Microsoft Word H?s?nov Orxan 2254. docx



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə12/22
tarix22.10.2022
ölçüsü0,69 Mb.
#65883
1   ...   8   9   10   11   12   13   14   15   ...   22
H s nov-Orxan 2254

II FƏSİL. ENERGETKANIN İQTİSADİYYATI VƏ 
STİMULLAŞDIRILMASI 
 
2.1
Azərbaycanın YEK-nin inkişafının iqtisadi problemləri 
 
Azərbaycanda neft sənayesinin inkişafını, neft ehtiyatının istifadəsini, 
mənimsənilməsini, xüsusiyyətlərini ayrıd etmək üçün onlara üç mühüm tarixi dövr 
aralığında nəzər salmaq lazımdır:
1. Azərbaycan Respublikasında Sovet hakimiyyətinin qurulduğu zamana 
(1869-1920-ci illər) qədərki dövr;
2. Azərbaycanda Sovet hakimiyyəti ərəfəsi (1920-1991-ci illər);
3. Azərbaycan Respublikasınınöz müstəqilliyinə qovuşduğu dövr, xüsusilə 
1994-cü ildən sonrakı dövr.
Birinci mərhələ neft sənayesinin primitiv əl əməyi ilə mənimsənilməsini, 
istehsalın cüzi hasilatı ilə səciyyələnən dövrü əhatə edir.Ümumiyyətlə, neftin 
insanlara hələ çox qədim zdövrlərdən məlum olmağına rəğmən, sənaye üsulu ilə 
neftin istehsalına xeyli sonralar başlanılmışdır. Neftin əldə edilməsi Azərbaycanda 
XIX əsrin əvvəllərində əsasən əl olə qazılan quyular vasitəsilə çıxarılırdı. Qeyd 
olunan tarixi aralıqda, neft sənayesinin inkişafı sistemsiz bir səciyyəyə malik idi, 
yəni qazıntı işlərinin harada aparılması hansı yataqda çox neftin aşkar edilməsindən 
asılı idi.
Lakin, 1869-cu ildən başlayaraq Azərbaycanda neftin quyulardan əl ilə deyil, 
mexaniki üsulla sənaye miqyasında çıxarılması təşkil edilmişdir. Məhz həmin 
dövrdən başlayaraq Abşeron yarımadasında bir sıra neft yataqları açılmışdır.
Bakı neft ayırma sənayesində müxtəlif dövrlər ərzində müxtəlif uğurlara imza 
atılmışdır, lakin onların ən önəmlilərindən biri istehsal olunan kerasinin xarici 
bazarlaraa satışının təşkil olunması olmuşdur. Bu tarixi hadisə 1883-cü ilə təsadüf 
etmişdirr. Hətta o dövrdə, Bakı kerasininin bazarda əsas rəqibi olan Amerika kerasini 
Rusiya 
bazarından 
rəqabətə 
tab 
gətirməmiş 
və 
nəticədə 
sıxışdırılıb 


34
çıxarılmışdır.Bunun ardınca, yəni 1897-ci ildə Bakıdan Batumiyə birbaşa neft kəməri 
inşa edilmişdir və bu kəmər vasitəsilə yalnız ağ neft ixrac olunmuşdur.
XIX əsrin sonu və XX əsrin əvvəllərində Bakı buxtası qara qızılı sayəsində 
dünyanın ən böyük biznes mərkəzlərindən birinə çevrilmişdir. Bu dövrdə neft 
sayəsində ölkəmizə investisiya axını başlamışdır, nəticədəBakı neftinin Qərbi 
Avropaya da ixracı başlanmışdır ki, bu da xarici neft şirkətlərinin Azərbaycana gəlişi 
sayəsində baş vermişdir. Neft həmin ərəfədə əsasənTürkiyə, Misir, İngiltərə, 
Almaniya, İtaliya, Bolqarıstan, Belçika, Fransa, Hollandiya kimi ölkələrə 
daşınmışdır. Bu dövrdə neft daşınmasında tranzit zamanı əsas vasitə kimi dəmir 
yolu, dəniz limanları və boru kəmərləri çıxış edirdi.
XX əsrin əvvəllərində yəni, 1901-ci ildə Bakı nefti bütün dünyada həmin 
ə
rəfədə hasil olunan neftin 50%-dən çoxunu təşkil edirdi. Bu dövrdə Azərbaycanda 
çıxarılan neftin miqdarı 11,5 mln. ton olmuşdur. Lakin qısa müddətdən sonra, yəni
1902-ci ildən başlayaraq neft istehsalı azalmağa başlamışdır. Bu proses 1918-ci ilə 
qədər davam etmişdir. Başqa sözlə desək bu proses Bakı neft sənayesinin müstəqillik 
ə
ldə etməsinə qədər davam etmişdir.
1913-cü ildə ümumi faydalı neft istehsalı 463 mln. puda, 1915-ci ildə 422 mln. 
puda, 1918-ci ildə 178 mln. puda düşür. Yazılı mənbələrdə ümumi neft istehsalı 
verilir. 1913-cü ildə 7,7 mln. ton, 1915-ci ildə 7,4 mln ton, 1918-ci ildə isə 2,9 mln 
ton olmuşdur [10].
Bu ərəfədə mexaniki qazma sahəsi də inkişaf etməkdə idi və bu inkişaf neft 
hasilatının artmasına səbəb olmaqla bərabər neft sənayesinin infrasturkturunun da 
inkişaf etməsi ilə nəticələnmişdir. 1920-ci ilədək davam edən bu dövr Azərbaycan 
neft sənayesi tarixində neft hasilatı baxımından yüksəliş dövrü olaraq yadda 
qalmışdır ki, həmin ərəfədə illik neft hasilatı 7-8 mln. tona bərabər olmuşdur.
1920-ci ildən başlayaraq neft sənayesində əsaslı dəyişikliklər baş verdi. Belə 
ki, həmin ildə baş vermiş inqilabın səbəb olduğu ixtişaşlar nəticəsində neft mədənləri 
dağıdılmış və bununla da hasil olunan neft miqdarı isə azalaraq 3 mln. tona 
bərabərolmuşdur. 1940-1945-ci illərdə baş verən neft hasilatı ölkədə neft 


35
istehsalınınən yüksək dirçəliş dövrü hesab olunur. Buna səbəb, müharibə ərəfəsində 
ə
ldə edilmiş neft hasilatı 22-23,5 mln. ton olmasıdır ki, bunun da səbəbləri 
məlumdur.
Lakin neft hasilatındakı bu artım müharibənin bitməsinə qədər davam etmiş, 
müharibə sonrası illərdə isə azalan templə aşağı enməyə başlamışdır. Belə ki, ölkədə 
neft hasilatı,1946-cı ildə 12,0 mln. ton, 1960-cı ildə 5,7 mln. ton, 1975-ci ildə 9,8 
mln. tona, 19851990-cı illərdə stabilləşərək 13,0 mln. tona, 1996-cı ildə isə 9,1 mln. 
tona enmişdir [10]. Azərbaycanın neft və qaz sənayesinin inkişafı istiqamətini 
yeniləyərək xalq təsərrüfatı tələblərinə uyğun həyata keçirilmiş və artıq yalnız daxili 
tələbatın ödənilməsinə yönəldildiyi səbəbindən neft ehtiyatının mənimsənilməsi 
qeyri-stabil xarakter daşımağa başlamışdır. Zəngin neft ehtiyatlarına malik olmasına 
rəğmən, yalnız daxili tələbata istiqamətləndiyindən, XX əsrin 70-80-ci illərində 
Azərbaycanda neft hasilatının tempi sürətlə aşağı düşməyə başlamışdır. Bunu digər 
səbəbi isə, Azərbaycanın istər quru ərazisində, istərsə də Xəzərin dayaz hissələrində 
istismar olunan iri neft yataqların artıq tükənmək üzrə olması, yeni yataqların isə hələ 
ki, istismara verilməməsi ilə əlaqədar idi.
Kəşf olunmuş yeni yataqlar 70-80-ci illərdə aşkarlanmışdır, lakin buna 
baxmayaraq hələ də istismara verilmirdi. Buna səbəbonlarınXəzərin daha dərin 
yerlərində və daha dərin qatlarında yerləşməsi idi ki, bu da nəticə etibarı ilə neftin 
istismarını daha çox xərc tələb edən sahəyə çevirir və çıxarılan neftin baha başa 
gəlməsinə səbəb olurdu.
Azərbaycan, müstəqilliyini yenidən bərqərar etdikdən sonra qarşısında duran 
ilk vəzifə zəngin neft ehtiyatlarından səmərəli istifadə edilməsi məsələsi idi. Çünki 
respublikamızın dünya bazarında layiqli yer tutması, neft ixrac edən ölkələr sırasına 
qoşulması, daxili və xarici tələbata tam cavab verə bilmə səviyyəsinə ucalması və hər 
ş
eydən əvvəl, ölkəmizdə neft və qazçıxarma sənayesinin inkişaf istiqamətinə 
üstünlük verilməsindən çox asılıdır.
Neft sərvəti ilə zəngin olması və ondan qazanılan böyük gəlirlər ölkədə iqtisadi 
inkişafı, sabitliyi təmin etməklə iqtisadiyyatı tənəzzüldən çıxara biləcək başlıca 


36
vasitədir. Lakin, əfsus ki, Azərbaycan həmin ərəfədə öz gücü ilə neft yataqlarını 
istismar etmək imkanına malik deyildi. Buna səbəb, ölkənin neft sənayesində istifadə 
olunan texnika və texnoloji avadanlıqların köhnəlməsi və müasir tələblərə cavab 
verməməsi idi. Bundan başqa, neft hasilatı sahəsində müasir texnika və 
texnologiyaya sahib olmaması, Xəzərdə qazma işləri aparmaq üçün lazımi 
hidrotexniki qurğulara təmin olunmaması əsas probləmlərdən biri idi.Əlavə olaraq, 
neft yataqlarının işlədilməsi və istifadəsi isəiri həcmli investisiya tələb edirdi. Lakin 
həmin dövrdə respublika bunu qarşılayacaq maliyyə resurslarına malik deyildi. Və bu 
səbəbdən, sadalanan iqtisadi problemləri həll etməyin ən real və optimal yolu xarici 
ş
irkətləri və investisiyaları neft hasilatına cəlb etmək idi.
Azərbaycan öz zəngin neft ehtiyatlarının istismarına dünya üzrə nəhəng neft 
ş
irkətlərinin cəlb edilməsi ilə başladı və bu iqtisadi amillər uğurun əldə olunmasında 
mühüm rol oynayırdı.Nüfuzlu xarici ölkə şirkətləri və investorları ilə bağlanan 
müqavilələr daha sonra Azərbaycan neft sənayesinin 150 ildən artıq inkişaf dövründə 
yeni bir səhifənin, olduqca mühüm dönüş nöqtəsininin açılmasına səbəb olmuşdur.
Buna səbəb, məhz həmin dövrdən başlayaraq Azərbaycanın neft və qaz sənayesinin 
beynəlxalq sistemə qoşulması olmuşdur.
Azərbaycanın hansı həcmdə ehtiyata malik olması onun neft siyasətini 
müəyyən edən ən mühüm amil hesab edilir. Bu amil mümkün olan investisiya 
qoyuluşunun həcmini müəyyənləşdirən göstəricidir. Bir sıraekspertlərin gəldiyi 
qənaətə görə, bütün köhnə laylar və dərin yataqlar nəzərə alınmaqla, Xəzər dənizinin 
Azərbaycan sektorundakı ümumi neft həcmini 20 mlrd. ton olaraq qiymətləndirmək 
olar. Bunun emalı isə böyük xərc tələb edir.Belə ki, dünya neft ölkələrinin təcrübəsi 
sübut edir ki, dəniz şəraitində 40 mln. ton nefti hasil etmək üçün hər 5 ildən bir 
kəşfiyyat işlərinin aparılmasına gərək var və bu proses 300 milyon dollar investisiya 
tələb edir. Ümumiyyətlə qazma işləri çox böyük investisiya qarşılığında başa gəlir.
Müasir dövrkü yanacaq-enreji komplekslərinin inkişafı əsasən Xəzər dənizinin
Azərbaycana məxsus olan sektorundakı neft və qaz yataqlarının mənimsənilməsinə 
ə
saslanır. Bütün bunların yerinə yetirilməsində isə əsas rolu xarici neft şirkətləri 


37
oynayırlar. Bu istiqamətdə ən böyük iş 1994-cü ilin sentyabrında «Hasilatın pay 
bölgüsü» tipli «Əsrin müqaviləsi» müqavilə imzalanması oldu ki, bu da özündə 
“Günəşli” yatağının və “Azəri-Çıraq” yataqlarının təqribən 200 metrdən dərin dərin 
su qatlarında yerləşən hissəsinin işlənilməsi üçün dünyaca məşhur neft şirkətlərinin 
cəlb edilməsini özündə birləşdirirdi. Bağlanmış müqavilənin şərtlərinə əsaslanaraq 
vurğulamaq olar ki, həmin yataqların neft ehtiyatı 511 mln. ton, qaz ehtiyatı isə 200 
mlrd. m3 həcmində qiymətləndirilir. Yataq üçün işlək müddət isə 30 il kimi 
dəyərləndirilir. Bu yataqların işlənməsi üçün 7,5 mlrd. ABŞ dolları həcmində 
investisiya yatırımı edilmişdir.
Xarici neft şirkətləri ilə əməkdaşlığın dərinləşməsi və genişlənməsi 
nəticəsində, SOCAR-ə qısa zaman ərzində Xəzər dənizinin Azərbaycan sektorunda 
yüksək perspektivli strukturların kəşfiyyatı və istismarı barədə yeni müqavilələr 
imzaladı. Bu müqavilələr 26 nüfuzlu neft şirkətləri tərəfindən imzalandı ki, onlar 
dadünyanın 15 ölkəsini təmsil edir. Bu proseslər ölkəmizdə neft sənayesinin daha da 
inkişaf etməsinəzəmin yatratdı.
1995-1997-ci illərdə respublikamızda xam neft hasilatının həcmi təxminən 
dəyişkən olmadan 9 mln. ton təşkil etmişdir.1999-ci ildə hasil edilən 11,4 mln. ton 
neftin 99,05 mln. tonu, 1998-ci ildə 13, 8 mln. ton neftin 8,99 mln. tonu, 2000-ci ildə 
isə 15,7 mln. ton neftin 9, 01 mln. tonu SOCAR-ın qalan hissəsi isə uyğun olaraq
2,35 mln. ton; 4,81 mln. ton; 4,90 mln. ton və 6,66 mln. tonu isə Azərbaycan 
Beynəlxalq Əməliyyat Şirkəti sistemində çıxarılmışdır [10].
Aydın olduğu kimi, SOCAR-dakı köhnə yataqlarda yaxın perspektivdə hasilat 
artımının reallaşdırılması ehtimalı şübhə doğurur. SOCAR üzrə aparılan araşdırmalar 
isə sübut üdir ki, orada əsas fondların dəyəri 2002-ci ilin əvvəlinə 16191, 5 mlrd. 
manat işçilərin orta siyahı sayı 65 min nəfər; neft hasilatının həcmi 9,0 mln. ton; qaz 
hasilatı 5546, 5 mln. ton m3; neft quyularının istismar fondu 10,4 min ədəd, o 
cümlədən işlək fond 6,8 min ədədneft quyularının orta günlük hasilatı 3,8 ton, o 
cümlədən köhnə quyularda 3,8 ton yeni quyularda 10, 4 ton təşkil edir. 1995-1999-cu 
illər ərzində SOCAR-ın neftqazçıxarma müəssisələrində neft hasilatının həcmi 


38
azalmışdır. 
Neft 
hasilatının 
aşağı 
düşməsi 
ə
sasən 
“Binəqədineft”, 
“Suraxanıneft”,“Siyəzənneft” və H.C. Tağıyev adına Neft və Qazçıxartma 
İ
darələrində hasilatın həcmi “Neft-Daşları”, “Qum adası”, N.Nərimanov adına, 
“Bulladəniz”Neft və Qazçıxartma İdarələrində daha çox müşahidə edilir [10].
2000-2001-ci illərdə neft hasilatı əsasən dəyişməz qalmışdır. Ümumi çıxarılan 
neftin 82,3% dənizdə neftqazçıxarma idarələrinin, 17,7%-i isə qurudakı 14 Neft və 
Qazçıxartma İdarələrinin payına düşür. İl ərzində dənizdə fəaliyyət göstərən 143 
quyu hidrotexniki qurğuların olmasına görə, 534 quyu – vurucuların, 201 quyu 
nəzarətedici, 130 quyu isə yuyucu sistemlərin olmaması səbəbindən fəaliyyətlərini 
dayandırmışdır. Həmin dövrdə 23524 quyu istismardan sonra uyğun olaraq 3735 
quyu və 3139 quyu qazmadan ləğv olunmuşlar. Təkcə 2001-ci il ərzində laylara süni 
təsir metodlarının tətbiqi nəticəsində hasil olunan neftin miqdarı 835, 4 min ton təşkil 
etmişdir ki, onun da 75 min tonu fiziki – kimyəvi və termik metodların təsiri 
nəticəsində çıxarılmışdır. Texniki çatışmamazılqlar və boru sistemlərində mövcud 
olan nöqsanlar üzündən 2000-ci ildə şirkət üzrə atmosferə atılan tullantıların miqdarı 
211, 6 min ton, 2001-ci ildə isə 189,2 min ton, dənizə atılan çirkab suların miqdarı isə 
uyğun olaraq 28, 6 və 28, 3 mln m3 təşkil etmişdir [10].
1995-2001-ci illər ərzində “Neft Daşları”Neft və Qazçıxartma İdarələrində neft 
quyularının orta günlük hasilatı 4,7 ton/gündən 5,5 ton/günə, “Qum adası”Neft və 
Qazçıxartma İdarələrinində 3,8 ton/gündən – 8,1 ton/ günə çatdığı halda; “28 
may”Neft və Qazçıxartma İdarələrində gündəlik hasilat 102,9 ton/gündən- 92,9 
ton/günə; “Bulla dəniz”Neft və Qazçıxartma İdarələrinində 20,6 ton/gündən 10,2 
ton/günədək azalmışdır [10].
Son illərdə neft hasilatı tempini sabit saxlamağa imkan verməyən səbəb kimi 
ə
sasən digər dəniz neft və qaz yataqlarında maddi texniki təchizatın səviyyəsinin 
aşağı olması, avadanlıqların olduqca köhnə olması, onların təmiri üçün lazım olan 
ehtiyat hissələrinin çatışmazlığı, qazıma avadanlıqlarının olmaması çıxış edir. Bunu 
demək kifayətdir ki, hal hazırda texniki avadanlıqların qəza vəziyyətində olması 
səbəbindən 1999-cu il üzrə 13 quyu ləğv edilmişdir ki, bunların da 11-i geoloji


39
səbəblər üzündən, 2 quyu isə hidrotexniki qurğuların qəzalı olduğuna görə texniki 
səbəblər əsasında ləğv olunmuşdur.
Hazırda SOCAR üzrə 70-dən çox neft-qaz yatağından karbohidrogen hasil 
edilir ki, onların da 60%-dən çoxu Azərbaycanın quru və 20%-i isə dəniz ərazisinin 
payına düşür. İşlənmənin əvvəlindən 01.01.2015-ci il tarixinə kimi istismarda olmuş 
yataqlardan 1520,0 mln. ton neft (qaz kondensatı ilə birlikdə) və 500,2 mlrd m3 
qaz çıxarılmışdır. 2005-ci il ərzində SOCARtərəfindən istismar üçün təhvil verilən 
yeni quyuların sayı 109 ədəd, plana qarşı 114 ədəd, o cümlədən MM və ƏŞ-lər üzrə 
49 quyuya qarşı 38 quyu olmuşdur.
Son dövrlər aparılmış istismar qazıntı işlərinin nəticələrinin təhlili yeni
quyuların qazılaraq istismara verilməsinin yataqlar üzrə hasilatın sabitləşməsi və
artırılmasını şərtləndirən əsas göstəricilərdən biri olduğunu sübut edir. İstismar 
qazması hesabına işlək vəziyyətə gətirilməsi üçün obyektlərdə olan quyu şəbəkələri 
qismən bərpa edilməli, texniki səbəbdən sıradan çıxmış köhnə quyular yeniləri ilə 
ə
vəz olunmalı və yatağın lazımi texnoloji rejimdə istismarı üçün lazımi şərait 
yaradılmalıdır. Odur ki, gələcək prespektivdə əsas tədbirlərdən biri kimi istismar 
qazmasının həcminin artırılmasına böyük diqqət yetirilməsi məsələsi durur. 2006-cı il 
ə
rzində Şirkət üzrə su vurulan obyektlərdən 437,3 min ton, o cümlədən dəniz üzrə - 
121,1 min ton, quru üzrə - 316,2 min ton əlavə neft hasil edilmişdir [10].
“Azneft” İctimai BirliyininNeft və Qazçıxartma İdarələrini üzrə yataqların lay 
təzyiqlərinin düşməsinin qarşısının alınması məqsədi ilə laylara planlaşdırılam 4600 
min m3 əvəzinə 4100 min m3 su vurulmuş və 190 min ton plana qarşı 199 min ton 
ə
lavə neft hasil edilmişdir. Dəniz yataqlarında laylara süni təsir məqsədilə 1700 min 
m3-ə qarşı 1100 min m3 k2su vurulmuş, nəticədə qeyd edildiyi kimi 120 min ton 
ə
lavə neft hasil edilmişdir. Layların neft məhsuldarlığının artırılmasının digər üsulları 
vasitəsilə “Azneft” İctimai Birliyi üzrə 24 min ton plana qarşı 38 min ton, o cümlədən 
quruda 20 min ton, dənizdə 9 min ton əlavə neft hasil edilmişdir.
Dəniz yataqlarında neft və qazçıxarma proseslərinin həyata keçirilməsi 
məqsədi ilə müxtəlif obyektlər və laylar üzrə dinamik, statistik, və riyazi modellərdən 


40
istifadə olunması yolu ilə quyularda laydaxili emulsiyaların parçalanması, quyudibi 
zonalarda su sızıntısının qabağının alınması üçün deemulqatorların və kimyəvi 
maddələrin tətbiq olunması, laylara impulsla təsir üsulları, qaldırıcı borularda parafin 
çökməsinin qarşısının alınması məqsədilə səthi-aktiv maddələrin tətbiqi, qum 
tıxaclarının qabağının alınması məqsədilə boruarxası hissəyə xüsusi maddələrin 
vurulması və digər tədbirlərin görülməsi il boyu davam etdirilmişdir. “Azneft” 
İ
ctimai Birliyi geoloji tədbir planına qarşı 800-dən çox tədbir həyata keçirmişdir ki, 
bunlardan 90%-i səmərəli hesab olunur.
Keçirilən tədbirlər nəticəsi olaraq 270 min ton plan qarşılığındaı 590 min ton 
ə
lavə neft hasilatı aparılmışdır. 2015-cı ildə proqnozlaşdırılan 130000 m 
qarşılığında 150000 m ümumi qazma keçidi olmuşdur ki, bu da planlaşdırılandan 
9,5% və ya 3000 m çoxdur. Bundan başqa, istismar qazması üzrə proqnozdan 13000 
m çox, kəşfiyyat qazması üzrə-280 m az qazma keçidi olmuşdur. 2015-ci ildə
SOCAR (quruda fəaliyyət göstərən MM və ƏŞ-lər nəzərə alınmaqla) üzrə 9000
min ton, o cümlədən “Azneft”İctimai Birliyi üzrə 7800 min ton, MM və ƏŞ-lər 
üzrə 1200 min ton neft hasil olunmuşdur. SOCAR üzrə ümumi neft hasilatının 40%-i 
fontan, 39,9%-i qazlift , 20%-i dərinlik nasosu (ştanqlı və dalma) üsulları ilə 
reallaşdırılmışdır. SOCAR üzrə 2006-cı ildə hasil olunmuş neftin böyük faizi keçici 
fond quyuları hesabına, cüzi hissəs isə fəaliyyətsiz fond tərəfindən istismara 
qaytarılmış quyulardan, yalnız 4%-i isə yeni quyulardan alınmışdır. 2015-cı ildə 
Dövlət Neft Şirkəti üzrə 1500 min ton, o cümlədən MM və ƏŞ-lərin üzrə 650 min ton 
nekft ixraca nəql olunmuşdur. Neft hasilatı və təhvili planlarının artıqlaması ilə 
yerinə yetirilməsinə səbəb olmuş əsas tədbirlər SOCAR üzrə qazımadan faktiki 
olaraq 120 quyu istismara daxil edilməsi və 400 min ton neft hasil olunması faktıdır. 
Həmçinin, “Azneft” İctimai Birliyi üzrə 60 quyu istismara daxil edilərək 195 min ton 
neft hasil olunması proqnozlaşdırıldığı halda, faktiki olaraq istismara daxil edilmiş 
quyuların sayı 75olmuşdur və nəticədə 400 min tona yaxın neft hasil edilmişdir. 
Fəaliyyət göstərməyən fonddan 500-ə yaxın quyu istismara təhvil verilmiş və 75 min 
ton neft hasilatı əldə edilmişdir. Həmçinin, “Azneft” İctimai Birliyi üzrə təxminən 


41
220 quyu istismara daxil edilərək 47 min ton neft hasil edilməsinə nail 
olunmuşdur.Reallaşdırılmış6000-ə qədər geoloji-texniki tədbir hesabına 600 min ton 
ə
lavə neft çıxarılmışdır.“Günəşli” yatağının 9 və 20 saylı özüllərdə layihə üzrə 
nəzərdə tutulmuş quyuların hamısının qazılıb qurtarmasına rəğmən, əlavə layihə 
və tikinti-quraşdırma işləri aparılması yolu ilə 3 yeni quyunun qazılması üçün
texniki şərait formalaşdırılmışdır. 9 saylı özüldəki 230 saylı quyu gün ərzində 210 t 
qaz hasilatı ilə istismara daxil edilmiş, 76 və 230 saylı quyularda isə qazıma işləri 
davam etdirilmişdir. Bu proses, olduqca böyük həcmdə maliyyə vəsaiti hesabına 
yeni platforma tikmədən, mövcud platformalardan yeni quyular qazmağa şərait 
yaratmışdır,“Günəşli” yatağındakı özüllərdə qazlift sistemi üçün abadlaşdırılma 
tədbirləri aparılmışdır ki, bunun da nəticəsində yatağın işlənməsinin hazırkı dövründə 
mexaniki istismar üsulu ilə neft hasilatı prosesinin optimallaşdırılmasına səbəb 
olunmuşdr.“Günəşli” neft-qaz yatağındadayanıqlı elektrik təchizat sistemi 
yaradılmışdır, platformalar arasında zəruri kabel xətlərinin çəkilməsi prosesi 
tamamlanmış, özüllərdə yarımstansiyalar quraşdırılmışdır. Neft Daşları ərazisində 
tikilməkdə olan 2000-ə yaxın saylı özülün bir hissəsində zəruri təmir-tamamlama 
işləri yekunlaşmış və əvvəlcədən qazılmış bir neçə quyu mənimsənilib istismar üçün 
hazırlanmışdır. Həmin quyularda ümumi orta gündəlik neft hasilatının həcmi 350 
tondan yüksəkdir ki, bu da bir daha köhnə yataqların potensialından sərfəli istifadə 
olunmasını kifayət qədər perspektivli və düzgün yanaşma olduğunu göstərir. Pirallahı 
yatağında 1200 saylı özülün tikintisi yekunlaşdırılmışdır ki, bu da 15 sayda quyunun 
qazılması üçün nəzərdə tutulmuşdur.2015-ci ildə özüldə bir sıra işlər görülmüşdür ki, 
onlara da bir neçə quyu qaılması,bir neçə dəniz stasionar özülünün inşası, estakada 
boyunca meydançasınıntikintisi, 1800 m-ə qədər estakada təmir edilməsi, bəzi 
obyektlərdə isə yenidənqurma və təmir işlərinə start verilməsi aiddir. SOCAR (MM 
və ƏŞ-lər nəzərə alınmaqla) həmin il ərzində 4500 mln. m3 qaz hasil etmişdir və 
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən 2400 mln m3 qaz qəbul etmişdir. 
Ötən illərlə müqayisədə SOCAR üzrə qaz hasilatı, eləcə də Azərbaycan Beynəlxalq 
Ə
məliyyat Şirkətindən qaz qəbulu isə xeyli artmışdır. Bu artım, bir ili çıxmaq şərti 


42
ilə1982-ci ildən bu günədək SOCAR üzrə qaz hasilatında nail olunmuş ilk artım 
olmuşdur. Qaz hasilatı üzrə planlar hesabat ilinin bütün tarixləri ərzində artıqlaması 
ilə icra edilmişdir. 2015-cı ilin sonlarında orta günlük qaz hasilatı 15 mln m3-a 
bərabər olmuşdur ki, bu da ilin əvvəlindəki 11 mln m3 səviyyəsindən 35% artıqdır.
SOCARvasitəsilə qaz hasilatı və emalınınplanlaşdırılmış səviyyədən xeyli
artıq yerinə yetirilməsi üçün bir sıra önəmli tədbirlər proqramı işlənib 
reallaşdırılmışdır.“Azəri Çıraq Günəşli” yatağındakıqazın laylarla vurulma 
prosesinin başlanması səbəbindən“Çıraq” platformasından Neft Daşlarınagündəlik 
olaraq vurulan qaz həcminin 3 mln m3-dən 1 mln m3-ə 1 qədər aşağı düşməsinə 
görə“Günəşli” yatağının qaz yığımı və nəqli sistemindən, həmçinin mövcud 
qazkompressoru stansiyalarının cari potensialından maksimal dərəcədə optimal 
şə
kildə istifadə olunmasına imkan yaranmış və nəticədə əvvəllər atmosferə 
buraxılmış 1 mln m3/gün qazın yığılıb sahilə çıxardılmasına nail olunmuşdur.5 saylı 
özüldə kompressor stansiyası inşa edildikdən sonra və ümumi uzunluğu 11 km olan 8 
ə
dəd özüllər arası boru xətlərinin çəkilməsi yekunlaşmasından sonra yataq üzrə alçaq 
təzyiqli qazların tam yığımı və nəql olunması mümkün olacaqdır.“Günəşli” yatağının
5 saylı özülündən Neft Daşlarına istiqamətlənmiş boru xətləri10 km uzadılmış və 
nəticə etibarı ilə qazın nəql olunması üçün yenidən qurulmasından sonra, eyni xətt 
vasitəsilə gündə təqribən 3 mln m3-dən çox yüksək təzyiqli qaz Neft Daşlarına və 
oradan da sahilə nəql edilir. 
“Günəşli”platformasındakı qaz və neft yatarlarının yığımı, nəqli sisteminin 
təkmilləşdirilməsi mövcud quyular üzərində əlavə geoloji-texniki tədbirlərin 
aparılmasına şərait yaratmışdır.Qeyd olunan tədbirlərin nəticəsi olaraq onlarla quyu 
üzrə ümumi orta gündəlik qaz hasilatı yarım milyon m3-dən 3 milyon m3-ə qədər 
artırılmışdır.
Bundan başqa 420 və 430 saylı quyular qazılmadan sonra qaz obyektindən 
1mln.m3/gün ümumi qaz hasilatı ilə istismara daxil edilmişdir. Həyata keçirilən
bütün geoloji və texnoloji tədbirlər nəticəsində “Günəşli”platforması üzrə 2015-ci ilin 
aprel ayında orta gündəlik qaz hasilatı 7 milyon m3 olduğuna rəğmən, ilin sonunda 


43
12milyon m3-ə çatdırılmışdır. Gəmilər vasitəsilə Neft Daşlarında 1088-1200 saylı 
özüllər arası 10 km-lik sualtı qaz xəttinin çəkilməsi reallaşdırılmışdır. Bu xəttin 
istismara verilməsi ilə, bugünkü dövrdə hər gün boş-boşuna atmosferə atılmaqda olan 
100 min m3 qazın yığım-nəqli təmin edilməkdədir.“Qum adası”Neft və Qazçıxartma 
İ
darələrinidə 1 saylı, N. Nərimanov ad. Neft və Qazçıxartma İdarələrinidə isə 7 saylı 
qaz kompressor stansiyalarınıninşa edilməsi başa çatdırılmışdır.“Şah-dəniz” qazının 
qəbulu və “Azəriqaz” QSC-nə təhvil verilməsi üçün uzunluğu 5 km-ə yaxın layihə 
diametri 750 mm olan “Səngəçal Terminalı - Səngəçal Baş Qurğuları” qaz xəttinin 
işlənməsi dəSOCAR tərəfindən başa yekunlaşdırılmışdır. SOCAR üzrə 01.01.2015-
ci ildə istismar fondunda 10000-ə yaxın quyu olmuşdur. İstismar fondunun 30%-ni 
isə fəaliyyətsiz fond quyuları təşkil etmişdir.

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin