Məlahət Yusifqızı Qaramuradlı
Lənkərandadır
İlyas Tapdığın məşhur
“Gədəbəydədir” şeirinə nəzirə
Mənə də qulaq as, sevimli şair,
Eşqin göz bəbəyi Lənkərandadır.
Kimlər ki, sevilir, kimlər ki, sevir,
Arxası, kürəyi Lənkərandadır.
Xəzərdən meh əsər, sərindən-sərin,
Sinəmdən ah ötər dərindən-dərin,
“Mehrabı eşq olan uca göylərin
Talışdağ dirəyi Lənkərandadır.
Başımız üstündə çıraqdır Həzi,
Şöhrət zirvəsindən səsləyir bizi.
Əsgər oğulların bükülməz dizi,
Pəhləvan biləyi Lənkərandadır.
Áèáëèîãðàôèéà
165
Durna qatarından səpilir qubar,
Yadıma düşdükcə səbrim daralar;
Orda ata qəbri, ana qəbri var,
Ayrılıq küləyi Lənkərandadır.
Ey qələm! Od bələn, nə sın, nə əyil,
Dara çəkildikcə ötərsən dil-dil.
Simuzər Bakıya can desə də, bil,
Pərvanə ürəyi Lənkərandadır...
Dostları ilə paylaş: |