6
–
informasiya və informasiya prosesləri, sistemləri, texnologiyaları və modelləri
haqqında elmi təsəvvürlərin əsasını təşkil
edən biliklərin mənimsədilməsi;
–
kompüter və digər İKT vasitələrindən istifadə etməklə müxtəlif informasiya
növləri ilə iş bacarıqlarının formalaşdırılması, şəxsi informasiya fəaliyyətinin
təşkili və onun nəticələrinin planlaşdırılması;
–
İKT vasitələri ilə maraq
dairəsinin genişləndirilməsi, intellektual və yaradıcı
bacarıqların inkişaf etdirilməsi;
–
hüquqi və etik aspektlər nəzərə alınmaqla informasiyaya məsuliyyətli münasibə-
tin tərbiyə edilməsi;
–
qəbul olunmuş informasiyalardan lazım olanı seçmək bacarıqlarının formalaşdı-
rılması;
–
gündəlik həyatda, fərdi və kollektiv layihələrin icrasında, təlim fəaliyyətində və
sənət öyrənilməsində İKT vasitələrinin tətbiq edilməsi vərdişlərinin formalaşdı-
rılması.
Qeyd etmək lazımdır ki, müasir Azərbaycan məktəblərində İKT-dən istifadə üzrə
informatika fənn bacarıqları ümumfənn bacarıqları müstəvisinə keçmək üzrədir.
Başqa sözlə, İKT-dən istifadə bacarıqları digər fənlərin mənimsənilməsində bir alət
rolunu oynamağa başlamışdır.
“Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafı üzrə
milli strategiya (2003 – 2012-ci illər)” ölkəmizdə təhsil
sisteminə yeni texnologiya-
ların tətbiqini və onlardan geniş istifadə edilməsini informasiya cəmiyyətinin əsas
xüsusiyyətlərindən biri kimi müəyyənləşdirib. Milli strategiyanın icrası ilə əlaqədar
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 oktyabr 2005-ci il
tarixli sərəncamı ilə qəbul edilmiş “Azərbaycan
Respublikasında rabitə və infor-
masiya texnologiyalarının inkişafı üzrə 2005 – 2008-ci illər üçün dövlət proqramı
(Elektron Azərbaycan)” sənədində də müasir İKT-dən istifadə etməklə keyfiyyətli
təhsilə nail olmaq əsas məqsədlər sırasındadır. Bu istiqamətdə dövlət başçısının
təsdiq etdiyi “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya
və kommunikasiya texnologiyaları ilə təminatı proqramı (2005 – 2007-ci illər)”
təhsil müəssisələrinin kompüter avadanlığı ilə təchiz edilməsinə ümumrespublika
miqyasında
geniş start verdi, bu proqramın davamı olan “2008 – 2012-ci illərdə
Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə dövlət
proqramı” isə artıq ümummilli səviyyədə vahid elektron təhsil məkanının for-
malaşdırılmasını əsas vəzifə kimi qarşıya qoydu.
Ölkəmizdə İKT-nin müasir inkişaf sürəti məktəb informatika
kursunun tədrisinə
yanaşmanı tamamilə dəyişmişdir. Bu baxımdan informatikanın məktəbdə tədrisi
metodikası yeni səviyyəyə keçmişdir. Onun qarşısında duran əsas məqsəd
informatika fənnini cəmiyyətin sifarişinə uyğun tədris etmək, nəticədə isə nəinki bu
günə, hətta sabahın tələblərinə cavab verən şəxsiyyətləri formalaşdırmaqdır.
Dostları ilə paylaş: