5
Müəllim tövsiyə olunan materiallardan sinfin hazırlıq
səviyyəsinə, tədris vaxtına,
texniki təchizata və diferensial təlim prinsiplərinə uyğun olaraq lazım bildiyi qədər
istifadə edə bilər.
Praktik dərslər zamanı isə şagirdlərdə fərdi bacarıqların formalaşdırılması məqsədi
ilə, əsasən, fərdi və cütlərlə iş formasından istifadə edilməsi daha məqsədəuyğundur.
Sinifdəki kompüterlərin sayı
imkan verərsə, hər şagird bir kompüterin qarşısında
əyləşə bilər. Əgər kompüterlərin sayı az olarsa, onda sinif cütlərə bölünür və kompü-
terdə praktik işlər cütlərlə aparılır. Cütlərdə işləyən şagirdlər praktik tapşırıqları da
birlikdə yerinə yetirirlər.
Dostları ilə paylaş: