15
Qrafik 1.1.5
Ölkə
lə
r üzrə
külə
k və
günəş
enerjisinin istehsalatda faizlə
payı (2014)
Mənbə: Dünya Enerji Statistikası saytı: yearbook.enerdata.net
Qrafik 1.1.5-ə baxsaq, alternativ enerji resurslarından
istifadə üzrə fərqlənən
ölkələrin dünya ölkələri ilə müqayisədə bu enerji mənbələri
ilə o qədər də zəngin
olmamaları nəticəsinə gəlmək olar. Lakin, bununla belə bu ölkələrdə külək və günəş
enerjisinin istehsalının bu həcmdə olması həmin
ölkələrin müvafiq texnoloji
yeniliklərdən istifadə etməklə düzgün strateji baxışa sahib olduqlarını sübut edir.
Enerji istehsalının artmasının başlıca faktoru əhalinin sayının çoxalması və
həyat keyfiyyətinin tərəqqisi olub adambaşına istifadə olunan enerjinin miqdarı ilə
sıx bağlıdır. Hazırda Yer əhalisinin hər bir sakininə gündə 2 kVt-a yaxın enerji düşür.
Halbuki, insanın həyat keyfiyyət norması 10 kVt saat gücü ilə səciyyələnir. Buna isə
bəzi inkişaf etmiş ölkələr nail olmuşlar. Sənayesi inkişaf
etmiş ölkələrdə əhalinin
16
adambaşına istifadə etdiyi elektrik enerjisi inkişaf etməkdə olan ölkələrlə müqayisədə
14 dəfə artıqdır [8].
Son 20 ildə ətrafımızdakı dünya olduqca dəyişmişdir və bütünlüklə texnologiya
iqtisadi və sosial inkişafın əsas aparıcı silahına çevrilmişdir. İnformasiya
texnologiyalarının bütün dünya üzrə sürətli inkişafı
cəmiyyətin düşüncə tərzini
dəyişməklə yanaşı onun fəaliyyət istiqamətini də dəyişmişdir. Bütün texnologiyanın
elektrik enerjisi üzərindən işləməsi dünya iqtisadiyyatında enerji mənbələrinin payını
bir daha qabardır və Cəmi Enerji Təklifindən daha sürətlə artırır (ƏET).
Dostları ilə paylaş: