Microsoft Word Info-5 mv az (11-07-20). docx


İnformatikanın təqdim olunan tədris metodikasının əsas prinsipləri



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə5/76
tarix18.09.2023
ölçüsü1,08 Mb.
#145157
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   76
quot-informatika-quot-fanni-uzra-5-ci-sinif-ucun-metodik-vasait-1595494309-392

İnformatikanın təqdim olunan tədris metodikasının əsas prinsipləri 
H
ə
yati 
ə
h
ə
miyy
ə
tliliyi
. Dərsliyə daxil edilmiş təlim materialları məzmun standart-
larının reallaşdırılmasına xidmət etməklə yanaşı, İKT-nin müasir inkişaf səviyyəsinə 


7
uyğun tərtib edilmişdir. Təklif olunan praktik tapşırıqlar həyati bacarıqların 
formalaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Şə
xsiyy
ə
t yönümlülüyü
. Tərtib edilmiş tapşırıqların əksəriyyəti şagirdlərin real 
həyatda qarşılaşdıqları situasiyalarla birbaşa bağlıdır. Ona görə də verilən bütün 
təlim materialları şagirdin özündən qaynaqlanır. Nəticədə şagird təlim materiallarını 
“özününküləşdirir”.
Mövzunun “k
əş
f edilm
ə
si”
. Dərslikdə hər mövzunun “Fəaliyyət” hissəsində praktik 
fəaliyyətə yönəlmiş, mövzu və onun tətbiqi ilə bağlı tapşırıqlar verilmişdir. İn-
formatikanın əsas anlayışlarının mənimsənilməsi və informasiya texnologiyaların-
dan istifadə vərdişlərinin formalaşdırılması, əlbəttə, şagird tərəfindən təlim nəticəsi 
olaraq müəyyən bacarıqların reallaşdırılması ilə həyata keçirilir. Başqa sözlə, şagird 
praktik fəaliyyət nəticəsində yeni bilik, bacarıq və vərdişləri özü əldə edir. Dərslikdə 
müzakirə və diskussiyalar üçün suallar, bilikləri dərinləşdirmək üçün materiallar, 
yaradıcı tətbiqetməni nəzərdə tutan sual və çalışmalar öz əksini tapmışdır.
 
TƏDRİS PROSESİNDƏ İNFORMASİYA
TEXNOLOGİYALARINDAN İSTİFADƏ SƏVİYYƏSİ 
Məktəblərin kompüter, İnternet şəbəkəsi, noutbuk, proyektor və hətta bəzilərinin in-
teraktiv lövhələrlə təchizatını nəzərə alaraq əksər dərslər İKT-dən istifadəyə əsaslanır. 
2-ci fəsil tam olaraq kompüterdə əməliyyat sistemində iş bacarıqları, onun elementləri 
ilə tanışlığa həsr olunmuşdur. Dərslikdə, əsasən, WINDOWS əməliyyat sistemi 
nəzərdə tutulsa da, Linux əməliyyat sistemindən də istifadə oluna bilər.
3-cü fəsildə qrafik və mətn redaktorlarında işləmək bacarıqlarının formalaşdırılması 
nəzərdə tutulur.
Təqdim olunan dərslər rahatlıq üçün ən geniş yayılmış Paint qrafik proqramı üzərində 
qurulmuşdur. Lakin müəllim tədris prosesində müxtəlif qrafik redaktorlardan – sərbəst 
yayılan Paint.net, TuxPaint və digərlərindən istifadə edə bilər. 5-ci sinif şagirdləri üçün 
çox rahat və geniş imkanlara malik
OO4Kids
sərbəst yayılan proqram paketini 
http://wiki.ooo4kids.org/index.php/Main_Page saytından müxtəlif dillərdə yükləmək 
olar. Paint.net proqramı isə 
http://www.getpaint.net
ünvanından yüklənə bilər.
Mətn redaktorunda iş Microsoft Word və ya Openoffice.org paketinin Writer proq-
ramları üzərində qurulmuşdur. Müəllim dərslərdə müxtəlif mətn redaktorlarından is-
tifadə edə bilər. Onlar fərqli olsa da pəncərə elementləri və iş prinsipləri çox oxşardır. 
Ən geniş yayılmış və şagirdlərin yaş qruplarına uyğun mətn redaktorları Microsoft 
Word, Openoffice.org paketinin Writer proqramı, Abword proqramlarıdır. 
Openoffice.org Writer proqramını 
https://www.openoffice.org/download/index.html
ünvanından yükləmək olar. 5-ci sinifdə NotePad və WordPad proqramlarından 
istifadə etmək məqsədəuyğun deyil. Çünki onlar sadə olduqlarından imkanları 
məhduddur.
4-cü fəslin son üç dərsi proqramlaşdırmaya həsr olunur və yalnız kompüter sinfində 
keçirilməsi nəzərdə tutulur. Məzmun standartlarında tələb olunan 2.2.2, 2.2.3 və 
2.2.4 standartlarının reallaşdırılması sadə proqram mühitində işləməyi tələb edir. 
Təxminən yarım əsrdir ki, bütün dünyada kiçikyaşlı məktəblilər proqramlaşdırmanı, 


8
əsasən, 

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin