin11 vilayəti zərər görmüşdür ki, orada da 17
mln əhali
yaşayırdı. Ümumilikdə çirklənməyə məruz qalmış ərazinin sahəsi 8 mln ha və ya
800000 km2-dən artıq olmuşdur. Bu dəhşətli hadisədə 31 adam ölmüş, 200 nəfərdən
çox insan təhlükəli radiasiya dozası almışlar ki, bu da nəticədə şüa xəstəliyinə gətirib
çıxarmışdır. Fəlakətdən dərhal sonra 115 min adam daha təhlükəli zonadan (30 km-
lik) köçürülməsi təşkil edilmişdir. Rəsmi məlumatlara əsasən hadisədən sonra da
ölənl, yaralanan və köçürülənlərin sayı artmışdır. Və daha dəhşətlisi də budur ki,
külək vasitəsilə radioaktiv maddələrin yayılması baş vermiş, yanğınlar, nəqliyyat və
s. vasitəsilə çirklənmə sahəsi daha da genişlənmişdir. Qəzanın və yaratmış
olduğu
ağır xəstəliklərin nəticələri neçə-neçə nəsillərin həyatında təsirini göstərmişdir və
göstərməkdədir.Bu qəza bir sıra ölkələr üçün təbil çalmış və nəticədə, faciədən dərhal
sonra bir neçə ölkələrdə cəmiyyətin təkidi nəticəsində AES-lərin tikilməsi proqramı
müvəqqəti olaraq dayandırılmışdır, lakin həmin ərəfədə də 34 ölkə üzrə atom
energetikası inkişaf yolunu davam etdirdi. 1990-cı ildə 10 yeni AES elektrik
şə
bəkəsinə qoşulmaqla istifadəyə verildi. 2000-ci ilin sonunun məlumatına əsasən isə
32
dünyada istifadədə olan AES-lərin 436 bloku mövcuddur. Bütün təhlükələrə rəğmən
AES-lərin tikintisi hazırda da davam etdirilməkdədir.
Ümumilikdə fəaliyyət göstərən AES-lər dünya enerji istehsalının 17%-ni təşkil
etməkdədir.
Orta hesabla götürsək, dünya üzrə bütün elektrik enerjisinin 50%-ni
təkcə Qərbi Avropadakı AES-lər istehsal edir. Müqayisə üçün qeyd edək ki, əgər
hazırda fəaliyyə göstərən bütün AES-ları İES-ları ilə əvəzlənərsə, dünya
iqtisadiyyatına, bütün planetimizə və ayrılıqda hər bir fərdəbərpası
qeyri- mümkün
olan zərər yetirilərdi. Bu nəticə həm də ona əsaslanır ki, AES-lardan əldə olunan
enerji eyni zamanda Yerin atmosferə illik olaraq İES vasitəsilə üzvi yanacağın
yandırılmasından alınan 2200 mln ton karbon qazının, 90 mln ton kükürd-2-oksidin
və 40 mln ton azot oksidinin buraxılmasının qarşısını alır.
Bundan başqa, üzvi maddələr (daş kömür, neft) yandırılarkən atmosferə
tərkibində əsasən yarımparçalanma dövrü 1600 ilə qədər davam edən radium
izotopları olan çoxlu miqdarda radioaktiv maddələr atılır [8].
Bu səbəbdən, adətən,
AES-lərin tikinti işləri iri şəhərlərdən və yaşayış məntəqələrindənminimum 30-35 km
aralı məsafədə aparılmalıdır. Bu stansiyaların tikinti sahəsi havası yenilənən
(təmizlənən), daşqın suları çatmayansahələrdə seçilməlidir. AES-lərin ətrafında
ə
halinin yaşamasını qadağan edən qoruyucu zona ayrılır. Qlobal yanacaq-energetika
problemlərin tədqiqatlarına əsaslananbir çox yüksək nüfuzlu beynəlxalq təşkilatlar
dünya atom energetikasının inkişaf imkanlarını dəyərləndirərkən 2010-2020-ci
illərdən sonra ümumdünya səviyyəsində AES-lərin tikintisinin
genişləndirilməsinə
tələbin bir daha artmasını proqnoz edilir.