Çoxfunksiyalı qurğular. Bir gövdədə birləşən printer,skaner,sürət çıxaran, bəzi
hallarda isə faks çoxfunksiyalı qurğu və ya “kombayn” adlanır.
27. Proqram vasitələrinin fəaliyyət dövrü. Proqram təminatının təsnifatı.
Proqram təminatı (PT) sistemini yerinə yetirdikləri funksiyalara görə iki
hissəyə bölmək olar:
- sistem proqram təminatı;
- tətbiqi proqram təminatı.
Sistem proqram təminatı (SPT) kompüterdə informasiyanın emalı prosesinin
təşkili ilə yanaşı, tətbiqi proqramlar üçün normal mühiti təmin edir. SPT
kompüterin aparat vasitələri ilə sıx əlaqədə olduğundan, bəzən onu kompüterin bir
hissəsi də hesab edirlər. SPT-yə aşağıdakılar daxildir (şəkil 1):
- əməliyyat sistemləri;
- texniki xidmət proqramları;
- servis proqramları;
- proqramlaşdırma sistemləri.
Tətbiqi proqram təminatı istifadəçinin hər hansı məsələni həll etmək məqsədilə
yaradılır. Tətbiqi proqram təminatı, sistem PT-nin, xüsusən ƏS-nin idarəsi altında
işləyir. Tətbiqi PT-nin təsnifat sxemi şəkil 1.-də verilmişdir.
Tətbiqi proqram paketləri (TPP) istifadəçi tərəfindən həll edilən məsələnin
avtomatlaşdırılması üçün çox güclü alətdir və praktiki olaraq, onu informasiyanın
emalında kompüterin bu və ya digər funksiya və prosedurlarının necə yerinə
yetirilməsini bilməkdən azad edir. Hal-hazırda, öz funksional imkanlarına və
reallaşdırma üsullarına görə fərqlənən çox geniş spektrli TPP mövcuddur.
TPP – müəyyən olunmuş sinif məsələləri həll üçün təyin olunmuş kompleks
proqramdır.
Aşağıdakı bir-birindən fərqli TPP-lər var:
- ümumi təyinatlı (universal);
- üsulyönlü;
- problemyönlü;
- qlobal kompüter şəbəkələri üçün;
- hesablama prosesinin təşkili üçün.
Dostları ilə paylaş: |