Microsoft Word H?s?nov Orxan 2254. docx



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə2/22
tarix22.10.2022
ölçüsü0,69 Mb.
#65883
1   2   3   4   5   6   7   8   9   ...   22
H s nov-Orxan 2254

Mövzunun aktuallığı: Tarixən ölkəmizin yanacaq-enerji sərvətləri onun 
həyatının bütün sahələrinə çox yaxından sirayət etmiş və öz təsir qüvvəsini bu gün də 
göstərməkdədir.İstər respublika, istərsə də dünya səviyyədə heç də həmişə bir 
istiqamətli olmayan bu təsir Azərbaycan iqtisadiyyatının, infrastrukturunun 
yaradılması, ölkə idarəçiliyi və inkişafın sosial-iqtisadi rifahına mühüm tövhələr 
verməklə bərabər, ətraf mühitə də mənfi təsirsiz ötüşməyərək ekoloji problemlərin 
kəskinləşməsinə və bunun əhalinin sosial-ictimai həyatında təzahürünə gətirib 
çıxarmışdır. Neft və qaz sektorunun inkişafı respublikanı dünya səviyyəsində tanıtsa 
da, iqtisadi sıçrayışa səbəb olsa da, böyük inkişaf tendensiyası ilə yanaşı bir sıra 
ekoloji problemlər, daha dəqiq desək ciddi ekoloji böhran yaradır. Yanacaq-enerji 
kompleksinin inkişafıölkə əhalisinin enerji daşıyıcılarına və elektrik enerjisinə olan 
tələbatını ödəməklə yanaşı, respublika əhalisinin rifahına xidmət etməlidir. Bu 
məqsədə xidmət edən yanacaq-enerji kompleksində və ümumilikdə ekoloji 
təhlükəsizlik qaydalarına riayət olunmalıdır. Və sözsüz ki, ölkənin iqtisadi inkişafı və 
ə
halinin daim yüksələn yaşayış rifahı bundan asılıdır. 
Bu gün də müstəqil respublikamızın dövlət siyasətinin həm uğurlu, həm də 
həlledici istiqamətlərindən birinə çevrilmiş energetika sənayesinin inkişafı neftdən 
xalqın, dövlətin mənafeyinə yüksək ideyalarla xidmət etməyin real əlverişli yoludur.
Xüsusilə geridə qoyduğumuz ildə neftin qiymətinin kəskin şəkildə enərək 
psixoloji həddi keçməsi və bununla əlaqəli 2015-ci ilin fevral və dekabr aylarında 
milli valyutanın devalvasiya uğraması, ümumilikdə ölkədəki sosial iqtisadi vəziyyəti 
xeyli çətinləşdirməklə yanaşı, təbii resurslardan asılı olan bir istiqamətli iqdisadi 
inkişafın riskli gedişat olduğunu bir daha isbatladı. Məhz buna görə də 
iqtisadiyyatımız aparıcı sahəsi neft sənayesinin və bütünlükdə Yanacaq Energetika 
Kompleksinin (YEK) müasir vəziyyətinin təhlili, onun inkişafına təsir edən amillərin, 



meyllərin müəyyən olunması müasir Azərbaycan elmində vacib və aktual vəzifə kimi 
qarşıda durur.
Təbii sərvətlərlə zəngin olan ölkəmizin nefq-qaz resursları davamlı iqtisadi 
inkişafın formalaşmasında böyük əhəmiyyət kəsb etsə də, onun davamlı, 
uzunmüddətli və dayanıqlı olmasını vəd etmir. Yanacaq-enerji resurslarının hasilatı, 
istehsalı və ticarəti ölkəyə küllü miqdarda vəsait və investisiyalar cəlb etməklə yanaşı 
onu dünya birliyində müəyyən nüfuza malik söz sahibi kimi də formalaşdırır. Lakin, 
unutmamalıyıq ki, sadaladığımız faktorlar təbii resurslar əsasında qurulmuşdur və bu 
təbii resurs hansı yanacaq-enerji mənbəsi olmasından asılı olmayaraq dünya 
bazarında bir məhsuldan başqa bir şey deyildir. Və qloballaşdan dünyada bu 
məhsulun qiyməti tələb və təklif faktorları əsasında formalaşır ki, bu da yanacaq 
enerji resursları ilə zəngin və iqtisadiyyatının əksər hissəsini bu resurslara bağlı 
şə
kildə inkişaf etdirmiş ölkə üçün, o cümlədən Azərbaycan üçün olduqca risklidir.
Məsələnin ikinci tərəfi həmin yanacaq resurslarından hasil olunan enerjinin 
baha başa gəlməsi və ətraf mühitə vurduğu neqativ təsirlə əlaqəlidir ki, bu xüsusiyyət 
bərpa olunan enerji mənbələrindən istifadə zamanı özünü göstərmir. Dünya 
praktikasına diqqət etsək, qeyd edilən təcrübədən yararlanan və istər iqtisadi istərsə 
də ekoloji cəhətdən yüksək nəticələr əldə etməklə alternativ enerji resurslarından 
bəhrələnən ölkələr heç də bu resurslarla coğrafi baxımdan ən zəngin olan ölkələr 
siyahısında deyil, elmi texniki tərəqqi və texnoloji cəhətdən inkişafın yüksək pilləsinə 
qədəm qoymuş ölkələr cərgəsindədir.

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin