11
Qrafik 1.1. 2
2014-cü il, dünya ölkə
lə
ri üzrə
enerji istehlakı (Mtoe)
Mənbə: Dünya Enerji Statistikası saytı: yearbook.enerdata.net
Enerji istehlakı sahəsində isə əsasən əhali say çoxluğu
ilə fərqlənən ölkələr
seçilir ki, bu da təbiidir. Ümumilikdə enerji istehlakı həcminə görə enerji
istehsalından yüksəkdir ki, bu da dünya çərçivəsində yanacaq enerji komplekslərinin
inkişaf əhəmiyyətini bir daha qabardır.
Beynəlxalq Enerji Statistikasının açıqlamasına əsasən dünyada neft istehlakı
regionlar üzrə isə aşağıdakı kimi paylanmışdır:
12
Qrafik 1.1.3
Dünya regionları üzrə
cə
mi neft istehlakı bölgüsü (günə
min barrel)
Mənbə: Dünya Bankının saytı: www.data.worldbank.org
Qrafik 1.1.3-dən göründüyü kimi region kimi liderliyi Asiya və Okeaniya etsə
də, Şimali Amerika qitəsi neft istehlakında xüsusilə fərqlənir ki, bu da ümumi dünya
payının 26 faizini təşkil edir.
Planetimizdəki enerji mənbələrini iki böyük qrupa bölmək olar: bərpa olunan
və bərpa olunmayan enerji mənbələri. Bərpa olunanlara
Yerin biosferində fasiləsiz
fəaliyyət göstərən bütün enerji növləri daxildir. Bunlara günəş,
külək enerjisi,
13
okeanın enerjisi və çayların hidroenerjisi daxildir ki, tədqiqatın
növbəti
mərhələlərində onlar barədə geniş söz açılacaq.
Bərpa olunmayan enerji mənbələri dedikdə neft, qaz, torf, daş kömür və s. tipli
qazıntı yanacaq növləri, o cümlədən nüvə və nüvəistilik enerjisi başa düşülür. Bu cür
enerji resursları mövcud olduğu ətraf mühitin əlavə, yəni bu resursların
istifadəsi
nəticəsində istiləşməsinə səbəb olur. Beləliklə, bu növ istilik
əlavə olunmuş istilik
adlandırılır və bəzi hallarda onların istismarından ayrılan enerji Günəş tərəfindən
planetimizi qızdıran təbii enerjiyə əlavə olunur ki, bu da planetimizin əlavə qızmasına
səbəb olur. Bu isə ekoloji tarazlığa çox mənfi təsir göstərir.
Bundan fərqli olaraq,
bərpa olunun enerji mənbələrindən istifadə edildikdə bu enerji planetin əlavə qızması
ilə nəticələnmir. Biosferin orta temperatunun 10°Cqızması Yerin iqlimində, həmçinin
heyvanat və bitki aləmində qlobal fəlakətlərlə nəticələnə bilər [8].
Bərpa olunan enerji mənbələrindən dünyada istifadə təcrübəsi də olduqca geniş
və effektlidir.
Bərpa olunan enerji ehtiyatlarından istifadə - Qlobal Enerji Statistikası
mənbəyinə əsasən verilmiş qrafikdə bərpa olunan enerji istehsalının nəticələrini görə
bilərik:
Dostları ilə paylaş: